3. Güclü parçalanmış yüksək
4. Güclü parçalanmış ortadağ-
5. Orta parçalanmış dağönü
7. Güclü və orta parçalanmış
8. Orta parçalanmış dağönü
9. Orta parçalanmış dağarsı
10. Orta parçalanmış düzənlik-
11. Orta və zəif parçalanmış
Bioloji müxtəliflik (BM) ətraf mühitin vəziyyətini və ekosistemin davamlığını qiymətləndirən ən obyektiv
amillərdən biri sayılır. BM-planetimizdə olan bütün həyat formalarının birliyi olub, bununla da Günəş sistemi-
nin digər planetlərindən fərqlənir. BM- həyatın zənginliyi və çox müxtəlifliyi və onda gedən proseslərdir. Bura
canlı orqanizmlərin müxtəlifliyi, onların genetik fərqləri, həmçinin orqanizmlərin yaşadıqları qruplaşmaların,
ekosistemlərin və landşaftların müxtəliflikləri daxildir. BM üç iyerarxik kateqoriyaya bölünür: 1) genetik müx-
yəni yaşayış yerinin, biotik qruplaşmanın və biosferdə gedən ekoloji proseslərin müxtəlifliyi.
Bioloji müxtəlifliklərin yuxarıda göstərilən bütün səviyyələri bir-birilə sıxı bağlı olub vahid sistem əmələ gə-
tirir. Məsələn, növün arealının parçalanması nəticəsində genetik müxtəlifliyin aşağı düşməsi növün məhv olma-
sına və bununla da regionun bioloji müxtəlifliyinin azalmasına səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, genetik müxtəliflik olduqca böyük olub növlər arasında genlərin variasiyaları de-
məkdir. Son vaxtlara qədər genetik müxtəlifliyin dəyişməsi əsasən ev bitkiləri və heyvanları, həmçinin botanika
bağlarında və zooparklarda ayrı-ayrı növlərin populyasiyaları üzərində tədqiq edilirdi. Genlər səviyyəsində BM-
342
Yer üzərində növ müxtəlifliyinin sayı isə hələ indiyə qədər ayrı-ayrı alimlər tərəfindən müxtəlif göstərilir.
Bitki və xordalı heyvanların növlərinin 80-90% - i, digər qalan taksonların isə yarıdan da az növü təsvir olun-
muşdur. Müxtəlif müəlliflər tərəfindən ümumi növlərin sayı 3,6 və 112 min arasında olduğu göstərilir. Bu qədər
böyük fərqin olması əsasən həşarat növlərinin sayının 2-dən 100 mln arasında qiymətləndirilməsidir.
BM-ə daha etibarlı qiymət 1500 mütəxəssisin iştirakılə 1995-ci ildə Yunep tərəfindən verilməsidir. Bu qiy-
mətə əsasən növlərin ən ehtimal sayı 13-14 mln təşkil edir, onun yalnız 1,75 mln növ, yəni 13%-dən azı təsvir
olunmuşdur.
Bioloji müxtəlifliyin ən yüksək iyerarxik səviyyəsi ekosistem və ya landşaft biomüxtəlifliyi sayılır. Dünya-
nın və kontinentlərin kiçik miqyaslı zonal landşaft tipləri xəritəsi bioloji müxtəlifliyin yüksək iyerarxik səviyyə-
sini əks etdirir. Aşağıdakı landşaftlar ən yüksək növ müxtəlifliyi ilə fərqlənir (azalan cərgə üzrə): mülayim qur-
şağın rütubətli ekvator meşələri, karollov rifləri, quru tropik meşələr, mülayim qurşağın rütubətli meşələri, oke-
an adaları, Aralıq dənizi iqlimi landşaftları, meşəsiz landşaftlar (savanna, bozqır). Rütubətli ekvator meşələri da-
ha zəngindir: məsələn, İndoneziyada 200 ha meşədə ağac növlərinin sayı Şimali Amerikanın bütün tropikdən
kənar ərazisində bitən ağac növlərinin sayı qədərdir. Karollov rifləri də yüksək növmüxtəlifliyi ilə seçilir.
1996-cı ildə Bonn universitetində (Almaniya) «Qlobal biomüxtəliflik» xəritəsi tərtib olunmuşdur. Bu xəritə-
yə əsasən fitomüxtəliflik ekosferdə fundamental rol oynayıb quru ekosistemlərinin bioloji müxtəlifliyini müəy-
yənləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub bioməhsuldarlıq və biomüxtəliflik baxımından do-
minantlıq edir. Onlardan 20 min növü konsument və redusent orqanizmlər olub üzvi maddələrin sərf edilməsini
və parçalanmasını təmin edir. Orta hesabla bir borulu bitki növü təxminən 66 heyvan, göbələk və bakteriya nö-
vünün həyatını təmin edir.
«Qlobal biomüxtəliflik» xəritəsi BM-in 2 əsas qlobal qanunauyğunluğunu əks etdirir:
1) Biomüxtəliflik dərəcəsinin zonal landşaft zonalarından aydın surətdə asılılığı: rütubətli ekvator və tropik
meşələrdə fitomüxtəliflik dərəcəsi ən yüksək olub 10000 km
2
sahədə 3000-5000 növ, tayqa və qarışıq meşələr
zonasında 500 növ, tundra və səhra zonalarında isə 200 növdən az təşkil edir, Yerdə qalan zonal landşaft tipləri
fito və biomüxtəlifliyə görə qanunauyğun şəkildə aralıq qiymət daşıyır.
2) Bir sıra tropik və subtropik rayonların spesifik təbii şəraiti – relyefin, torpağın iqlimin çox müxtəlifliyi,
həmçinin bu ərazilərin tarixi inkişafı ilə əlaqədar təbii vəziyyətin kəskin dəyişməsi zamanı növlər üçün sığına-
caq (refuqium) rolunu oynaması da xəritədə əks olunur. Bunun nəticəsində biomüxtəlifliyin maksimum qlobal
mərkəzi və digər yüksək biomüxtəliflik mərkəzləri qeyd olunur. Fitomüxtəliflik xəritəsinin müəllifləri 6 maksi-
mum qlomüxtəliflik mərkəzləri ayırır. Hər mərkəzdə 10000 km
2
sahədə 5000 növdən çox borulu bitki növü
mövcuddur:
1.Çoko (Kosta Rika);
2.Tropik Şərqi And;
3.Atlantikyanı Braziliya;
4.Şərqi Himalay (Çində Yunan əyaləti);
5.Şimali Borneo;
6.Yeni Qvineya.
Qlobal mərkəzlərdən başqa 16 yüksək biomüxtəliflik mərkəzləri (10000 km
2
sahədə 3000 və çox növ) ayrılır,
bunların da daxilində «ləkələr» şəklində ən yüksək biomüxtəlifliyə rast gəlinir. Yüksək biomüxtəliflik mərkəzləri-
nə Aralıq dənizi ətrafı (o cümlədən Qafqaz), Tyanşan-Pamir-Alay, Şərqi Afrika rift vadisi, Kap mərkəzi (Afrikanın
cənubu), Madaqaskar, Qvian dağlığı və b. aiddir.
Son on illərdə bioloji müxtəliflik bioloqlarla yanaşı, həm də iqtisadçıların, siyasətçilərin diqqətini cəlb etmiş-
dir. Bu, bioloji müxtəlifliyin antropogen deqradasiyasının təbii, normal deqradasiyadan olduqca yüksək olması
və təbiət üçün təhlükə yaratması ilə əlaqədardır.
Son 500 mln ildə Yerdə növlərin 5 kütləvi yox olması (məhv olması) dövrü olmuşdur. Onlardan sonuncu
təxminən 65 mln il əvvəl baş vermişdir. Bioloji zənginliyin bərpa olunması üçün hər dəfə təxminən 10 mln il
vaxt lazım olmuşdur. Hazırda insan fəaliyyətinin təsiri nəticəsində bioloji müxtəlifliyin kütləvi azalması üçün
real təhlükə yaranmışdır.
BM-in müasir azalma sürəti təbii azalma sürətini təxminən min dəfə keçir, bu əsasən rütubətli tropik
Dostları ilə paylaş: