MəMMƏdov qəRİb xəLİlov mahmud


Turist qəbulu üzrə aparıcı dünya ölkələri



Yüklə 4,78 Mb.
səhifə650/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   646   647   648   649   650   651   652   653   ...   751
Turist qəbulu üzrə aparıcı dünya ölkələri 

 

 Ölkələr  



Beynəlxalq turist 

qəbulu (mln. nəfərlə) 

 

 

 



1991/19

98 


nisbəti 

Dünya 


turist 

bazasında 

payı 1999 

(faizlə) 

1998 1999 

2000 


Fransa  


70 

73          

74,5 

11,1 


İspaniya 47,7 

52 

53,6 


7,9 

3 ABŞ 46,4 

48,5 

52,7 


7,4 

İtaliya 34,8 



36,1 

41,2 


5,5 

5 Çin 


25,1 

27 


31,2 

4,1 


6 Böyük 

Britaniya 

 25,7 

25,7 


24,9 

3,9 


7 Meksika 

19,8 


20,2 

20,0 


8 Kanada 

18,8 

19,6 


20,4 

2,9 


9 Polşa 18,8 

17,9 


18,2 

2,7 


10 Avstriya 

17,4 


17,6 

17,8 


2,7 

11 Almaniya 

16,5 

17,1 


18,9 

2,6 


12 Rusiya 

15,8 


16,4 

22,8 


2,5 

13 Çexiya 

16,3 

16 


 

2,4 


14 Macarıstan 15,0 

12,9 15,6 2 

15 Portuqaliya 

 

11,3 



11,6 

1,8 



 

ASR bazasında rekreasiya axınını  cəlb edən  əsas ölkə Yaponiyadır. Ötən  əsrin 90-cı illərində ASR 

ölkələrindən xaricə  səfərlərlə  əlaqədar turizmin daha yüksək sürəti Koreya Respublikasında və Tayvanda 

müşahidə edilmişdir. ASR-a turist göndərən regiondan kənar ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, 

Hindistan və İtaliyadır. 

Afrika regionu beynəlxalq turizm baxımından hələlik zəif mənimsənilmiş rayonlardandır. Belə vəziyyət ilk 

növbədə bu qitənin  əksər ölkələrində sosial-iqtisadi inkişafın aşağı  səviyyəsi, turizm infrastrukturunun zəif 

olması, siyasi sabitliyin olmaması ilə izah edilir. 

Afrikaya gələn turistlərin 88 və valyuta mədaxilinin 90 faizi üç subregionun – Şimali, Cənubi və  Şərqi 

Afrikanın payına düşür. O da qeyd olunmalıdır ki, yalnız bir neçə ölkə (CAR, Tunis, Mərakeş, Zimbabve, Ke-

niya, Botsvana, Tanzaniya) rekreasiya sahəsinin genişlənməsinə diqqət yetirir və beynəlxalq standartlara cavab 

verən keyfiyyətli turist xidməti kompleksinə malikdir. 

Afrikaya turist göndərən əsas xarici ölkələr – Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, ABŞ və İsveçrədir. 

Qeyd etmək lazımdır ki, CAR – ölkədən çıxış turizminin formalaşdığı yeganə Afrika ölkəsidir.  

Yaxın  Şərq -  regionda turizm sahəsinin inkişafı qeyri-sabit və  sıçrayışlıdır. Səbəbi isə siyasi vəziyyətin 

gərginliyi, turbiznesin dövlətlər tərəfindən lazımi səviyyədə müdafiə edilməməsi, bir sıra ölkələrdə  əcnəbi 

turistlərin təhlükəsizliyinin təşkil olmamasıdır. Regionda dünyəvi dinlərin (iudaizmin, xristianlıq və islam) 

mərkəzlərinin yerləşməsi ilə əlaqədar beynəlxalq dini turizm də ziyarət mərkəzi kimi mühüm rol oynayır. 



Yaxın  Şərqin dünya turizmindəki payı, turist qəbulu üzrə – 15,3 mln. nəfər (2,35 faiz) təşkil edir. 

Beynəlxalq turizmdən əldə olunan gəlir üzrə isə 2,2 faizdir. Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı re-

gionda nisbətən inkişaf etmiş rekreasiya sahəsinə malikdirlər. Bu regiona turist göndərən əsas xarici bazarlar – 

Avropa (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya), ABŞ və Yaponiyadır. 

Cənubi Asiyanın demoqrafik potensialını (əhalisi 1,3 mlrd.) nəzərə alsaq, müasir dövrün qlobal turizmində 

bu regionun rolu çox cüzidir. 1998-ci ildə bu regiona gələn turistlərin qeydiyyat üzrə sayı 5,2 mln. nəfər (dünya 

üzrə 0,8 faiz) valyuta mədaxili isə 4,4 mlrd. dollar (dünya üzrə 1%) olmuşdur. O da maraqlıdır ki, turist axınının 

2/3 hissəsi ancaq bir ölkənin – Hindistanın payına düşür. Region ölkələrində turbiznesin muasir, yüksək gəlirli 

fəaliyyət sahəsinə çevrilməsi, təxirəsalınmaz vəzifə olaraq qalır. Turizm rekreasiya sahəsinin səviyyəsini 

müəyyənləşdirən amillər arasında sosial-iqtisadi amillər aparıcı rol oynayır. Dünya təcrübəsi göstərir ki, turizm 

sənayesinin inkişafı üçün əlverişli iqtisadi mühit ancaq bazardır. 

Ümid etmək olar ki, MDB ölkələrində, o cümlədən, Azərbaycanda azad sahibkarlıq üçün zəruri iqtisadi və 

hüquqi zəmin yaradılması, mehmanxana təsərrüfatı, ictimai iaşə, nəqliyyat infrastrukturu, turizm agentlikləri və 

turizm sənayesinin digər həlqələrinin xidmətləri üzrə  zəruri tələbatın ödənilməsi, bu sahədə  işgüzar 

yüksəlməsinə səbəb ola bilər.  



 

378


 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   646   647   648   649   650   651   652   653   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin