MəMMƏdov qəRİb xəLİlov mahmud


 Ozon qatının mühavizəsi üzrə



Yüklə 4,78 Mb.
səhifə253/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   249   250   251   252   253   254   255   256   ...   751
8.9.3. Ozon qatının mühavizəsi üzrə  

Azərbaycan Respublikasının strategiyası 

 Azərbaycan Respublikası 1996-cı ildə ODM-in istifadəsindən mərhələlər üzrə  çıxarılmasına dair Vyana 

Konvensiyasını, Monreal pratokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir.Respublikanın Ekologiya və 

Təbii Sərvətlər Nazirliyinin nəzdində yaranmış işçi qrupunun və BMT ekspertlərinin 1997 – ci ildə apardıqları 

xüsusi araşdırmalarına görə, Respublikamız ODM – in istifadəsinə görə Cənubi Qafqaz respublikaları arasında 1 

– ci yerdə olmuşdur. 

Respublikamızda ODM ümumi miqdarı 965.7 tondur.Bundan 459.4 XFK; 501.1 ton halon; 0.1 ton metilbro-

mid; 5.1 ton HXFK; 0.05 ton metilxlorbromun payına düşmüşdür. 

BMT – nin Ətraf mühit və inkişaf proqramları Azərbaycan Respublikasında 6 layihə həyata keçirir. Bu layi-

hələrə əsasən Azərbaycana Qlobal Ekologiya Fondu tərəfindən 7 milyon ABŞ dolları dəyərində qrant ayrılmış-

dır.Bu vəsaitin 95% - ni Respublikaya BMT – nin İnkişaf Proqramı  xətti ilə göndərilən avadanlıqlar təşkil 

edir.Layihənin həyata keçirilməsinə nəzarət etmək üçün Azərbaycan Ozon Mərkəzi yaradılmışdır. Azərbaycan 

hökümətinin strategiyası aşağıdakı kimi müəyyən edilmişdir: 

- 2001 – ci ildən 2006 – cı ilə kimi XFK soyuducu agent kimi müstəsna hallarda istifadə olunmasına yol ve-

rilməklə 2002 – ci ilə kimi XFK və halonların idxalının dayandırılması; 

- Monreal protokolunun 2 – ci maddəsinə görə ölkələrə təyin olunmuş HXFK və metal – bromidin istifadəsi-

nin tədricən dayandırılması qrafikinə riayət etmək; 

- ODM olmayan texnologiyanın tətbiq edilməsi üçün Azərbaycan Respublikasının sanayesinə QEF və başqa 

beynəlxalq təşkilatlar (UNDP, UNEP, Dünya bankı və s.) tərəfindən yardım edilməsi; 

- ODM istifadəsinin dayandırılma prosesinin effektivliyinin və əhəmiyyətinin hazırlanması; 

- ODM idxalına nəzarət etmək üçün lazım olan lisenziyalaşdırma prosesinin işlənib hazırlanması. 

Azərbaycan Ozon Mərkəzinin fəaliyyəti BMT – nin Azərb. Respublikasında 2000 – ci il insan inkişafı haq-

qında hesabatında da öz əksini tapmışdır. BMT – nin Ətraf Mühit Proqramının Paris bürosunda Azərbaycan 

Respublikasının guşəsi açılmışdır və əldə olunan nailiyyətlər mütamadi olaraq orada nümayiş etdirilir. 

Çinar soyuducular zavodunda ODM istifadə edən sexlərin yenidən qurulması, kamera və şkafların izolyasi-

yasının hazırlanması zamanı istifadə olunan XFK – 11 – in əvəzinə yeni ODM olmayan tsiklopentanın istifadə 

üçün müasir avadanlıqların quraşdırılması, ODM olmayan HFK – 134a və HK – 600 ilə işləyəcək soyuducula-

rın istehsalı nəzərdə tutulmuşdur.Layihəyə əsasən İtaliyanın «Cannon» və «Galileo» firmaları lazım olan müasir 

avadanlıqları «Çinar» istehsalat Birliyində quraşdırmışlar, qurğular artıq istifadə üçün tam hazırdır. 

Soyuducu agentlərin bərpası və yenidən istifadəsi üçün Milli Proqramın həyata keçirilməsi (ABŞ – ın RTİ 

firması tərəfindən) layihəsinə əsasən 2000 – ci ilin fevral ayından başlayaraq Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, 

Mingəçevir,  Əli Bayramlı, Lənkəran,  Şəki, Xaçmaz, Şamaxı, Masallı, Göyçay, Qazax, Bərdə  şəhərlərində 32 

bərpa və yenidənistifadə Mərkəzləri yaradılmış və avadanlıqlarla təmin edilmişdir. Ozon Mərkəzi tərəfindən bu 

avadanlıqların bütün təlimatları azərbaycan dilinə çevrilmişdir.Layihə müddətində 31 tondan artıq XFK – 12 

bərpa ediləcək, təmizlənmiş və yenidən istifadə edilmişdir. 

Layihəyə əsasən Respublikamızın yanğınsöndürmə idarələrində istifadə olunan halonların bərpası və yenidə-

nistifadəsinin yerinə yetirilməsi üçün Avstraliyanın Chubb – Fire firması  tərəfindən gətirilmiş avadanlıqlar 

Azərb.Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsinin proqramında yaradılmış Bərpa 

– Yenidən istifadə mərkəzində quraşdırılmışdır. 

Azərbaycan Respublikasının Halon Bankı yaradılmışdır.Bu layihə 2001 – ci ilin iyun ayında BMT – nin eks-

pertləri tərəfindən Azərb. Hökümətinə təhvil verilmişdir. 




 

132


Sumqayıtın kompressorlar zavodunun istehsal sexlərinin HFC – 134 A və HC – 600 A kompressorların is-

tehsal məqsədilə konvensiyası layihəsinə  əsasən Sumqayıt kompressorlar zavodunun ODM istifadə etməyən 

kompressorlar istehsal üçün yenidən qurulması nəzərdə tutulmuşdur. İtaliyanın Sicplant firması tərəfindən Sum-

qayıt kompressorlar zavoduna müasir avadanlıqlar gətirilmişdir. 

Artıq Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar hazırla-

maq üçün zavod tam hazırdır.Bu kompressorlar eyni zamanda «Çinar» İstnhsal Birliyində müasir soyuducuların 

hazırlanmasında istifadə ediləcəkdir. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin