Suvarma ilə əlaqədar torpaqların əmələ gəlməsiı 1). Yerin arid zonalarında qədim suvarma əkinçiliyi tət-
biq olunan vilayətlərdə irriqasiya gətirmələrinin toplanması nəticəsində mədəni-suvarılan vahə torpaqları əmələ
gəlmişdir. Ön Asiya və Pakistanda bu torpaqlar xüsusi torpaq tipi kimi ayrılır. (Rozanov,1951) Bu torpaqlar 1,5-
2,0 qalınlığında narınqatlı tozvari irriqasiya gətirmələrindən təşkil olunmuşdur.
2) Şoranlaşmış və şoran torpaqların yuyulması və kompleks aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu
ilə suvarılan duzlardan yuyulmuş torpaqlar formalaşır. 3) Vahələrin ətrafında drenaj və suvarma sularının atıl-
ması nəticəsində təkrar şorlaşmış və bataqlaşmış torpaqlar əmələ gəlir. Təkrar şorlaşmış torpaqlar həmçinin su-
varma sisteminin düzgün aparılmaması nəticəsində əmələ gələrək geniş əraziləri əhatə edir.
Suvarılan antropogen torpaqlar arasında çəltik tarlalarının torpaqları geniş yer tutaraq qleyli çəltik torpaqları
adlanır. Çəltik torpaqlarının geniş əraziləri rütubətli subtropik, tropik və ekvator qurşaqlarında yerləşərək dəyi-
şilmiş qırmızı, sarı, qırmızı-sarı torpaqlardır. Uzun müddət su altına basılmış bu torpaqlar qleyləşərək strukturu-
nu itirir, pas ləkələri olmaqla tünd-göy rəng alır.
Çəltik əkinləri həmçinin isti qurşaqlarda humid şəraitində Şimali və Cənubi Amerikanın prerilərinin qarator-
pağabənzər torpaqlarında, Uzaq Şərqdə və Şimali Şərqi Çində də yayılmışdır. Son illər Lənkəran ovalığında da
çəltik əkinləri bərpa edilmişdir.
Dostları ilə paylaş: |