Sxem 4. Kombinasiyalı marşrut
Marşrut üzrə hərəkət zamanı marşrutdaxili adlanan müxtəlif nəqliyyat vasitələrindən istifadə edilə bilər.
Turizm təsərrüfatı və onun iqtisadiyyatın digər sahələrinin inkişafına təsiri
a) Turizmin maddi-texniki bazası
Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətini daimi etmək üçün müxtəlif əmək vasitələrinə
malik olmalıdır. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi –texniki bazasının əsasını
təşkil edir.
Turizmin maddi-texniki bazasına turizm tikintiləri (binaları), onun texniki təhcizatı (avadanlıq), nəqliyyat va-
sitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşəkkil turizmin inkişafının əsasını təşkil edir. Be-
lə ki, turistlər tam kompleks xidmət göstərilməsi (yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.)
üçün bütün zəruri şərait yaradır.
Turizmin maddi-texniki bazasının tərkibinə – turist firmaları (turopedratorlar və turagentlər), mehmanxana-
lar, turist bazaları, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığın kirayə məntəqələri, turist
yollayışının (putyovka) satış büroları, nəzarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.
Dostları ilə paylaş: |