Ağ Amerika durnasının da yoxa çıxmaq təhlükəsi yaranmışdır. hazırda onun kiçik populyasiyası (48fərd)
qalmışdır.
Şimali Amerikanın geniş düzənliklərində – prerilərdə və xırda meşəliklərdə bizonların böyük sürüləri yaşa-
yırdı, onlar çox iri heyvan olub erkəklərin çəkisi 3000 funta bərabər idi. Onların sayı 75 mln baş təşkil edirdi.
Müstəmləkiçilərin qərbə doğru hərəkəti və torpaqların mənimsənilməsi ilə əlaqədar bizonların ilkin yaşyaış yer-
lərinin kökündən dəyişməsi və onların intensiv ovlanması heyvanların kütləvi məhvinə səbəb oldu.
1872-1874-cü illərdə Kanzaz dəmir yolunun çəkilişi zamanı ildə 2,5 mln-a qədər bizon öldürülürdü. Az bir
zamanda bizonlar kəsgin azalaraq 1889-cu ildə Yellouston parkında cəmi 635 baş bizon vardı. Hazırda bizonla-
ra yalnız qoruqlarda rast gəlmək olar.
Cənubun bozqır (çöl) və yarımsəhralarının iri məməli heyvanları intensiv məhv edildi. XVI əsrdə Rusiyanın
Avropa hissəsində və Qərbi Sibirdə Qərbi Çinə qədər sayqaklar (vəhşi antilop) geniş yayılmışdı. Onların ev
heyvanları tərəfindən sıxışdırılması, bozqırların şumlanması və hədsiz ovlanması nəticəsində sayqakların kəsgin
azalaraq 1920-ci ildə sayı cəmi bir neçə yüz ədəd qaldı. Tələlər qurularaq gun ərzində 12000-ə qədər sayqak ov-
lanırdı. Sayqak dadlı əti, piyi, buynuzu və qiymətli dərisinə görə ovlanırdı.
Orta Şərqdə, Qərbi-Sibirdə, Qazaxstan və Ön Baykalda yaşayan kulanlar (vəhşi eşşək) təbii fəlakətlər və insanlar tə-
rəfindən tamamilə sıradan çıxmaq təhlükəsi yaranmışdı, bu növ az miqdarda ciddi qorunur.
Okeaniya adalarında insanın təsərrüfat fəaliyyəti nəticəsində faunanın dəyişilməsi baş verir. Yeni Zenlandiyada
boyu 3,5m-ə çatan nəhəng dəvəquşuların da nəsli kəsilmişdir. 700 il əvvəl yaşayan uça bilməyən bu quşlar, bitki ör-
tüyünü yandırmaq yolu ilə vəhşicəsinə məhv edilmiş, yuvaları və yumurtaları da yandırılmışdır.
Havay adalarında 68 yerüstü quş növünün 60%-i məhv olmaq təhlükəsi altındadır. Bu quşların rəngarəng
gözəl lələk və tükləri ovçuları özünə cəlb etmiş, baş örtüyü və paltarları bəzəmək üçün ovlanıb satılmışdır.
Avstraliya olduqca özünəməxsus heyvanat aləmi ilə fərqlənir. XIX əsrdə burada geniş yayılan kisəli heyvanlar ha-
zırda yox olmaq təhlükəsi altındadır. Belə heyvanlardan iri yırtıcılar – kisəli şeytan, kisəli canavarı göstərmək olar.
Avstraliyada kisəli heyvan olan kenqurunun bir çox növləri yox olmaq təhlükəsi altındadır. Qiymətli xəzinə
görə insanlar onları ovlamaq üçün yaşayış şəraitini dağıdırlar. Kisəli ayı – koala da bu səbəbdən məhv edilir.
Qeyd edək ki bu heyvanlar yalnız evkaliptin müəyyən növlərinin yarpaqları ilə qidalanır, ona görə də ciddi mü-
əyyən bir yaşayış yerində məskunlaşırlar. Avropalılar buranı fəth edənə qədər kisəli ayıların sayı milyonlarla he-
sablanırdı. İndi isə bir neçə mini qalmışdır. 1924-cü ildən Avstraliyadan koalanın 2 milyon dərisi aparılmışdır.
Hazırda Avstraliyanın təxminən 35 kisəli növü yox olmaq təhlükəsi altındadır.
Avropalılar Afrikaya gəlməzdən əvvəl iri vəhşi heyvanlar kontinent ladşaftının ayrılmaz hissəsini təşkil edir-
di. Burada ilk növbədə Saxara ilə sərhəddə – Şimali Amerikada heyvanların sayı azalmağa başladı. Bu rayonda
fillər artıq yoxa çıxmış, XVIII əsrdən etibarən şirlərin sayı kəsgin azalmış, axırıncı şirlər yalnız Orta Atlasın
meşələrində qalmışdır, Afrika antilop inəyi tamamilə yoxa çıxmışdır. Afrikanın faunasının vəhşicəsinə məhv
edilməsi XVII əsrdən başlanmışdır. Bu dövrdə kontinentin cənubunda savannalara minlərlə fillər, müxtəlif anti-
lop növləri, zebr, zürafə və digər dırnaqlı heyvanlar miqrasiya edirdi. Bu otyeyən heyvanları şirlər, leopardlar,
gillik pişikləri (gepardlar), kaftarlar və başqa yırtıcılar təqib edirdi. Qısa bir müddətdə mavi atabənzər antilop və
antilopun digər növləri, zebrlərin bəzi yarım növləri – kvaqqa, burçellova və başqaları məhv edilmişdir. Saxara-
dan cənubda vaxtilə bütün kontinent boyu yayılan fillər yox edilmişdir. 1880-ci ilə kimi hər il avropa bazarları-
nın təlabatını ödəmək üçün 60-70 min fil öldürülmüşdür. Zürafə və kərgədanın sayı hər yerdə azalmışdır.
XX əsrin 30-cu illərində Rodeziyada qlossin milçəyi ilə mübarizə aparmaq üçün 375 minə qədər fil, antilop,
zürafə, kəl və başqa heyvanlar öldürülmüşdür.
336
Afrikanın çay, göl və bataqlıqlarında saysız-hesabsız begomotlar yaşamışlar. Avropa ovçuları bəzən əyləncə xati-
rinə bir neçə metr məsafədən bu nəhəng heyvanları kəlləsindən güllə ilə vurub öldürmüşlər, onların sayı xeyli azalmış-
dır, yeməli əti olan bu nəhəng (530 kq-a qədər) heyvanlar qorunub, onlardan səmərəli istifadə edilərsə Afrika əhalisinin
zülal çatışmazlığını qismən ödəmək olar.
Avropalıların gəlişindən əvvəl Afrika qitəsində mövcud olan heyvanların sayının hazırda 10%-ə qədəri qal-
mışdır.
Madaqasqar və Maskarensk adalarının nadir heyvanları vardır. Təxminən 200 il əvvəl bu adaların kəşfindən
sonra 24 quş növü və ilkin faunanın 28 növü yox edilmişdir. Məhv olan növlərdən nəhəng yerüstü göyərçinlər-
dən drontu, dodonu və tənha göyərçini göstərmək olar. İndi quşların muzeylərdə skeletlərinin ayrı-ayrı hissələ-
rinə təsadüf etmək olar, onların xarici görkəmləri yalnız vaxtilə çəkilmiş şəkillərə görə məlumdur. Onlar böyük
kütləyə (500 funta qədər) malik olub uça bilmədiyi üçün adalarda qida məhsulu ehtiyatı əldə etmək məqsədilə,
əsasən dənizçilər tərəfindən tamamilə məhv edilmişdir. Madaqaskar adasında yarımmeymun lemur da çox az
qalıb və tamamilə yoxa çııxmaq üzrədir.
Suda yaşayan məməlilərin azalmasının səbəbi də şübhəsiz onların vəhşicəsinə tutulmasıdır. Hələ IX əsrdə
dəniz və okeanlarda kitlər tutulmuşdur. XII əsrdə bir sıra ölkələrdə kitlərin ovlanması böyük əhəmiyyət kəsb
edirdi. XVII əsrdə Arktika dənizlərində kitlər daha çox ovlanmağa başlandı. XIX əsrdə Qrenlandiya kiti tama-
milə məhv edildi.
XX əsrin ilkin yarısında kitlərin ovlanması artaraq onların sayı azalmağa başladı. Ovçuluq təsərrüfatları tərəfin-
dən biskay, yapon, qütb, boz, hamar və qozbel kit növləri demək olar ki, tam məhv edildi. XX əsrin ikinci yarısın-
da kitəbənzərlərdən olan ən iri kit növü hesab olunan (uzunluğu 24 m, kütləsi 110 ton) göy kit çox ovlandığından
sayı xeyli azaldı. Ona görə 1965-ci ildə Beynəlxalq Kitovlama konvensiyası tərəfindən onun ovlanmasına yasaq
qoyuldu.
1971-ci ildə Komandar adalarını yuyan dənizlərdə ilk dəfə iri dəniz məməlisi aşkar edilərək dəniz inəyi ad-
landırıldı. Onun bədəninin uzunluğu 8m, çəkisi 4-5 ton, əti yaxşı iyli, dərisi və piyi qiymətli idi. Bu heyvan sü-
rüləri baxtaların dayaz sularında yaşayaraq, əsasən, laminariya (iri dəniz yosunu) ilə qidalanırdı. Cəmi 2000 də-
Dostları ilə paylaş: |