Meşə meliorasiya tədbirləri
Hazırda dağ rayonlarında geniş tətbiq olunan fitomelorasiya mübarizə tədbirlərindən biri meşə – melio-
rasiya işləri sayılır. Bu tədbirlər əkinçilik zonasında tarlaqoruyucu meşə zolaqlarının salınması, yolların,
kanalların, su hövzələrinin ətrafının yaşıllaşdırılmasından ibarətdir. Təcrübələr göstərir ki, meşə zolaqları
dənli bitkilərin məhsuldarlığının 3 – 4, pambığın məhsuldarlığının isə 2,5 – 3 sentinerə qədər artmasına
şərait yaradır.Lakin təəssüflə qeyd edək ki, məmləkətimizdə belə zolaqların salınmasına və mövcud zo-
laqların qorunub saxlanılmasına fikir verilmir. Hazırda ölkəmizin 33 suvarılan düzən rayonları ərazisində
1968 – ci ildən indiyə qədər cəmi 6000 ha - ya yaxın meşə zolağı salınıb . Bu zolaqların çoxu qayğısız-
lıqdan sıradan çıxıb və cəmi 1800 ha qalıb. Ağcabədi və Beyləqan rayonlarında 1950 – ci illərdə salınan
qiymətli dövlət meşə zolaqları qışlaqlar kimi istifadə olunur və bu səbəbdən tədricən sıradan çıxır.
Meşəsizləşdirilmiş dağ yamaclarında meşələrin bərpa edilməsi də böyük əhəmiyyət daşıyır. Bu baxım-
dan, Qax meşə təsərrüfatının İlisu və Sarıbaş kəndləri ətrafında, Kəlbəcər meşə təsərrüfatının İstisu ku-
rortu ətrafında eroziyaya qarşı salınan meşəliklər təqdirə layiqdir.Lakin təəsüflə qeyd etməliyik ki, belə
sahələr olduqca azlıq təşkil edir. Meşə təsərrüfatının əksəriyyəti eroziyaya qarşı meşəlikləri torpağı yu-
yulmuş dik yamaclarda deyil, azmeylli sahələrdə aparmışdır.
Ən qiymətli və vacib meşə – meliorasiya tədbirlərindən biri də eroziyaya uğramış dağ yamaclarında
terrasların düzəldilməsi və orada bağların, meşə – bağların salınmasıdır.Dağlarımızda meylliyi 13 dərəcə-
dən yuxarı olan yamaclarda terraslar düzəldilə bilər.
Yeri gəlmişkən qeyd edək ki, Respublikamızın bəzi dağ rayonlarında vaxtilə layihə əsasında 1000
ha - ya yaxın dağ yamaclərı terraslaşdırılmışdır. Lakin bu terrasların az bir hissəsində meyvə bağları sa-
lındı.Əksər terraslar isə istifadəsiz qalıb yararsız hala düşür.
1967 – ci ildən başlayaraq ölkəmizin dağətəyi rayonlarında meşə təsərrüfatları tərəfindən kənd təsərrü-
fatı üçün yararlı olmayan, eroziyaya uğramış yamaclarda terraslar düzəldilir və orada püstə – badam
bağları yetişdirilir. Hazırda Dəvəçi, Siyəzən, Şamaxı, Ağsu, Zəngilan, Yardımlı və Tovuz rayonları ərazi-
sində meşə təsərrüfatlarının yaratdıqları belə bağların sahəsi 2000 ha – dan artıqdır. Dəvəçi rayonunun
ərazisində 600 ha –a yaxın ərazidə eroziyaya məruz qalmış dik yamaclarda eldar şamı ilə qarışıq əkilən
püstə – badam bağları xüsusi qeyd edilməlidir . Vaxtilə yarımsəhra şəraitində gözyorucu daşlı – bəhrəsiz
yamaclar indi təbiətin yaşıl bir güşəsinə çevrilib.
Respublikamızda şiddətli dərəcədə eroziyaya uğramış meşə melorasiya tədbirlərinə ehtiyacı olan sahə-
lər hazırda 60 000 ha –ra çatır. Bu sahələrdə püstə və badamdan istifadə edib bağlar, meşə – bağların sa-
lınması meyvəçiliyin inkişafına kömək edə bilər. Salınacaq belə yaşıllıqlar quru daşlı yamacları cana gə-
tirər, oranın iqlimini yaxşılaşdırar, ərazinin estetik vəziyyətini daha da gözəlləşməsinə zəmin yaradar.
Yaylaqlarda torpağı eroziyadan mühafizə etmək üçün otlaq sahələri sistemli istifadə edilməli, otarma
norması və vahid sahədə otarılan mal – qaranın sayı normadan artıq olmamalıdır. Bununla yanaşı otlaqlar-
da eroziyaya qarşı aşağıdakı tədbirlər həyata keçirilməlidir. Mal –qaranı yaylaqlara vaxtında köçürtmək,
otlaqların dincə qoyulması, biçənək – otlaq sisteminin genişlənməsinin tətbiq olunması, mal – qaranı döv-
riyyə sistemi ilə otarmaq, alaq otlarına qarşı mübarizə aparmaq, sahələri daşdan təmizləmək və s. Bu
tədbirlər yerinə yetirilərsə, topağın yuyulmasının qarşısı alınar, bitki örtüyü bərpa olunar və otlaqların
məhsuldarlığı artar.
Ölkəmizin ərazisinin Xəzər sahili boyunca təxminən 25 000 hektara yaxın sahədə hərəkət edən, sov-
rulan qumluqlar yayılıb. Xalq təsərrüfatının müxtəlif sahələrinə xeyli ziyan vuran qumluqların bərkidil-
məsi günün vacib məsələlərindəndir. Bu iş Xəzər sahillərində beynəlxalq əhəmiyyətli kurort zonasının
yaradılmasının ayrılmaz bir hissəsini təşkil edir .
Qumluqları külək eroziyasından qorumaq üçün tarlaqoruyucu meşə zolaqlarının, meşə – bağların,
üzümlüklərin, püstə, badam, innab və zeytun plantasiyalarının salınması böyük əhəmiyyət kəsb edir. Bu-
nunla yanaşı sahil qumluqlarını bərkitmək üçün müxtəlif polimerlərdən və digər kimyəvi birləşmələrdən
istifadə etmək vacibdir.
Yuxarıda göstərilən tədbirlər kompleks şəkildə, bir – birinə uyğun olaraq həyata keçirilərsə, torpağın
eroziyasının qarşısını almaq olar .
Torpağı eroziyadan mühafizə işində kənd, su və meşə təsərrüfatları kompleks şəkildə iştirak etməli-
dir.
|