Texnogen landşaftlar əsasən insan fəaliyyətilə idarə olunan təbii sistemlərdir. Bura bütün şəhər və şəhərət-
rafı infrastrukturlar: yaşayış məhəllələri, küçələr, meydançalar, istirahət yerləri, sənaye zonaları, rabitə yolları,
yaşayışı təmin edən sistemlər (su təchizatı, kanalizasiya, zibil toplanan və zibil işlənən yerlər, enerji təchizatı və
istixanalar) və s. daxildir. Bura həmçinin mineral ehtiyatların (karxanalar, şaxtalar, neft mədənləri və s.) istehsal
olunduğu və emal edildiyi yerlər, hidrotexniki qurğular landşaftı (bəndlər, su anbarları, kanallar, nasos stansi-
yaları və s. və ona bitişik ərazilərlə birlikdə) aiddir.
İnsanın fəaliyyət tiplərinə görə antropogen landşaftları aşağıdakı qruplara bölmək olar: dəmyə əkinçiliyi ra-
yonlarının landşaftları, suvarılan əkinçiliyi rayonlarının landşaftları, otlaq landşaftları, meşə təsərrüfatı landşaft-
ları, dağ-sənaye landşaftları, urbanizasiya landşaftları, rekreasiya landşaftları.
Landşaft və ekosistemlərin antropogen transformasiyasının əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
-
Tam qapalı sistemin biokütləsindən insanın məhsul kimi istifadəsi nəticəsində seyrək («açıq») sistemə
çevrilməsi. Sistemin açıqlıq (seyrəklik) dərəcəsi onun antropogen dəyişilmə dərəcəsinin indikatoru sayılır.
-
Landşaftın yekrəngliyi artır. Landşaft daxili müxtəlifliyin azalması da antropogen transformasiyanın in-
dikatoru ola bilər.
-
Landşaftın məhsuldarlığı müəyyən vaxt ərzində inteqral antropogen təzyiqdən bilavasitə asılı olaraq aza-
lır.
-
İnteqral antropogen təzyiq nə qədər çox olarsa landşaft və ekosistemin təkamül inkişafı bir o qədər dərə-
cədə pozulmuş olar.
-
Antropogen dövrə qədər landşaft və ekosistemlərdə təkamül prosesində formalaşmış kimyəvi tarazlıq po-
zulmuşdur. Kimyəvi elementlərin və birləşmələrin antropogen axını kimyəvi maddələrin təbii axınının səviyyə-
sini 1-2 dəfə keçir.
-
Biogen maddələrin axınları xüsusilə intensivləşmişdir.
-
Torpaq fondunun transformasiyası (dəyişməsi) fasiləsiz olaraq baş verir.
Dünya landşaftlarının əsas xüsusiyyəti onların vəziyyətinin pisləşməsi (deqradasiyası) olub hər şeydən öncə,
təbii bioloji məhsuldarlığının azalması ilə təzahür olunur. Burada əsas proseslər nisbətən rütubətli landşaftların
meşəsizləşdirilməsi və nisbətən quru landşaftların isə səhralaşması hesab olunur. Quru ərazisinin 90%-də (buz-
laqlarsız) bu iki prosesin inkişafı üçün əlverişli şərait vardır, antropogen təsir isə bu imkanı reallığa çevirir.
Dostları ilə paylaş: |