trometr planetimiz üzərindəki ozonun öyrənilməsi və paylanması, yayılması qlobal xəritəsini tərtib etmək, həm-
çinin ozonun paylanmasının dəyişməsini izləmək məqsədi daşıyır.
monitorinqi metodu hazırlanmışdır, bu ozonosferin istilik şüalanmasının millimetrlik dalğalarından istifadəsinə
Ozonometr (və spektroradiometr) bu dalğaları tutmaqda müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.
131
Bu metodla kimyəvi aktiv çirkləndiricilərə daha həssas olan 35-50 km yüksəklikdə ozonun miqdarı ölçül-
müşdür. Ozonun mövcudluğu 70 km yüksəkliyə qədər olan məsafədə də ölçülmüşdür. Hündürlük, vaxt və günəş
qasırğasından asılı olaraq atmosferdə ozonun miqdarı haqda məlumatlar əldə edilmişdir.
Müəyyən edilmişdir ki, həmin metodla millimetrlik şüalanmanın köməyilə atmosferdə olan digər qazları, o
cümlədən xlor oksidini də təyin etmək olar.
Ozonun miqdarı Dobson vahidi ilə ölçülür.Oturacağının sahəsi 1 sm
2
olan şaquli sütundan normal təzyiq və
temperaturda olan ozonun ümumi miqdarı Dobson vahidi adlanır.Yer kürəsində ozonun orta miqdarı təxminən
300 Dobson vahididir.Müxtəlif coğrafi sahələrdə onun qiyməti 230 – 500 arasında dəyişir.
Atmosferin tərkibini daim müşahidə etməklə orada gedən prosesləri yaxşı dərk etmək və hətta proqnozlaşdır-
maq olar, lakin bunun üçün yerdə müasir cihazlarla təchiz olunmuş stansiyaların olması tələb olunur.
1996-cı ildə Moskva ətrafında «Dolqoprudnı» şəhərində yerləşən Mərkəzi aeroloji rəsadxanası Rusiyanın
Avropa hissəsi və bir sıra MDB dövlətləri üzərində ozonun konsentrasiyası xəritələrinin tərtibinə və müntəzəm
nəşr edilməsinə başlamışdır. Bu xəritələr Günəşin kəskin zərərli şüalanmasını izləməyə kömək edir.
Ölçü işləri Sankt – Peterburqda baş geofiziki rəsədxanasında konstruksiya olunmuş M-124 cihazı ilə BMT-
nin ərazisində yerləşən 40 meteostansiyada aparılır. (onlardan 30-u Rusiyadadır).
Dostları ilə paylaş: