- Qanlıgöl meşə parkı, gölün şimal və şimal-qərb hissəsində salınmışdır. Lakin hazırda bu yaşıllıqlar hissə-
hissə qırılıb yerində tikinti işləri aparılır. Burada ilboyu yaşıllığın mal-qaraya otarılması nəticəsində ağaclar
məhv olmağa doğru gedir.
- Neftayırma zavodu (NBNZ) ilə 8-ci kilometr qəsəbəsi arasında yaşıllıq Əhmədli yaylasının yaşıllıqları
ilə geniş massiv yaradır. Bu böyük yaşıllıq massivi böyük səhiyyə-gigiyena əhəmiyyəti daşıyır, 8-ci kilometr
yaşayış massivini, Qara şəhəri bir neçə neftayırma və neft-kimya zavodlarının zərərli təsirindən qoyulur.
Hazırda bu böyük yaşıllıq massivi demək olar ki, başlı-başına buraxılıb, onun çox hissəsində suvarma
aparılmadığından ağaclarda quruma müşahidə olunur. Suvarmanın aparılmaması nəticəsində ən çox qovaq,
topulqa, akasiya, ərkivan ağacları quruyub sıradan çıxır, göyrüş, itburnu, zeytun, qarağac, birgöz, oleandr da
susuzluqdan solur, tədricən onlarda quruma müşahidə olunur. Safora və zeytun qurumasa da yarpaqları
xırdalaşır, bürüşür və görkəmini itirir. Eldar şamı və sərv bütün ağac növlərindən daha dözümlü olduğunu
göstərir və suvarılma dayandırıldıqda belə, öz həyatiliyini saxlayır. Qeyd edək ki, bu yaşıllıqlar da hissə-hissə
məhv edilir və yerində müxtəlif tikintilər salınır.
Dostları ilə paylaş: |