8.12. Atmosferə atılan tullantıların təmizlənməsi
Qaztəmizləyən və toztutan qurğular texnoloji və sanitar qurğulara bölünür. Texnoloji təmizləyici qurğular
texnoloji prosesə qoşularaq tikinti və cihazlardır. Sanitar təmizləyici qurğular isə zərərli texnoloji və ventilyasi-
ya tullantılarının qarşısını alan tikinti qurğu və cihazlardır.
Qazların texnolorji təmizlənməsi metodları onların maye və ya bərk uducularla qarşılıqlı əlaqə proseslərinə ,
həmçinin zəhərli qarışıqların yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələ-
rə çevirən kimyəvi proseslərə əsaslanır.
Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alınan bir neçə sistemdə istifadə olunur. Bu zaman
palladili alüminium oksidi əsasında katalizatorlardan istifadə edilir. Sənaye tullantılarının kükürd anhidridindən
təmizləmə metodlarından aşağıdakıları göstərmək olar.
-
Amonyak metodu - bu metodla qazları SO2 – dən təmizləməklə amonium – sulfid və amonium – bisulfat
alınır. Bunlardan da satış məhsulu kimi istifadə olunur, yaxud turşu ilə parçalanaraq yüksək konsentrasiyalı
SO2- və münasib duzlar əmələ gəlir.
-
Kükürd anhidridini neytrallaşdırma metodu ilə eyni vaxtda sulfid və sulfatlar alınaraq qazlardan yüksək
təmizlənmə dərəcəsini təmin edir.
-
Katalitik metodlar - katalizatorların iştirakı ilə kükürd anhidridinin oksidləşməsinə əsaslanır, bu zaman duru
sulfat turşusu alınır.
Göstərilən kükürd anhidridindən təmizləmə metodları yerli şərait, uducuların mövcudluğu və alınan məhsul-
lara olan tələbatı nəzərə alaraq seçilməlidir.
Qazlardan tozu təmizləmək üçün aşağıdakı üsullardan istifadə olunur:
- tozçökdürən kameralar və tsiklonlar
-
qazları yaş halda təmizləyən cihazlar
-
məsaməli süzgəclər
-
elektrik sücgəcləri
Mərkəzdənqaçma tipli enersiya cihazlarından ən geniş yayılan tsiklonlardır. Praktikada müxtəlif tsiklonlar-
dan istifadə olunur. Çoxlu həcmdə qazların təmizlənməsi üçün nisbətən kiçik diametirli tsiklon qrupları, yəni
batareyalı tsiklonlar qoyulur. Onlar bir korpusda birləşən çoxlu miqdarda paralel düzülən tsiklon elementlərin-
dən ibarət olub ümumi qazgətirmə - qazötürmə kollektoruna və tozları toplayan ümümi bunkerə malik olur.
Sənaye qazlarını asılı hissəciklərdən təmizləmək üçün yaş üsul ən sadə və effektiv üsullardan hesab olunur,
son illər bu üsul dünyada ən geniş yayılmışdır. Qazların yaş təmizləmə cihazları yüksək effektli olmaqla yanaşı,
həm də quru təmizləmə cihazlarına nisbətən ucuz başa gəlir.
Qazların yaş təmizləmə cihazlarında asılı hissəciklərlə yanaşı, həm də buxar və qazşəkilli komponentlər tu-
tulur.
Dostları ilə paylaş: |