398
Atom elektrik stansiyalarının qəzası nəticəsində ekosferə radioaktiv izotoplar ayrılaraq
böyük fəlakətlər törə-
dir. Çernobıl AES-nin yalnız bir atom reaktorunun partlaması nəticəsində insanların ölümünə, sağalmayan xəs-
təliklərinə səbəb olmuş, təbii və aqroekoloji sistemləri zəhərləmiş, Belorusiya, Rusiya və Ukraynanın geniş əra-
zilərinin normal istifadəsini dayandırmışdır.
Atom energetikasında AES-lərin fəaliyyətinin radioaktiv tullantılarının saxlanması və təkrar işlənməsi həll
olunmamış problem kimi qalır. İlk elektrik stansiyalarının (Rusiyada və başqa ölkələrdə) işləmə müddəti qurtar-
dığına baxmayaraq hələ də istismar olunur. Bu stansiyalar konservasiya olunmalıdır, bu işi təhlükəsiz və effektli
həyata keçirmək üçün hələ məsələ yaxşı həll olunmamış qalır.
Energetikanın ekoloji problemlərini azaltmaq strategiyasının əsas istiqaməti – bərpa olunan və ekoloji ba-
xımdan daha təmiz enerji mənbələrinin rolunu artırmaqdır. Lakin mütləq zərərsiz mənbələr praktiki olaraq yox-
dur.
Yuxarıda qeyd etdiyimiz kimi SES –lər də özünəməxsus ekoloji problemlər yaradır: subasar qiymətli torpaq
sahələrinin itirilməsi, yaşayış məntəqələrinin subasar ərazidən köçürülməsi, su və yerüstü ekosistemlərin və on-
ların münbitliyinin dəyişməsi, tropik və ekvator rayonlarında həm də su ilə əlaqədar bir çox ciddi tropik xəstə-
liklərin güclənməsinə (malyariya, şistosomatoz, çay korluğu və s.) səbəb olur.
Günəş enerjisindən bilavasitə istifadə edilməsi də ekoloji baxımdan tam özünü doğrultmağa qadir deyil:
müxtəlif tipli günəş enerjisi akkumulyatorları çox vaxt geniş ərazi tutur. Günəş enerjisini toplamaq həm də me-
teoroloji, deməli, fiziki – coğrafi faktorlardan (buludluluq dərəcəsi, günəşin düşmə bucağından və s.) asılıdır.
Odur ki, o, əksərən günəş şüası uzunmüddətli olan tropik rayonları üçün effektli sayılır.
Enerji almaq üçün külək, dalğa, qabarmadan istifadə etdikdə belə ekoloji problemlərdən yan keçilmir. Məsələn,
külək elektrik stansiyaları qəbulolunmayan (güclü) səs effekti yaradır, ona görə yaşayış məntəqələrindən uzaqda
yerləşdirilməlidir; dəniz dalğalarının enerjisi böyükdür, lakin ondan elektrik enerjisi istehsal etmək üçün konsen-
trasiyası məsələsi texniki cəhətdən sadə deyildir.
Geotermal enerjidən istifadə etdikdə su, hava və torpaq xeyli çirklənir. 1000 mvt gücü olan geotermal
elektrostansiyaları atmosferə il ərzində 10
4
-10
5
ton qaz buraxır, 10
5
-10
8
m
3
suyu çirkləndirir və böyük sahə tələb
edir (1 stansiya üçün 20 km
2
).
Enerji sistemlərinin texniki xüsusiyyətləri və ya kifayət dərəcədə effektiv olmayan insan fəaliyyətinin
nəticəsində gündəlik istehsal olunan enerjinin yarıdan çoxu itir. Vahid məhsula sərf olunan enerjiyə qənaət
olunması enerjiyə qənaətin strategiyasının bir hissəsi olmalıdır, lakin bu zaman əhalinin sosial-iqtisadi inkişafı,
yaxud ilkin yaşayış tərzi pisləşməməlidir. 1970-ci ildə iki dəfə enerji krizisindən sonra inkişaf etmiş ölkələrdə
enerjidən istifadə effektivliyi xeyli yüksəlmişdir. Məsələn, 83% idxal yanacağından asılı olan Yaponiya öz
təsərrüfatında enerji həcmini 50 % azaltmışdır və enerjiyə qənaət iqtisadiyyatında dünya lideri olmuşdur.
Almaniyanın dövlət idarələrində temperatur 18
0
C-dən yuxarı olmur, evlərin pilləkanlarında işıq yalnız ehtiyac
olduqda yandırılır, öz mərtəbəsinə çatdıqda isə işıq söndürülür.
Keçid iqtisadiyyatına malik olan inkişaf etməkdə olan ölkələrdə enerjiyə qənaət olunması üzrə tədbirlər və
onun effektivliyi aşağıdır, burada sənaye bu və ya digər məhsulu əldə etmək üçün 2 - 3 dəfə artıq enerji sərf
olunur, belə ki, təchizat, texnoloji proseslər, nəqliyyat sistemləri və s. köhnəlmiş, yeniləşdirilməyə ehtiyacı
vardır.
Dostları ilə paylaş: