Böyük və Kiçik Qafqaz dağları
Dağ meşələrinin yırtıcı heyvanlarının xarakterik nüməyəndələrindən bəbir, bozayı, canavar, çaqqal, tülkü, kaf-
tar, vaşaq, qamışlıq və meşə pişiyidir. Qiymətli ov heyvanlarından Bezoar keçisi, qafqaz dağ keçisi, qafqaz maralı,
cüyür, dağ qoyunu, köpkər, qaban, gəmiricilərdən – dovşan, daşlıq dələsi, sincab, porsuq, gəlincik, tirəndazlar, me-
şə süleysinləri, qulaqlı kirpi, çay samurunu göstərmək olar. Kiçik məməli gəmiricilərdən radde yereşəni, palazqu-
laq yarasa, kolluq və sarıboğaz siçanlar bu meşələrin daimi sakinləridir. Yüksək dağlıq zonada yaşayan dağıstan
turları qış dövründə qidalanmaq və mühafizə olunmaq üçün uzun müddət meşələrə enirlər.
Hazırda respublikamızda təxminən 1250 qafqaz maralı qalmışdır. Onlara əsasən Göygöl və Zaqatala qoruq-
larında rast gəlmək olar. Çəkisi 60-70 kq-a çatan dağ qoyunları isə yalnız Naxçıvan ərazisində qalmışdır, onlar
Ordubad Milli Parkında qorunur.
Köpgər və cüyürlərin də sayı xeyli azalmışdır. Köpgərlər dik, sıldırım alp çəmənlərində yaşayır, qışda yem
dalınca meşəyə enir. Kiçik Qafqazın Alagöz dağında köpgərlərin kökü 20-ci əsrin başlanğıcında kəsilmişdir.
Hazırda onlar Böyük Qafqazın cənub və şimali-şərq yamacında (Quba-Qusar massivində) yaşayır, onların sayı
xeyli azalaraq min başa çatır. Avropa cüyürü köpkərdən fərqli olaraq orta və aşağı dağ-meşə qurşaqlarında yaşa-
yır. Meşələrdə çöl donuzuna daha çox rast gəlinir. Meşələrin yuxarı sərhədində yırtıcı heyvanlardan qafqaz qo-
nur ayısı, canavar və vaşaqlara rast gəlinir.
Meşənin yuxarı sərhədində qafqaz uları, qafqaz tetrası, daşlı-qayalı yerlərdə kəklik dəstələrinə rast gəlinir.
Bu meşələrdə qafqaz qarquşu, alaçəhrə, meşə əlvan bülbülü, əlvan ağacdələn, arıquşu və s. yayılmışdır.
Böyük və Kiçik Qafqaz dağlarında dağətəyi zonadan tutmuş nival qurşağına qədər dələlər fəsiləsinə aid olan
uzunluğu 26 sm, çəkisi 100 qram olan gəlinciyi xüsusi qeyd etməlidir. Çünki yırtıcı heyvancığaz bütün gününü
siçanabənzər zərərli gəmiriciləri və həşəratları ovlamaqla məşğul olur. Bəzən özündən iri olan dovşan və siçan-
lara da hücum edir. Böyük Qafqazın cənub yamacında meşə dələsinə də rast gəlinir. Onun ovunu gəmirici siçan-
lar, yereşənlər, kirpi, köstəbək, sincab, quş və həşəratlar təşkil edir.
Kiçik Qafqaz meşələrində gəmirici tirəndaz, yaxud oxlu kirpiyə də rast gəlinir, onun bədənində təhlükəli zə-
hərli iynələri olur, buna görə ondan hətta pələnglər də qorxur.
Böyük və Kiçik Qafqaz dağlarında quşlardan qafqaz qarquşu, iri arıquşu, alaçəhrə, cincar quşu, meşə əlvan
bülbülü, çilqaratoyuq, iri əlvan ağacdələn, zığ-zığ, baltadimdik, alaqanadlar, sitta quşu, Moskva arıquşunu gös-
tərmək olar. Həşəratlardan iri və parlaq cırcıramalar, rəngarəng kəpənək növləri, Karapus və Kalabus və Kala-
zoma cinsinə aid olan göy, boz, yaşıl, qara rəngli böcəklər, ktır milçəkləri, adi və qumluq qarışqaları, vəhşi arı-
lar və s. yayılmışdır.
Dostları ilə paylaş: |