17.4. Torpağın bioloji müxtəlifliyi
Bioloji müxtəlifliyin öyrənilməsi üzrə tədqiqatlar bir qayda olaraq bitki örtüyü (flora) və heyvanat aləminə
(faunaya) şamil edilir. Məlum olduğu kimi torpaq təbii mühitin (ekosistemin) əsas komponentlərindən biri olub
onun xassələrində litosferlə biosferin mürəkkəb qarşılıqlı təsirləri əks olunur. Torpaq prosesləri bitki örtüyünə
və faunaya təsir göstərir, bitki assosiasiyalarını formalaşdırır, yer kürəsinin üst aktiv qabığını əmələ gətirir.
Odur ki, torpağın biomüxtəlifliyinin, coğrafi müxtəlifliyinin öyrənilməsi bitki və heyvanat aləminin biomüx-
təlifliyinin tədqiqatı ilə qarşılıqlı aparılmalıdır. Yer kürəsinin torpaqları hazırki dövrdə olduğu qədər müxtəlif ol-
mamış. Torpaq zonalarının yaranması və onların differensasiyası yerin iqliminin istiqamətlənmiş dəyişməsi, tro-
pik enliklərin azalması, mülayim və soyuq qurşaqların genişlənməsi ilə bağlıdır.
Müasir torpaq zonaları əsasən dördüncü dövrdə formalaşmışdır. Lakin bəzi materiklərdə və ərazilərdə torpaq
zonaları üçüncü dövrdə də mövcud olmuşdur. Ayrı-ayrı torpaq zonalarında torpaqəmələgəlmə prosesləri müx-
təlif istiqamətlərdə gedərək müxtəlif torpaq tiplərinin formalaşmasına səbəb olmuşdur. M.A. Qlazovskaya
(1973) Dünyanın Xəritə toplusunda düzən ərazilərdə 31 zonal və 34 introzonal, dağlıq vilayətlərində isə 23 zo-
nal torpaq tiplərinin ayrılmasını göstərir. Y.V. Lobova və A.V. Xabarov (1983) bir çox mövcud ədəbiyyatlara
əsaslanaraq Dünya torpaqlarının 12 formasiyası və 19 fasiyasını ayırır.
Ən qədim zona tropik zona sayılır. Alimlərin hesablamalarına görə tropikada 1 m qalınlığında aşınmış qabıq
20-77 min il ərzində əmələ gəlir. Bu zonalarda ilkin mineralların qələvi hidrolizi gedərək əsasların (Ca, Mg, K)
ayrılması mineralların kristal çərçivələrinin parçalanması zamanı Si, Fe və Al-un formalarının parçalanması pro-
sesi gedir. Bu zaman dəmir müxtəlif formalarda miqrasiya edərək torpaq profillərində toplanır. Bu torpaqlarda
gedən əsas proseslər onların turş reaksiyalı olması, humusun açıq rəngli və mütəhərrik olması, əsasların, silisiu-
mun, dəmirin miqrasiya etməsidir. Aşınma prosesi çox intensiv gedərək qalın aşınma qatı toplanır.
|