8.11.4. Azərbaycanda iqlim dəyişgənliyi
İqlimin tərəddüdü və dəyişgənliyi problemi müasir dövrdə bəşəri əhəmiyyət daşıyır.Bu problem respublika-
mızdan da yan keçməmişdir. Bu dəyişgənliyi temperatur üçün 1880 – 1990 – cı illərin məlumatları ilə müqayisə
edərək veririk.(Xəlilov, Səfərov, 2001). Bu məlumatların təhlili göstərir ki, orta illik temperatur normalarının
ərazi üzrə fərqi + 0.34
0
C təşkil edir.Aprel ayında Azərbaycanın ərazisində il ərzində ən maksimal müsbət nor-
malar fərqi (temperatur artımı) müşahidə edilmişdir.(0.77
±
0.39
0
) (şəkil 8.13, 8.14).
Ən böyük norma artımı Şəmkir, (+0.9
0
C), Daşkəsən (+0.8
0
C), Sumqayıt (+0.7
0
C) stansiyalarında müşahidə
edilmişdir.Bəzi stansiyalarda temperatur dəyişgənliyinin qeyri uyğunluğu onların yerlərinin dəyişməsi ilə əlaqə-
dardır.
Məlumatları təhlil edərək belə nəticəyə gəlmək olar ki, 1961 – 1990 – cı illərdə orta illik temperaturlar
Azərbaycan ərazisində 0.2 – 0.6
0
C intervalında artmışdır.Son 10 il ərzində (1990 - 2000) temperatur daha
0.41
0
C artmışdır.Yağıntı normaları temperatura nisbətən ərazi və zaman üzrə daha böyük intervalda dəyişir.İllik
yağıntılar ərazi üzrə orta hesabla 10.3(
±
10.5)% artmışdır.May ayında il ərzində ərazi üzrə yağıntıların ən bö-
yük artımı baş vermişdir.Yağıntılar 31.8(
-
+
36.78)% artmışdır.Ən böyük artım Xəzər sahilində Abşeron – dəniz
və Abşeronda, Səngi – Muğan (Svinoy) və Pirallahı adasında 89 – 132 % müşahidə edilmişdir. (mayda) (şəkil
8.15, 8.16).
Son dövrdə Yer atmosferində antropogen mənşəli parnik effekti yaradan qazların artması nəticəsində iqlim-
də baş verən dəyişmələr həyatın bütün sahələrində öz mənfi təsirini göstərir.Bunun nəticəsində Yer kürəsində
insanlar bir sıra ekoloji problemlərlə üzləşmişdir.Alimlərin hesablamalarına görə baş verən fəlakətlərin (sel ha-
disələri, daşqınlar, quraqlıq, qasırğalar, meşə yanğınları və s.) 70 faizə qədəri məhz hidrometeoroloji və iqlim
şəraitinin dəyişməsilə əlaqədardır, 1963 – cü ildən bəri təbii fəlakətlərdən 2 milyarddan artıq adam zərər çək-
mişdir.Ümumittifaq Meteorologiya Təşkilatının (ÜMT) məlumatlarına görə təbii fəlakətlərin birbaşa və dolayısı
ilə göstərdiyi təsir ildə 250000 insan itkisinə səbəb olmaqla dünya iqtisadiyyatına hər il 50 – 100 mld. ABŞ dol-
ları həcmində ziyan vurur.2002 – ci il avqustun ortalarından başlayaraq təbii fəlakət Avropanın bir çox ölkələ-
rində (Almaniya, Avstriya, Çexiya, İspaniya, İtaliya, Macarıstan, Rumıniya və s.) yerli əhali və kurort şəhərlə-
rində dincələn turistlər ziyan çəkmişlər.Bu ölkələrdə güclü daşqınlar yollarda hərəkəti iflic vəziyyətə salmış,
dəmir yollarında hərəkət dayanmışdır.Baş vermiş dəhşətli daşqınlar nəticəsində minlərlə insan evsiz – eşiksiz
qalmış, bir çox yaşayış məntəqələrini su basmışdır.Avstriyada xilasetmə xidmətinin vertalyotları adamları daş-
ğın basmış evlərin damlarından götürmüşlər.Bir çox ölkələrdə fövqaladə vəziyyət elan olunmuşdur.Fəlakət zo-
nalarında tikintilər tamamilə su altında qalmışdır.Ölənlər və İtkin düşənlər var , 4 ölkə – Çexiya, Slovakiya,
Avstriya və Almaniyaya təbii fəlakətdən dəymiş ziyan 20 milyard avro ilə ölçülür.
Son illərin hadisələrindən, daşqınlar və quraqlıqdan Asiya və Afrika əhalisi daha faciəli fəlakətlərlə üzləş-
mişdir.
|