Subarktik və arktik qurşağın torpaq örtüyü arktik zonanın arktik torpaqlarına və subarktik zonanın tundra
torpaqlarına bölünür. Fiziki aşınma üstünlük təşkil edir. Əsas proseslər: şaxta aşınması, fulvat üzvi maddələrin
toplanması, dəmirləşmə sayılır. Subarktik zonada intensiv fiziki və zəif kimyəvi aşınma gedir. Dəmir və alümi-
nium hidroksidləri toplanır. Əsas proseslər – kriogen rütubət mübadiləsi, qleyləşmə sayılır.
Düzən ərazilərdə rast gəlinən introzonal torpaq tipləri aşağıdakılardır. donuşlu-bataqlıq; bataqlıq-podzol;
boz-meşə hleyli; çimli-karbonatlı; çimli-qleyli; torflu-bataqlıq; düzən-bataqlıq; qonur meşə hleyli; prerilərin qa-
ratorpağabənzər qleyli; çəmən-qaratorpaq; çəmən-şabalıdı; çəmən qonur; sarı və qırmızı qleyli; çəmən-qəhvəyi;
subtropik çəmən-qara; takırlar; subtropik-bataqlıq; laterit qleyli; çəmən-qəhvəyi-qırmızı; çəmən-qırmızı-qonur;
tropik bataqlıq; solodlar; şorakətlər; şoranlar; allüvial; suvarılan.
Müxtəlif iqlim zonalarında yerləşən dağlıq ərazilərin torpaqları xüsusi qrupa aid edilir. Dağ torpaq tipləri
aşağıdakılardır: dağ-arktik; dağ-tundra; dağ çimli kobudhumuslu və torflu; dağ-tayqa-donuşlu; dağ boz meşə:
dağ-çəmən; qonur dağ-meşə; dağ-çəmən-bozqır; dağ-qaratorpağı; dağ-şabalıdı; dağ-yarımsəhra-qonur; dağ qır-
mızı və dağ-sarı; dağ-qəhvəyi; dağ-boz-qəhvəyi və dağ-boz; dağ-səhra; dağ-laterit
Torpaq örtüyünün coğrafi (bioloji) müxtəlifliyinin yayılması qanunauyğunluğu insanın müxtəlif xarakterli
təsərrüfat fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə dəyişikliyə məruz qalmışdır. Hətta şumlanma-
yan ərazilərdə daimi mal-qara otarılması, bitki qalıqlarının sistematik olaraq yandırılması, mədəni otlaq sahələri-
nin gübrələnməsi və ya ot səpilməsi torpaqda dərin dəyişikliyin əmələ gəlməsinə səbəb olur. Bu dəyişiklik müs-
bət effekt verərək bioloi məhsuldarlığı yüksəldə bilər, yaxud mənfi nəticəyə gətirib çıxarır – torpağın strukturu
pozulur, su və külək eroziyası baş verir.
Şumlanma, sistematik becərmə, üzvi və mineral gübrələr verildikdə torpaq əhəmiyyətli dərəcədə dəyişikliyə
uğrayır. Antropogen torpaqların müasir təsnifatında belə torpaqlar «mədəniləşmiş» və «mədəni» torpaq adlanır.
Meliorasiya, qurudulma, suvarma, dərin plantaj şumu aparıldıqda torpaqda daha çox dəyişikliklər baş verir:
torpağın su və istilik rejimi və ya genetik horizontların bütün sistemi pozulur. Belə torpaqlar «dəyişilmiş», «kö-
kündən dəyişilmiş» qrupa aid edilir.
Dəniz dibinin insan tərəfindən qurudulması, kolmataj, irriqasiya gətirmələrinin akumulyasiyası, sənaye tul-
lantılarının rekultivasiyası yolu ilə yaradılan torpaqlar xüsusi antropogen torpaqlar qrupu kimi ayrılır.
Dənizkənarı bataqlıqların qurudularaq münbit (əsasən çəmənlər) torpaqlara çevrilməsi Qərbi Avropada, Şi-
mali və Cənubi Amerikanın Atlantik okeanının düzən sahillərində geniş miqyasda həyata keçirilir.
345
Çay suları ilə suvarma nəticəsində yeni allüvial materialların toplanması (yığılması), yəni kolmataj nəticəsin-
də antropogen allüvial torpaq əmələ gəlir. Kolmataj dünyanın bir sıra ölkələrində tətbiq edilir.
Torflu və torflu-qleyli torpaqların qurudulması yolu ilə də antropogen qurudulmuş torpaq yaradılır.
Dostları ilə paylaş: |