Torpağın meqafaunası – əsasən məməlilərdən ibarət olub iri yereşənlərdir. Bir sıra növlər bütün həyatını
torpaqda keçirir (Avrasiyada – korsiçan, sokor, köstəbək; Afrikada – qızılköstəbək; Avstraliyada – kisəli
köstəbək). Onlar torpaqda yollar və yuvalar sistemi qazırlar. Bu heyvanların xarici görkəmi və anatomik
xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı
kompakt, dalğalı bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı güclü qazıcı sonluğa malikdirlər. Torpağın
meqafaunasına cənub yarımqütbündə tropikada məskunlaşan iri oliqoxetlər, xüsusilə Megascolecidae
fəsiləsindən olan nümayəndələri aiddir. Onlardan ən böyüyü Avstaliya Megascolides australis olub uzunluğu
2,5, bəzən 3 m-ə çatır.
Torpağın daimi sakinlərindən başqa iri heyvanlardan yuvalarda yaşayan böyük ekoloji qrupu (marmot,
sünbülqıran, dovşan, porsuq, ərəbdovşanı və b.) ayırmaq olar. Onlar yerin üzərində qidalanır, lakin torpaqda
çoxalır, qışlayır, istirahət edir, təhlükədən qorunur. Bir sıra digər heyvanlar da bu yuvalardan istifadə edir, bura-
da əlverişli mikroiqlim tapır və düşmənindən gizlənirlər.
Bir sıra ekoloji xüsusiyyətlərinə görə torpaq su və yerüstü aralıq mühit hesab olunur. Torpağı su ilə
yaxınlaşdıran cəhətlər onun temperatur rejimi, oksigenin azlığı, torpaq havasının su buxarları ilə doyması və
suyun müxtəlif formalarda mövcudluğu, torpaq məhlulunda duzların və üzvi maddələrin olmasıdır.
Torpağı hava mühiti ilə yaxınlaşdıran torpaq havasının mövcudluğu, üst qatların quruma təhlükəsi və tem-
peratur rejiminin kifayət qədər kəskin dəyişməsidir.
Heyvanların yaşama mühiti kimi torpağın aralıq ekoloji xassələrinə əsasən ehtimal etmək olar ki, torpaq,
heyvanat aləminin təkamülündə mühüm rol oynamışdır.
Dostları ilə paylaş: |