kirə və ya ilkin; 2)Təbii - antropogen landşaftlar. İkinci qrupa aid olan landşaftlar törəmə, antropogen şəkli
dəyişmiş və texnogen, bakirə və ya ilkin landşaftlar insanın təsərrüfat fəaliyyətinin təsirinə bilavasitə məruz qal-
mayan, yaxud praktiki olaraq şəklini dəyişməyən zonal landşaft tipləridir.
Bəzi hallarda bu landşaftlara keçmişdə və ya hazırkı dövrdə təsərrüfatçılığın lokal amilləri təsir göstərə bilər,
lakin landşaftın keyfiyyətcə dəyişməsinə gətirib çıxarmır. Odur ki, bu landşaftların şərti-ilkin adlandırılması da-
ha düzgün olardı. Bu qrupa buzlaq səhraları, bəzi tropik səhraların əsasən yüksək dağlıq hissəsi, həmçinin boreal
meşə landşaftlarının(yaxud şimal yarımkürəsinin mülayim qurşaq meşələri) çox hissəsi və tundra daxildir. Bura
həmçinin qoruqlar və ciddi qorunan ərazilər aiddir. Bir sıra tədqiqatçılar ilkin landşaftlara ekosferin ekoloji sabit
vəziyyətdə saxlanılmasında mühüm rol oynayan ən əhəmiyyətli təbii ehtiyat kimi baxır.
Dostları ilə paylaş: |