Okean: iqlimin dəyişməsi okean sularının sirkuliyasiyasının dəyişməsinə təsir göstərə bilər, bu da öz növbə-
sində qida maddələrinin bolluğuna , bioloji məhsuldarlığına, strukturuna və dəniz ekosistemlərinin funksiyasına
təsir göstərir və bunun nəticəsində parnik qazlarının rejimi, bununla da iqlim dəyişir.
İqlimin dəyişməsinin aqrosistemlərə təsiri müxtəlif və mürəkkəb olacaqdır. Karbon qazının konsentrasiyası-
nın artması nəticəsində fotosintezin ölçüsü də, olsun ki, məhsuldarlıq da artacaqdır. Əkinçilik istiliklə limitlənən
ölkələrdə (məs. Rusiya, Kanada ) ehtimal ki, məhsuldarlıq yüksələcəkdir.
Qeyd edək ki, karbon qazının ilkin fiksasiyası mexanizminin biokimyəvi müxtəlifliyinə uyğun olaraq foto-
sintezin xarakterinə görə bitkilər 3 qrupa bölünür.(C
3
,C
4
və CAM).CAM qrupuna aid olan yeganə bitki – ananas
CO
2
– nin artmasına nəzərə çarpacaq reaksiya göstərmir.Yerüstü bitkilərin 95% - i C
3
qrupuna aid edilir, bura
kənd təsərrüfatı bitkilərinin əksəriyyəti daxildir. CO
2
– nin konsentirasiyasının ətraf mühitdə iki qat artması ək-
səriyyət ərzaq və lifli bitkilərin böyüməsi və məhsuldarlığına müsbət təsir göstərir.C
3
qrupu bitkilərinin məhsul-
darlığının yüksəlməsi 10 – 50 % ,C
4
qrupu bitkilərininki(qarğıdalı, sorqo, şəkər qamışı, darı) isə 0 – 10 % təşkil
edir.Yüksək en dairəsində təbii meşələrin hamısı və qismən boreal meşələr gələcəkdə temperaturun dəyişməsinə
daha həssasdır.İsti şərait yəqin ki, boreal meşələrin azalmasına və onların sərhədlərinin şimala doğru irəliləməsi-
nə səbəb olacaqdır.
Tropik və subtropik zonaların meşələri ehtimal ki, temperaturun dəyişməsindən yağıntıların dəyişməsinə da-
ha çox həssaslıq göstərəcəkdir. Arid və semiarid rayonlarda rütubətin çatışmaması ilə əlaqədar iqlimin dəyişmə-
si mənfi təsir göstərəcəkdir. Havanın yüksək temperaturu torpağın üzvi maddələrinin təbii parçalanmasını güc-
ləndirməklə torpağın münbitliyi aşağı düşəcək, ziyanfericilər və xəstəliklərin baş vermə ehtimalı artacaqdır.
İnsanların sağlamlığı, energetika , nəqiliyyat, sənaye, və digər aspektlərin problemlərinə aid böyük dəyişkən-
liklərin baş verməsi gözlənilir.
Dostları ilə paylaş: |