MəMMƏdov qəRİb xəLİlov mahmud


Tropik meşələrin  məhv edilməsi ekoloji cəhətdən təhlükəli olub cinayət  sayılmalıdır



Yüklə 4,78 Mb.
səhifə449/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   445   446   447   448   449   450   451   452   ...   751
Tropik meşələrin  məhv edilməsi ekoloji cəhətdən təhlükəli olub cinayət  sayılmalıdır. Hazırki  vəziyyə-

tində  də  meşələr ekosferin  vəziyyətini  sabit  saxlamaqda  mühüm  rol  oynayır . Qeyd  edək  ki, bir  sərvəti  

digəri  ilə  əvəz  etmək  olar, lakin  tropik  meşələrin  ekosistem  funksiyası  əvəzedilməzdir . Tropik  meşələ-

rin  strategiyası  onların  bəşəriyyətin  var – dövləti  kimi  qiymətləndirilməlidir . Avropada  meşəsizləşdirmə  

XIII  əsrdən  başlayaraq  sürətlə  getmişdir . Əkinçilik  dövrünə  kimi  burada  meşə  ilə  örtülü  sahə  70 – 80 %  

olmuşdur .  

Rusiyada  hər  il  18 mln ha  meşə  qırılır . Çox  vaxt  qırma  zamanı  cavan  ağaclar, cücərtilər  də  məhv  

edilir, torpaq  örtüyü  pozulur . Belə  hal  ən  çox  meşəqırma  texnikasında  çoxəməliyyatlı  aqreqatlardan  isti-

fadə  etdikdə  baş  verir .  

İldə  milyon  ha – dan  artıq  meşələr  zərərli  sənaye  tullantılarının  təsirilə  zədələnir  və  ya  məhv  edilir . 

Kola  yarımadasında  ildə  1 km

2    


 sürətilə  meşə  məhv  edilir. Burada  Monçeqor  nikel  kombinatının  atmos-

ferə  buraxdığı  kükürd  2  oksid  və  ağır  metalların  təsiri  nəticəsində  məhv  olan  iynəyarpaqlıların  hüdudu  

Finlandiya  sərhədinə  yaxınlaşır .  

1995 – 1997 – ci  illərdə  Leninqrad  vilayətində  meşələr  intensiv  qırılmışdır.  Gün   ərzində    oduncaqla  

yüklənmiş  60  treyler  Torfyanovka  sərhəd  punktundan  keçərək  Finlandiyaya  yola  salınır . Meşənin  başdan 

– başa  qırılması  Kareliya  boynunun  səhraya  çevrilməsi  təhlükəsini  yaradır .  

Meşə yanğınları nəticəsində də meşəsizləşdirmə gedir. 97 %  yanğın hadisəsi insanın təsiri ucundan baş ve-

rir, yalnız 3 %-i təbii  hadisələrlə bağlıdır . 

Mülayim enliyin bir sıra inkişaf etmiş ölkələrində, məsələn, Qərbi və Mərkəzi Avropada meşələrin sahəsi bir 

qədər artsa  da  xəstəliyə ( zədələnməyə )  tutulmuş  ağaclıqlar  çoxalmışdır . Belə  ki, Almaniyada  1983 – cü  

ildən  1989 – cu  ilədək  zədələnmiş  meşələr  24.7 % - dən  37.8 % - ə  çatmışdır, onların  14.4 %- i  orta  və  

güclü  dərəcədə  zədələnməyə  məruz  qalmışdır. Qərbi  və  Mərkəzi  Avropada  zədələnmiş  meşələrin  sahəsi 

38 % -ə  çatır .Meşələrin  zədələnməsində  hakim  rolu  atmosferin  çirklənməsi, turşulu  yağışlar  oynamışdır .  

Çin və Vyetnamda  meşəsalma  işlərilə  əlaqədar  meşələrin  sahəsi  hər  il  1 – 2.5 % - artır.  

Lakin  planetimizdə  qlobal  meşəsizləşdirmə  meylinin  artması  davam  etməkdədir.  

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   445   446   447   448   449   450   451   452   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin