339
MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR
17.1. DÜNYANIN MÜASİR LANDŞAFTLARI
Yer səthinin hər hansı bir sahəsinin bioloji məhsuldarlığının böyüklüyü (həcmi) həmin sahəyə daxil olan isti-
lik və rütubətliyin nisbətindən asılıdır.
Ən böyük ilkin məhsuldarlıq ekvator qurşağın rütubətli meşələri üçün səciyyəvidir. (ildə 4000 t/km
2
). Sub-
tropik meşələrin məhsuldarlığı 2000 t/km
2
, tayqanınkı 700t/km
2
təşkil edir. Göstərilən sırada müxtəlif meşə
landşaft tiplərində müəyyənedici faktor istilik, yəni radiasiya hesab olunur.
Əgər landşaftları rütubətliyinin azalması baxımından yayılmasına nəzər salsaq görərik ki, tropik qurşağın sa-
vannasının bioməhsuldarlığı təxminən 1500t/km
2
, bozqır (savannaya nisbətən az yağıntı olan) – təxminən
900t/km
2
, səhranınkı isə 200t/km
2
–dan da az təşkil edir.
Beləliklə, yalnız istilik və rütubətin miqdarı deyil, həmçinin onların nisbəti bioloji məhsuldarlığın ölçüsünü,
nəticədə əsas bitki örtüyü tiplərinin formalaşmasını təyin edir.
Coğrafi zonallıq qanunu yalnız zonal proseslərin ərazicə yayılmasının əsas əlamətlərini deyil, həm də insan
fəaliyyətindən əvvəl landşaftın hansı növünün mövcud olmasını təsvir etməyə imkan verir.
İnsan fəaliyyəti yerin ilkin və ya potensial landşaftlarını kökündən dəyişdirmişdir. Təbii bozqırların, meşələ-
rin, savannaların geniş massivləri şumlanmışdır. Meşəsiz landşaft tiplərinin çox hissəsi uzun müddətli mal-qara
otarılmasından və antropogen yanğınlardan böyük dəyişilməyə məruz qalmışdır. Geniş meşə massivləri qırılaraq
məhv edilmiş, bir hissəsi isə törəmə tipli ağaclıqlara və kolluqlara çevrilmişdir. Savannalar insan tərəfindən o
dərəcədə dəyişikliyə məruz qalmışdır ki, insan oradan otlaq kimi istifadə etməyə başlayana, yağış mövsümü qa-
bağı ot örtüyünü yandırana, ağac və kolları qırmağa başlayana qədər hansı vəziyyətdə olduğunu təyin etmək ol-
duqca çətindir. Torpaqların suvarılması və qurudulması arid və çox rütubətli əraziləri kökündən dəyişmişdir. Şə-
hərlər və digər yaşayış məntəqələri, yollar salınmış, sənaye müəssisələri tikilmiş, karxanalar və müxtəlif mədən
tullantıları, torpağı tamamilə yuyulmuş sahələr yaranmışdır. Antropogen dəyişmələrin bu siyahısını uzatmaq
olar.
Quru ərazisinin 20-30%-dən
çoxunda insan, landşaftı praktiki olaraq kökündən dəyişmişdir. Sıx əhali yaşa-
yan ərazilərdə təbii ekosistemlər demək olar ki, qalmamışdır. Bu ərazilərin 40-80%-i kənd təsərrüfatı sahələri,
yaşayış məntəqələri, yollar, sənaye qurğuları və insan fəaliyyətinin digər sahələri altındadır. Ərazinin qalan his-
səsində isə törəmə tipli və ya süni meşələr, deqradasiyaya uğramış torpaqlar, o qədər də yaxşı vəziyyətdə olma-
yan su təsərrüfatı sistemlərinə rast gəlinir.
İnsan fəaliyyətinin təsiri nəticəsində bəzi zonal landşaft tipləri yoxa çıxmış, digərləri transformasiyaya uğra-
yaraq təbii landşaftların antropogen modifikasiyaları yaranmışdır. Dünyanın düzən hissəsində ayrılmış 96 zonal
landşaft tipindən 40-ı yoxa çıxmış və ya kökündən dəyişmişdir.
Qalan ərazilərin bir çoxunda az nəzərə çarpan, bəzən görünməyən dəyişikliklər baş vermişdir. Belə sahələr-
də kimyəvi maddələrin axınları, istilik və ya su balansı və bir çox başqaları dəyişikliyə məruz qalmışdır. Dünya
ərazisinin 60%-dən çoxu bu və ya digər dərəcədə insan tərəfindən dəyişmişdir.
Dünyada insan tərəfindən heç dəyişməmiş ərazi qalmamışdır. Hətta Antarktida və ya Rusiyanın şimal-şərq
vilayətlərində atmosferdən yer səthinə kimyəvi maddələrin düşməsi Dünya landşaftlarının ilkin vəziyyətini az
da olsa dəyişmişdir.
Bununla belə yer üzərində geniş sahələr demək olar ki, dəyişilməmiş qalır. Onlar ekosferin homeostazisini
qoruyub saxlamaqda böyük ümumplanetar rol oynayır, odur ki, onlara bütün bəşəriyyətin son dərəcə qiymətli
mülki kimi baxılmalıdır.
Antropogen transformasiya dərəcəsinə görə yerin müasir landşaftlarını iki böyük qrupa bölmək olar. 1) Ba-
Dostları ilə paylaş: