Tropik və ekvatorial torpaqəmələgəlmə prosesi zamanı aşağıdakı torpaq tipləri formalaşır: daim rütubətli
tropik meşələrin qırmızı-sarı laterit; mövsümi rütubətli tropik meşələrin və hündürboylu otlu savannaların qır-
mızı laterit; kserofit tropik meşələrin və kolluqların qəhvəyi-qırmızı lateritləşmiş; quru savannaların qırmızı-qo-
nur, səhralaşmış savannaların qırmızı-qonur və tropik səhraların torpaqları.
Subtropik zonada torpaq dördmövsümlü iqlim şəraitində inkişaf edir. Bu zonanın rütubətlənmə dərəcəsin-
dən asılı olaraq müxtəlif hissələrində aşağıdakı torpaq tipləri formalaşmışdır: enliyarpaqlı meşələrin sarı-qonur;
rütubətli subtropik meşələrin sarı və qırmızı; subtropik prerilərin qırmızı-qara; kserofit subtropik meşə və kol-
luqların qəhvəyi; subtropik kollu bozqırların boz-qəhvəyi və subtropik yarımsəhraların boz torpaqları.
Dostları ilə paylaş: |