Beləliklə, Azərbaycan torpaqlarının bonitet balları əsasında onların aqroistehsal qruplaşmasının keçirilməsi
onların ortaölçülü ballarını, TNDƏ və torpaqarın keyfiyyət qrupları üzrə sahələrini hesablamağa imkan verir.
257
Ərazinin ekoloji şərait kompleksindən asılı olaraq torpaqlar daha kiçik taksonomik vahidlərə bölünürlər.
Onların bonitet balları torpaq tipikliyindən sapmaya (şorlaşma, şorakətləşmə, eroziya, qranulometrik tərkib və
s.) təshih əmsallarının köməyi ilə müəyyən edilir.
Torpaq tipinin balını və aqroistehsal qrupunu bilməklə, kənd təsərrüfatı və meşə sahələri torpaqlarının
köklü yaxşılaşdırılması üçün bu və ya başqa aqronomik tədbirlərin (meliorasiya, gübrələmə, eroziyaya qarşı
tədbirlər, suvarma və s.) hansı torpaqlarda aparılmasının zəruriliyini müəyyən etmək olar.
Dostları ilə paylaş: