niz inəyi aşkar edilmişdi. Bu heyvan aşkar ediləndən yarım əsr sonra, yəni artıq 1768-ci ildə onlar dənizçilər və
sənaye işçiləri tərəfindən məhv edilmişdi. Hazırda onların skelet qalıqları və dəriləri qalmışdır.
Morjların da sayı olduqca azalmışdır. 1956-cı ildən Arktikada onun ovlanması qadağan olunmuşdur. Kalan
və ya dəniz susamuru çox az miqdarda Komandar, Kuril və Aleut adalarında qalmışdır.
Keçmiş yüzilliklərdə və hazırkı dövrdə planetimizin heyvanat aləmində baş verən dəyişikliklərlə J. Dorstun
(1968) kitabında ətraflı tanış olmaq olar. Bu kitabda müxtəlif ölkələrdə təbii resursların vəziyyəti və istismarı
haqqında geniş faktiki material verilir, ayrı-ayrı heyvan növlərinin sayının azalması və yox olması təhlil olunur.
Heyvanların sayının azalması və məhv edilməsinin səbəblərindən bir ovçuluqdur. İlk növbədə sənaye qiymətli
heyvanlar məhv edilir. Heyvanların yaşayış şəraitinin dəyişməsi də baş vermişdir. Bu dəyişgənlik ilk növbədə
meşələrin qırılması və onunla əlaqədar müşayiət olunan təbii tarazlığın pozulmasıdır. Təsadüfi və bilərəkdən
bitki və heyvanların introduksiyası bəzi hallarda mənfi nəticələr vermişdir. Kənardan gətirilmiş orqanizmlər xü-
susilə ada ekosistemlərində böyük pozuntulara səbəb olmuşdur.
Beynəlxalq Təbiəti mühafizə ittifaqı (BTMİ), xüsusi Beynəlxalq «Qırmızı kitab» tərtib etmişdir. Bura məh-
volma təhlükəsi olan və nadir heyvan növləri daxil edilmişdir. Kitabın I cildi məməlilərə həsr olunmuşdur. Bu-
ra 236 növ və 292 yarımnöv; II-cildə 287 quş növü (341 yarımnöv); III- cildə 36 suda-quruda yaşayanlar və 119
sürünən heyvanlar daxil edilmişdir; IV cild nadir balıq növlərinə; V-cild isə bitkilərə həsr edilmişdir. BTMİ-nin
tərtib etdiyi bu Qırmızı kitab heyvanat aləminin qorunmasında bəşəriyyət qarşısında mənəvi-əxlaqi məsuliyyət
daşıyır. Lakin bu kitaba dünyanın ayrı-ayrı ölkələrində məhv olmaq təhlükəsi qarşısında qalan bütün heyvan
növləri daxil edilməmişdir. Odur ki, bir sıra ölkələp, o cümlədən Azərbaycan Respublikası özünün “Qırmızı Ki-
tabını” yaratmışlar. Respublikamızın “Qırmızı kitabına” daxil olan heyvan və bitki növləri haqqında “Bioloji
müxtəliflik”””“ bölməsində məlumat verilir.
Dostları ilə paylaş: |