21.9. Ekologiya mühəndisliyi
Ekologiya mühəndisliyinin məqsədi texnika ilə ətraf mühit arasında münasibətləri harmonizasiya etməkdir.
Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və ya bütöv regionun texnosferi təşkil edə bi-
lər.
Ekoloji iqtisadiyyatın tələbi ilə yeni texnikanın layihələşdirilməsi və yaradılmasının məqsədləri dəyişilir.
Texniki obyektlərə olan tələblərdən biri, onların «ekologiyalılığıdır». Bu anlayış texniki obyektlərin ətraf mühit-
lə (təbii və sosial) qarşılıqlı təsirini (maddə, enerji, informasiya) səciyyələndirir.
Ekologiya mühəndisliyində ekoloji yanaşma texniki obyektlərin ətraf mühitlə əlaqəsini təsvir edən əsas vasi-
tə kimi çıxış edir. Onun əsasında texniki sistemə və onunla qarşılıqlı əlaqədə olan ətraf mühitin ayrı-ayrı kom-
ponentlərinə vahid münasibət mümkündür. Ekoloji yanaşma texniki sistemlərin hərtərəfli sosial-ekoloji qiymət-
ləndirilməsində vacib əhəmiyyət kəsb edir.
İndiyə kimi texniki sistemin onun üzərinə qoyulmuş funksiyanı nə dərəcədə yaxşı yerinə yetirməsi faydalı iş
əmsalı (FİƏ) ilə ölçülürdü. Lakin FİƏ sistemin itirdiyi enerjini xarakterizə edir və texniki sistemin qiymətləndi-
rilməsinin obyektiv kriterisi kimi yararsızdır.
Texiniki məqsədə nail olmaqla mahiyyət etibarilə texniki sistemlərin effektinin mövcud olan göstəriciləri
qiymətləndirilmir. Bununla əlaqədar olaraq texniki yeni tətbiq edilənlərin (yeniliyin) kompleks qiymətləndiril-
məsinin metodları işlənib hazırlanır. Texiniki yeni tətbiq edilən dedikdə elə metodlar başa düşülür ki, məhz bu-
nun sayəsində hərtərəfli (texniki iqtisadi və sosial-ekoloji) olaraq yeni texnikanı qiymətləndirmək mümkün ol-
sun və onların seçilməsini hərtərəfli həyata keçirsin. Belə qiymətləndirmə texniki inkişafa nəzarət etməyə və
onu istiqamətləndirməyə imkan yaradır. Bu zaman xüsusi diqqət fərz edilən texniki yeni tətbiq edilənin əmələ
gətirdiyi bilavasitə «xeyirə» deyil, məhz onun ətraf təbii və sosial mühitə təsiri nəticəsində əldə edilənin olduqca
yüksək olmasıdır ki, bununla yeni tətbiq edilənlərə suallara cavab vermək yolu ilə qiymət vermək mümkün ol-
sun: yeni tətbiq edilənlər iqtisadi cəhətdən əlverişlidirmi?
İstənilən texniki sistem bəzi funksiyaları yerinə yetirməklə ətraf mühitin bu və ya digər komponentinə müəy-
yən təsir göstərir. Uyğun olaraq texniki obyektlərin qiymətləndirilməsi zamanı bu öz əksini tapmışdır. İdeal ha-
lında biosfer, iqtisadi, sosial, texnoloji amillər nəzərə alınmalıdır.
Texniki sistemlərin funksiyalarının nəticələrinin qeydə alınması xüsusi əhəmiyyət qazanır, belə ki, insan qabaqca-
dan planlaşdırılmış müsbət və həmçinin, gözlənilməyən neqativ nəticələr əldə edir.
Texniki fəaliyyətin nəticələri modelləşdirmənin köməyi ilə ilkin qiymətləndirilir. Bu metod texnoloji təsirlər
nəticəsində ətraf mühitdə yaranmış bir çox prosesləri üzə çıxarmağa imkan verir. Mühəndislik fəaliyyətinin ənə-
nəvi metodları ildə yanaşı ekologiya mühəndisliyi xüsusi vasitə və yanaşmalardan istifadə edir. Bu cür vasitə və
yanaşmalara misal olaraq müxtəlif monitorinqləri göstərə bilərik.
Monitorinq («monitor» – müəyyən parametrlərə nəzarət üçün cihaz hansı ki, verilmiş hüduddan kənara çıx-
mamalıdır) – ətraf mühitin müxtəlif tərəflərinin vəziyyəti üzərində müşahidə, qiymətləndirmə və proqnozdan
ibarətdir. Ekologiya mühəndisliyinin fəaliyyəti monitorinqlə başlayır. Monitorinqin üç əsas pilləsi mövcuddur:
lokal (bioekoloji və ya sanitariya-gigiyenik); regional, geosistem (təbiət, təsərrüfat) və qlobal, biosfer. İxtisaslaş-
dırılmış monitorinq stansiyaları ekoloq- mühəndisə iri şəhərlərin və sənaye zonalarının hava hövzəsi üzərində
nəzarət etməyə, biosfer qoruqlarında daimi müşahidələr aparmağa imkan verir. Peyk və başqa kosmik aparatlar-
da qoyulmuş cihazlar Dünya okeanı, quru, atmosferin vəziyyəti haqqında irihəcmli informasiya toplamağa, təbii
prosesləri qeydə almağa, həm də insanın təbiətə təsiri üzərində müşahidə aparmağa imkan verir.
Ekologiya mühəndisliyi metodları əsasında texniki obyektlərin mühəndis-ekoloji ekspertizası həyata keçiri-
lir. Mühəndis-ekoloji ekspertizanın məqsədi– təbii ehtiyatlardan səmərəli istifadəni və yeni müəssisələrin tikinti-
si, fəaliyyətdə olanın genişləndirilməsi və yenidən qurulmasının, yeni növ texnika və texnologiyanın ətraf mühi-
tə təsirinin yol verilən həddinin müəyyən edilməsidir.
420
Son vaxtlar (xüsusən də Çernobıl qəzasından sonra) ekologiya mühəndisliyində texnoloji risk və zəhərli
maddələrin zəif dozasında insanlara təsiri sahəsində proqnozlaşdırma metodlarının təkmilləşdirilməsi sahəsindəki
işlər xüsusi əhəmiyyət kəsb edir. Texnoloji risklər sahəsində proqnozlaşdırmalar qəza vəziyyətlərinin idarəetmə me-
todlarını işləməyə imkan verir. Ciddi qəzaların qarşısını, əlbəttə, tamam almaq mümkün deyildir, ona görə də istəni-
lən halda vəziyyətin öhdəsindən gəlməkdən ötrü şərait və vasitələr olmalıdır.
Ekologiya mühəndisliyi sayəsində insan dərk edir ki, texnikanın etibarlılığı, təhlükəsizliyi texnikadan çox,
kompleks sosial-ekoloji işdir. Ekologiya mühəndisliyi texnika, cəmiyyət, təbiətin birliyi mövqeyindən çıxış edir.
Ekologiya mühəndisliyinin məqsədi yeni texnosferi formalaşdırmaq, texniki yenilikləri sosial-ekoloji mövqe-
dən qiymətləndirmək, onların biosfer qanunlarına uyğun gəlməsinin şərait və imkanlarını müəyyən etməkdir.
Dostları ilə paylaş: |