Bununla bərabər respublikanın çatmış olduğu urbanizasiya səviyyəsi tam mənası ilə şəhər əhalisinin xüsusi
tım tempi, ona yaradılmalı olan müvafiq sosial-iqtisadi bazanın inkişaf tempini ötüb keçir. Məsələn, əgər şəhər
əhalisinin ümumi çəkisinə görə Azərbaycan ittifaq səviyyəsindən 12% geri qalırsa və keçmiş SSRİ-nin müvafiq
respublikaları arasında 8-ci yeri tuturdusa, əsas şəhəryaradıcı faktor olan sənayenin inkişaf səviyyəsinə görə
müttəfiq respublikalar arasında 11-ci yeri tuturdu. Məhz elə ona görə də respublikada urbanizasiya səviyyəsi
396
aşağıdır, yəni Azərbaycanda inkişaf etməkdə olan ölkələrə xas olan «yalançı urbanizasiya» prosesi gedir. Bu-
nunla yanaşı, bir sıra təbii-iqtisadi səbəblər üzündən Bakı, Gəncə, Sumqayıt şəhərləri də daxil olmaqla, bütün
şəhər və şəhər tipli yaşayış məntəqələri tam mənada öz ətraf rayonlarının sosial-iqtisadi istinad mərkəzləri rolu-
nu oynaya bilmirlər. Bu yaşayış məntəqələrində müasir tələblərlə ayaqlaşa bilən sənaye, sosial, mədəni-məişət
müəssisələrinin olmaması ilə əlaqədar nəinki ətraf kəndlərin, hətta onların özlərinin əhalisi belə uzun müddət
(son dövrə kimi xüsusilə əmək qabiliyyətli əhali) respublikanın və qonşu ölkələrin sənaye cəhətdən yüksək inki-
şaf etmiş ölkələrinə axışıb getmişdir. Belə bir prosesin uzunmüddətli davam etməsi istehsalın ərazi təşkilini və
əhalinin məskunlaşmasının nizamlanmasını çətinləşdirir. Yəni urbanizasiya səviyyəsi yüksək olan ərazilərdə
(Abşeron) əhalinin daha çox cəmlənməsi, urbanizasiya səviyyəsi aşağı olan dağlıq və digər ərazilərdə isə əhali-
nin nisbi azalması prosesi gedir. Ona görə də ümumiyyətlə respublikada urbanizasiya səviyyəsinin geniş məna-
da yaxşılaşdırılması və urbanizasiyanın ərazi proporsiyasını optimallaşdırmaq üçün Azərbaycanın və onun iqti-
sadi-coğrafi rayonlarının, şəhərlərinin sosial-iqtisadi inkişaf planlarında müasir tələblərə cavab verən şəhəryara-
dıcı yüksək əmək tutumlu sənaye sahələrinin – elektrotexnikanın, maşınqayırmanın, neft və kimya sənayesinin,
trikotaj, toxuculuq və s. inkişafına üstünlük verilməsi məqsədəuyğun olar. (Əyyubov, 1999)
Azərbaycan respublikasında şəhər əhalisinin sayı 1989-cu ildə 3805 min nəfər olmuşdur, onun 77,0%-i şə-
hərlərdə, 23,0%-i şəhər tipli qəsəbələrdə yaşayırdı. Hazırda şəhər əhalisi 65 şəhərdə, 122 şəhər tipli qəsəbədə və
fəhlə qəsəbələrində cəmləşmişdir. Halbuki Azərbaycanda 1913-cü ildə cəmi 13 şəhər var idi. Respublikada So-
vet hakimiyyəti illərində şəhər və şəhər tipli yaşayış məntəqələrinin sayı ildən-ilə artmağa başladı. Əgər 1926-cı
ildə burada 18 şəhər və 16 şəhər tipli qəsəbə var idisə, artıq 1939-cu ildə müvafiq olaraq onların miqdarı 25 və
56, 1959-cu ildə 40 və 93, 1989-cu ildə isə 65 və 122 olmuşdur. Ümumiyyətlə sovet hakimiyyəti illərində Azər-
baycanda hər ildə orta hesabla 2,8 şəhər məskəni əmələ gəlmişdir.
Respublikada əhalinin məskunlaşması sistemində şəhərlərin və şəhər tipli yaşayış məntəqələrinin şəbəkəsi
artmış, onun sıxlığında irəliləyişlər az olmamışdır. Azərbaycan şəhərlərinin əksəriyyətinin ən kiçik (əhalisi 10-
19,9 min nəfər) və kiçik (20 mindən 49,4 minə qədər) şəhərlər təşkil edir. Onların payına bütün respublika şə-
hərlərinin və əhalisinin müvafiq olaraq 41,5 və 21,5%-i düşür. Bu yaşayış məntəqələrində bütün şəhər əhalisinin
müvafiq surətdə 13,3 və 13,9%-i cəmləşmişdir. Əhalisi 5 mindən 99 minə qədər olan xırda şəhərlərin payına bü-
tün şəhərlərin 24,6%-i düşdüyü halda, onlarda respublika şəhər əhalisinin cəmi 4,1%-i cəmləşmişdir. Respublika
şəhər əhalisinin əksəriyyəti iri və nəhəng şəhərlərin payına düşür. Bu yaşayış məntəqələri, yəni Bakı, Gəncə və
Sumqayıt bütün respublika şəhərlərinin sayca 4,6%-ni təşkil etdiyi halda, onlarda (qəsəbələrsiz) şəhər əhalisinin
58%-i yaşayır.
1950-ci illərdən başlayaraq sənayenin zəif inkişaf etmiş olduğu rayonlarda iri sənaye müəssisələrinin və
onun filiallarının yerləşdirilməsi ilə əlaqədar olaraq urbanizasiyanın ərazi strukturunda böyük dəyişikliklər əmə-
lə gəldi. Respublikanın bütün iqtisadi rayonlarında yeni zavod və fabriklər yarandı, Kür-Araz iqtisadi-coğrafi ra-
yonunda müharibə qurtardıqdan sonra 1970-ci ilə kimi 43, Gəncə-Qazaxda 37, Şəki-Zaqatalada, Lənkəran-Asta-
ra və Naxçıvan Muxtar Respublikasının hər birində 11, Quba-Xaçmaz və Dağlıq Qarabağın hər birində 8, Dağ-
lıq Şirvanda 7 və s. nəhəng sənaye müəssisəsi yaradıldı. Bu müəssisələrdən Əli Bayramlı DRES, Mingəçevir su
elektrik stansiyasını, Daşkəsən dağ-mədən kombinatını, Zəylik filiz idarəsini, Gəncə alüminium, cihazqayırma,
Mingəçevir Azərelektroid, kabel, rezin-texniki məmulatlar zavodlarını, şüşə liflər zavodunu, Xankəndi elektro-
texnika zavodunu, Gəncədə, Mingəçevirdə toxuculuq kombinatlarını, Gəncə və Qazaxda xalça kombinatlarını,
Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Göyçay, Bərdə, İmişli və başqa şəhərlərdə dəmir-beton konstruksiyalar və
detallar zavodlarını göstərmək olar. Bu müddətdə Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Göyçay, Bərdə, Xaç-
maz və başqa yerlərdə xeyli miqdarda konserv, şərab, süd və çörək zavodları, ət kombinatları, respublikanın bir
çox rayon mərkəzlərində çay fabirikləri və s. yaradılmışdır. Bütün bunlar respublikada urbanizasiyanın ərazi
strukturunun optimallaşdırılmasına müsbət şərait yaratmışdır.
Lakin 1988-ci ildən başlayan erməni separatizmi, 20%-dən çox ərazini Ermənistanın işğal etməsi, Xankəndi,
Şuşa, Ağdərə, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Cəbrayıl kimi şəhərlərin və Kərkica-
han, Mincivan, İstisu, Şıxarx, Horadiz, Qırmızıbazar, Hadrut, Əsgəran qəsəbələrinin düşmən tərəfindən viran
qoyulması, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Naftalan, Bərdə, Sədərək və digər yaşayış məntəqələrinin isə mü-
təmadi olaraq Ermənistan ordusu tərəfindən atəşə tutulması şəhərlərin inkişafına – urbanizasiya prosesinə ağır
zərbə vurdu. Azərbaycan əhalisinin məskunlaşma forması tarixində öz dədə-baba yurdlarından qovulanların
Beyləqan, İmişli, Ağcabədi, Bərdə və s. rayonlarda yeni tip məskənləri – «çadır şəhərcikləri» yarandı. Məcburi
köçkünlər əsasən böyük və orta şəhərlərdə yerləşdirildiyindən əhalinin ərazi yzrə proporsiyasındakı nisbətlər da-
ha da dərinləşdi, xüsusən də respublikanın qərb ilə şərq, dağlıq yerlərilə düzən arasındakı fərqlər daha da artdı.
Müharibə şəraiti iqtisadi tənəzzüllə müşayiət olunduğundan şəhər əhalisinin mütləq sayının cüzi artımına bax-
mayaraq, ümumi əhali içərisində onun payı 52,7%-ə (1996) düşdü.
Azərbaycan şəhərlərinin müasir inkişaf səviyyəsinin yaxşılaşdırılması, onların ərazi üzrə yerləşmə proporsi-
yasının nizamlanması hər şeydən əvvəl onların iqtisadi və sosial bazalarını mövcud və perspektiv demoqrafik
potensiala uyğunlaşdırmağı tələb edir. Bunun üçün işğal olunmuş torpaqlar azad edilməli, iqtisadi dirçəlişə nail
olunmalıdır. (Əyyubov, 1999).