1973 – cü ildə «BMT – in ətraf mühit üzrə proqramı (YUNEP)» təşkilatı işə başladı. YUNEP – in
vəziyyətini izləyən stansiyalar sisteminin yaradılmasını (monitorinq) nəzərdə tutur.
BMT – in YUNESKO, FAO, ÜST və b. ixtisaslaşdırılmış təşkilatları da ətraf mühitin qorunmasına böyük
diqqət yetirir.Belə ki,YUNESKO öz işlərində mühüm istiqaməti ətraf mühit sahəsində təhsilə müxtəlif
407
1968 – ci ildə Parisdə YUNESKO – nun Beynəlxalq konfransı «İnsan və Biosfer» (MAB) elmi-tədqiqat
Beynəlxalq Proqramının başlanğıcını qoydu. Proqram biosfer ehtiyatlarının qorunub saxlanması və səmərəli is-
tifadəsinin elmi əsaslarını hazırlamaq məqsədi daşıyırdı.
Suyun kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub saxlanması, bərpası və münbitliyinin artırılması,
meşələrin və heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının
(FAO) diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığın ətraf mühitin vəziyyətindən
asılılığı ideyasını öyrənir.
1970 – ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə təbiətin və təbii ehtiyatların mühafizəsi Beynəlxalq İttifaqı
yarandı. (MSOP). Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər və hüquq məsələləri, müasir təbiəti
mühafizə ideyasının yaranması və təbliğ edilməsidir.
1963 – cü ildən etibarən Ümumdünya yabanı təbiətin mühafizəsi fondu işləyir, (VVF). Bu fond heyvanat alə-
mi və təbii sahələrin mühafizəsi üzrə konkret layihələr hazırlayır.
Beynəlxalq əməkdaşlığın nəticəsində beynəlxalq konvensiyalar və razılaşmalar həyata keçirilir. Onlardan ən
mühümləri aşağıdakılardır:dünyanın 150 dövlətinin təsdiq etdiyi iqlimin dəyişməsi üzrə konvensiya, ozon qatının
və bioloji müxtəlifliyin qorunub saxlanması.Bütün dünya alimləri aşağıdakı beynəlxalq tədqiqat layihəsində ak-
tiv iştirak edir: Beynəlxalq geofizika – biosfer «Qlobal dəyişmə» proqramı, «Bəşəriyyət və qlobal dəyişmələr»
proqramı, Ümumdünya iqlimin tədqiqatı proqramı.
Son on illiklərdə hər il bəşəriyyətin qlobal problemləri və onların aspektləri üzrə iki – üç böyük beynəlxalq kon-
frans keçirilmişdir.Bu konfranslarda problemlərin praktik, elmi, texnoloji (aztullantılı texnologiya, təbii ehtiyatlara
qənaət) tərbiyəvi məsələlərilə yanaşı, ətraf mühitin mühafizəsinin iqtisadi tədbirlərinin müzakirəsinə də xüsusi diq-
408
qət ayrılmışdı.
Mütəxəsislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən ÜMM – dən (ümumi milli məhsuldan) 2 % təbiəti
mühafizə məqsədinə (işinə) ayrılsa onun keyfiyyətinin pisləşməsinin azalmasına xeyli imkan yaradar, ÜMM 6 %
ayrılarsa mühitin vəziyyətinin stabilləşməsinə imkan yaradar, ÜMM 8 – 10 % ayrılsa təbii mühitin keyfiyyətini
bərpa etmək olar.Lakin bütün dünya cəmiyyətində istehsal olunan məhsuldan təbiətin mühafizəsi işinə ayrılan
miqdar heç 1 % - ə çatmır.Odur ki, təbiəti mühafizə fəaliyyətinin dünya praktikasında məsarifin bölüşdürülməsi
sistemi vasitəsi ilə kollektiv məsuliyyət prinsipi tətbiq olunmağa başlandı.
1992 – ci ilin iyununda Rio - de - Janeyroda BMT – in ətraf mühit və inkişaf üzrə keçirilən Konfrans bizim
nəsl, ola bilsin gələcək nəsl üçün əlamətdar hadisə hesab olunur.Konfrans dövlət başçıları ilə birlikdə dünyanın
179 hökumət nümayəndələrinin , BMT idarələrinin, beynəlxalq təşkilatların və bir sıra qeyri hökumət təşkilatla-
rının nümayəndələrini bir yerə topladı.Konfransın nəticəsində Rio- de – Janeyroda Beynəlxalq sazişlər bağlandı.
Onlardan aşağıdakı əsaslarını göstərmək olar.
1. Ətraf mühit və inkişaf üzrə Deklarasiya (Rio – de - Janeyro), Onun 27 prinsipi dayanaqlı inkişafın təminatı
işində ölkələrin hüquq və vəzifələrini müəyyənləşdirir. Deklarasiyada bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqi-
nin yeganə yolu , onun ətraf mühitin mühafizəsi ilə əlaqələndirməkdən ibarətdir.Buna yalnız bütün ölkələrin hö-
kümətləri, xalqların və əsas ictimai qrupların iştirakı ilə yeni və bərabər hüquqla əməkdaşlıq sayəsində nail ol-
maq olar.
2. «Gündəlik məsələ XXI - əsr» - İnkişafı sosial, iqtisadi və ekoloji baxımdan necə dayanıqlı etmək olar
proqramı. Proqramda ətraf mühitdə dəyişgənlik yaradan hərəkətedici qüvvələrin əhali, istehlak və texnologiya
olduğu izah edilir.»Gündəlikdə» qeyd edilir ki, yalnız qlobal miqyasda partnyorluq - bütün xalqlara daha təhlü-
kəsiz və təminatlı gələcək bəxş edə bilər.
3. İqlimin Dəyişməsi haqqında BMT – in Konvensiyası. O, «parnik qazlarının» dünya iqlim sistemində təh-
lükəli disbalansına səbəb olmayan səviyyədə stabilləşdirməyi nəzərdə tutur.
4. Bioloji müxtəliflik üzrə Konvensiya, Konvensiyada dünya ölkələrindən biomüxtəlifliyi qoruyub saxlamaq
üçün tədbirlərin görülməsi tələb olunur.
5. İqtisadi inkişafı təmin etmək və bütün həyat formalarını saxlamaq üçün bütün meşə tiplərinin idarə olun-
ması, mühafizəsi və dayanıqlı inkişafı prinsipləri haqqında bəyanət.
Konfrans aydın göstərdi ki, bəşəriyyət ətraf təbii mühitə və sosial – iqtisadi inkişafa daha təcrid edilmiş halda
baxmamalıdır.Yüksək keyfiyyətli təbii mühitə və dünyanın bütün xalqları üçün sağlam iqtisadiyyat kimi iki
məqsədə nail olmaq vacibdir.