Kür-Araz ovalığı
Tarixi məlumatlara görə vaxtilə Kür-Araz ovalığı və tuqay meşələri heyvanat aləmi ilə olduqca zəngin ol-
muşdur. Yaxın keçmişdə (XVII-XIX əsrlərdə) Kür və Arazboyu tuqay meşələrində çöl donuzu, maral sürüləri,
meşəkənarı açıqlıqlarda isə kulan və ceyran yaşayırmış. XX əsrin əvvəllərində Qarayazı meşələrində maralın
mövcudluğu qeyd olunur.
Hazırda tez-tez rastlaşdığımız zaqafqaziya kirpisi, tarla və meşə siçanları, kür boz dovşanı, çöl donuzu və qa-
mış pişiyi tuqay meşələrinin xarakterik heyvanları sayılır. Burada məməli heyvanlardan yarasalar da yaşayır.
Onlar gecə zərərverici həşəratları məhv edərək meşənin dostu hesab olunur. Digər məməli heyvanlardan porsuq,
oxlu kirpi, qunduz, çay suiti, çaqqal, yenotabənzər it və s. göstərmək olar. Həşərat və gəmiriciləri məhv etdikləri
üçün kirpilər faydalı sayılır.
Tuqay meşələrində yayılan meşə süleysini, sarıboğaz siçanlar ağacların meyvələri, zoğları və pöhrələri ilə qi-
dalanaraq, meşəyə zərər vururlar. Kürboyu meşələrdə çaqqal və tülküyə də rast gəlinir, onlar çöl və ev heyvan-
ları, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və gəmiricilərlə qidalanırlar.
Tuqay meşələrində xəz dərisi qiymətli olan çöl və qamışlıq pişiyi və çöl donuzuları (qaban) yayılmışdır.
Tuqay meşələrində və sularda ilanlara çox rast gəlinir. Su ilanları, qızıl ilan, naxışlı təlxə, qarabaş ilanlar zə-
hərsizdir. Burada yayılan zəhərli ilanlardan zaqafqaziya gürzəsini göstərmək olar.
Tuqay meşələri quşlarla da zəngindir. Bunlardan bizquyruq, bildirçinçalan, böyük qartalca, leylək, turac,
kəklik, sibir tetrası, adi qırqovul, biz durna, vəhşi qaz, ququşu, dovdaq, bəzgək, ördək, cüllütlər, adi qağayı, ya-
şıl qızlarquşu, şanipipik, alaçəhrə və s. qeyd etmək olar.
Tuqay meşələrinin insan fəaliyyəti nəticəsində azalması və pozulması ilə əlaqədar olaraq quşların və vəhşi
heyvanların sayı xeyli azalmış, bəzilərinin nəsli kəsilmiş və ya kəsilmək təhlükəsi altındadır.
Tuqay meşələrində olduqca müxtəlif həşərat növləri yayılmışdır. Bunlardan şneyder, İtaliya, marakeş və Asi-
ya çəyirtkəsi, yırtıcı karabit böcəkləri, parabüzənlər, şirbitlər, uzunburun böcəklər, iynəcələr, vəhşi arılar və bir çox
başqalarını göstərmək olar. Bundan başqa burada ağaclara böyük ziyanverici kəpənəklər də yayılmışdır.
Dostları ilə paylaş: |