20.8. Ətraf mühitin mühafizəsi işində
beynəlxalq əməkdaşlıq
Ekoloji problemlərin qlobal xarakter daşıması bu problemin həlli üçün ətraf mühitin qorunması
istiqamətində tədbirlər sisteminin (iqtisadi, texniki, elmi, hüquqi, tərbiyəvi ) həyata keçirilməsində geniş
beynəlxalq əməkdaşlığı tələb edir.
Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də sürətlə inkişaf etməkdə-
dir.BMT bu məsələyə daim diqqət yetirir.1962 – ci ildə BMT – in XVII Baş Məclisində «Ekoloji inkişaf və tə-
biətin Mühafizəsi» adlı xüsusi qətnamə qəbul olundu.Bu qətnamədə qeyd edilir ki, təbiətin mühafizəsi BMT –
yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqti-
sadi inkişafla birgə eyni zamanda aparılmalıdır.
1972 – ci ildə Stokholmda BMT – in ətraf mühit məsələsi üzrə konfrans keçirildi.Konfrans ətraf mühitin
mühafizəsi haqqında bəyanat qəbul etdi və 5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu.
Dostları ilə paylaş: |