21.10. Kosmosun mənimsənilməsi və
ekologiya problemləri
Kosmosun mənimsənilməsi cəmiyyətin fəaliyyət sahəsini real genişləndirməklə, Yerin məhdud imkanların-
dan irəli gələn və ekoloji problemi dərinləşdirən bir çox şəraiti aradan götürə bilər.
Planetimizdə ekoloji vəziyyəti kəskinləşdirən əsas səbəb Yerin məhdud məkana malik olmasıdır. Raket-kos-
mik texnikanın inkişafı yerətrafı fəzaya daxil olmağa və təbii mühit haqqında keyfiyyətcə yeni informasiya əldə
etməyə imkan verir.
Yaxın gələcəkdə kosmik fəza maddi-istehsal məqsədləri üçün də istifadə ediləcəkdir.
Bəşəriyyətin kosmik perspektivi prinsipcə sonsuzdur. Bu, cəmiyyət və təbiətin qarşılıqlı təsirinin məkan (o
gümlədən zaman) daxilində sonsuz genişlənə biləcəyinin real olduğunu göstərir.
Cəmiyyətin məkanca sonsuz genişlənməsi imkanı (kosmosu mənimsəməklə) onun zaman daxilində də son-
suz mövcudluğu üçün də zəmin yaradır. Kosmosun mənimsənilməsi, beləliklə, sosial əbədilik deyilən qədim
konsepsiyanı yeni əsasda dirçəltmişdir.
Görünür, kosmosun praktiki cəhətdən mənimsənilməsi üçün kosmosda ekoloji istehsal inkişaf etdirilməli, yə-
ni insanların başqa planetlərdə həyat təmin etmək üçün süni biosferlər yaradılmalıdır. İnsan bu zaman Yer bios-
ferini modelləşdirməli, canlı maddənin əsas funksiyalarını təkrar istehsal etməlidir.
Kosmosun mənimsənilməsi cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərində dönüşdür. Yerin təbiətində cə-
miyyətin fəaliyyəti üçün real məhdudiyyətlər kosmosa çıxmaqla aradan götürülə bilər.
Bu baxımdan, cəmiyyət və təbiətin qarşılıqlı təsirindən maddə-enerji aspektinin genişlənməsi və dərinləşmə-
si, insanın fəaliyyət dairəsinə (kosmik mənşəli) yeni maddə və enerji mənbələrinin daxil edilməsi diqqəti daha
çox cəlb edir. Məsələn, kosmik enerji mənbəyinin maddi istehsal sferasına cəlb edilməsi üçün perspektivlər açı-
lır.
Cəmiyyətin informasiya fəaliyyətində kosmonovtikanın inkişafı ilə əlaqədar inqilabi dəyişikliklər müşahidə
edilir. Kosmos haqqında məlumatların alınması imkanları xeyli genişlənmişdir. İndi kosmosdan Yer və onun
biosferi haqqında informasiya alınır.
Bu gün kosmonavtikanın əsas məqsədi yaxın Kosmosun elm və istehsal məqsədləri üçün mənimsənilməsidir.
Bu baxımdan, kosmik fəzada günəş elektrik stansiyaları şəbəkəsinin yaradılması (kosmosda günəş enerjisinin elektrik
enerjisinə çevrilməsi prosesi daha effektiv keçir) və onların enerjisinin yerə ötürülməsi, enerji tutumlu və biosfer üçün
təhlükəli olan istehsalın yüksək tezlikli cərəyanlar və ya lazer şüaları vasitəsilə kosmik fəzaya köçürülməsi daha çox ma-
raq doğurur.
Bununla belə, kosmosun mənimsənilməsinin biosfer üçün törədə biləcək nəticələrin müəyyən edilməsinin daha bö-
yük əhəmiyyəti vardır. Hətta kosmosa buraxılan raketlərin biosferə mənfi təsiri özünü göstərir; belə ki, işlənmiş qazlar
biosferi zəhərləyir, raketin atmosferdən keçməyi onun tərkib və hərəkətinə təsir edir. Kosmos getdikcə kosmik metal qı-
rıntıları ilə çirklənir.
Qayıq tipli kosmik aparatların 250-450 km (ionosfer plazmasının sıxlığının maksimuma çatdığı yerdə) yüksəklikdə
uçması nəticəsində ionosferdə dəyişikliklər baş verir, «ionosfer deşikləri» yaranır, nəticədə atmosferin fiziki-kimyəvi
proseslərinin təbii gedişinə və biosferin digər komponentlərinə güclü təsir göstərilir.
Yaranmış vəziyyət kosmosun praktiki mənimsənilməsi ilə əlaqədar iki kəskin mövqenin səhv olduğu aydın
olur: 1) ekoloji təhlükənin qarşısını yalnız yerdəki vasitələrlə almaq (kosmosun mənimsənilməsinin əleyhinə on-
ların mövqeyi); 2) ekoloji qəza zamanı bəşəriyyətin Yer kürəsini tərk edib kosmosdan sığınacaq kimi istifadə et-
məsi.
Əslində, bəşəriyyət, əvvəllər yalnız Yerdə təbiətlə əlaqədar olduğu halda, indi daha geniş sistemə çıxır. Hazırda nü-
vəsini cəmiyyət təşkil edən «Bəşəriyyət– Yer– Kosmos» sistemi formalaşır. Yer sakinləri XXI əsrdə hələ planetimizi
tərk edib kosmosa keçmək fikrində deyillər. Kosmonovtikadan ilk əvvəl Yerdə həyat şəraitini yaxşılaşdırmaqdan ötrü
istifadə ediləcəkdir.
Əgər söhbət uzaq gələcəkdən gedirsə, K.Y. Siolkovskinin fikrincə, bəşəriyyət əvvəl-axır günəş ətrafı sistemini, son-
ralar isə bütün qalaktik fəzanı mənimsəyəcəkdir. Görünür, o zaman insanlar Yer kürəsini çiçəklənən bağa, nəhəng qoru-
ğa, təbiətin böyük abidəsinə çevirəcəklər.
421
Cəmiyyət və təbiət qarşısında qarşılıqlı təsir uzun müddət Yerin hüdudları daxilində baş verirdi. Kosmonovtikanın
yaranması ilə yerdənkənar təbiətin öyrənilməsi və dəyişdirilməsinin başlanğıcı qoyulmuşdur. Ona görə də sosial ekolo-
giya yalnız Yer problemlərinə istiqamətlənə bilməz, o həmçinin kosmosun mənimsənilməsinin xüsusiyyətlərini, onun
kosmik təbiətə və Yerin biosferinə təsirini nəzərə almalıdır.
Dostları ilə paylaş: |