ya prosesi apararaq ammoniumu azot turşusuna çevirir:
2NH
3
+3O
2
=2HNO
2
+2H
2
O+718.9 coul
belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların köməyilə gedir.
Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:
2HNO
2
+O
2
=2HNO
3
+108.7 coul
Bu reaksiyada nitrobacterlər iştirak edir.
Nitrifikasiya prosesindən başqa torpaqda mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və ya
nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə
qədər, sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya) olunur.
C
6
H
12
O
6
+4NO
3
=6CO
2
+6H
2
O+2N
2
və ya
3C+4KNO
2
+H
2
O=2KHCO
3
+K
2
CO
3
+2N
2
Denitrifikasiya prosesi denitrifikator bakteriyaların təsirilə baş verir.
Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin tərəfindən tapılan hemotroflar – kök bakteriyaları və anae-
rob mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki mikroorqanizm növü azotun dövranında fəal iştirak
edir, odur ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində böyük əhəmiyyəti vardır.
İlk dəfə 1938-ci ildə fransız kimyaçısı Bussenq aşkar etmişdir ki, paxlalı bitkilərdən sonra torpaqda daha çox
azot toplanır.
208
Aktinomisetlər və ya şüalı göbələklər torpaqda, suda və peyində geniş yayılmışdır. 1qram torpaqda aktino-
misetlər 15…36 milyona, və ya 1 hektarda 500:700 kq-a qədər ola bilər. Aktinomisetlər humusun (çürüntünün)
əmələ gəlməsində fəal iştirak edir.
Göbələklər –tipik heterotroflar, yəni hazır üzvü maddələrlə qidalananlar hesab olunur. Göbələyin vegetativ
gövdəsi mitseli adlanır. Ali göbələklərin mitseliləri çoxhüceyrəli olur.
Göbələklər torpaqəmələgəlmə prosesində böyük əhəmiyyətə malikdir, onlar mürəkkəb üzvi maddələri mine-
ral birləşmələrə qədər parçalaya bilir. Göbələklər özündən sonra torpaqda suya davamlı struktur yarada bilən
çoxlu humus saxlayır.
Yosunlar. Yuxarıda göstərilən bitki orqanizmlərindən fərqli olaraq yosunlar öz hüceyrələrində xlorofil sax-
layır. Onlar işıq şəraitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir (fotosintez).
Yosunlar torpaqda, ən çox torpağın üst qatında hərtərəfli yaranıb. Torpaq səthinin nəmliyi yosunların əmələ
gəlməsi üçün mühüm şərait sayılır. İşıqda yosunlar karbondan – CO
2
-dən istifadə edir,azotu isə mineral birləş-
mələrdən mənimsəyir.Torpaqda yosunlar süxurların aşınması prosesində fəal iştirak edir. Diatom yosunları
qrupu əsasən alümosilikatları parçalayır.
Bəzi göbələklərlə birlikdə yosunlar da CO
2
– dən istifadə edərək üzvi maddələrin toplanmasında işti-
rak edir.
Yaşıl, göy-yaşıl və diatom yosunlar mövcuddur.
Şibyələr. Yerüstü yosunlar olub birgə yaşayan göbələklər qrupudur. Beləliklə, şibyədə iki bitki – göbələk və
onun üzərində yerləşib birgə yaşayan yosun görünür. Bu iki bitkinin simbiozunda yosunlar bütün yaşıl bitkilər
kimi üzvi maddələr sintez edir, bu zaman onlar şibyələrin əldə etdiyi sudan istifadə edir, göbələk isə yosunların
hüceyrələrindən qismən qida kimi istifadə edir. Şibyələrə həm ağaclarda, həm yerdə, qayalarda, daş üzərində,
dəmir yzərində, hətta şüşə üzərində rast gəlmək olar.
Mamırlar şibyə və yosunlardan daha inkişaf etmiş vegetativ və çoxalma üzvlərilə seçilir. Mamırlar yaxşı in-
kişaf etmiş xloroplastı olan avtotrof orqanizimlərdir. Boyları 20…30 sm-dən hündür olmur. Kökləri olmur,
sübstrata xüsusi tükcüklərlə – rizoidlərlə yapışır. Quş mamırının gövdəsi və xırda yarpaqları olur. Sfaqnum və
ya torf mamırının da gövdə və xırda yarpaqları olur, onlar həmçinin çoxlu miqdarda havalı hüceyrələrə də ma-
lik olur.
Mamırlar və şibyələr yararsız sahələrdə, daşlar üzərində pioner bitki kimi inkişaf edir. Məhv olarkən mamır-
lardan çoxlu üzvi maddələr qalır, sonralar onların üzərində çiçəkli bitkilərin inkişafına şərait yaranır. Mamır-
lar—bataqlıqlarda və bataqlıq meşələrdə əsas torfəmələgətirən bitki sayılır.
İbtidailər. Torpaqda yaşayan ibtidailərə qamçılılar, kökayaqlılar və infuzorlar daxildir. İbtidailər – aerobdur-
lar. Üzvi maddələrlə zəngin olan torpaqlarda amyöblər yayılır. İbtidailər mürəkkəb üzvi maddələri daha sadə üz-
vi maddələrə çevirir.
Heyvanat aləmi. Torpaqda çoxlu miqdarda soxulcanlar, qurdlar, gəmiricilər, qarışqalar və həşəratların sürfə-
ləri yaşayır. Onlar öz həzm yolundan xırdalanmış üzvi maddələri keçirərək torpağı ifrazatları ilə zənginləşdirir
və torpağın mikro və makrostrukturunun yaranmasına şərait yaradır. Bu canlılar həm də torpağı qarışdırır, xırda-
layır, bununla da torpağın aerasiyası yaxşılaşır və torpaqəmələgəlmə prosesi sürətlənir.
Torpaq soxulcanları öz orqanizmlərindən il ərzində bir hektara 25 ton torpaq keçirir. Soxulcanların ifrazatları
azot və fosforla zəngin olub, suyadavamlı aqreqatlar yaradır. Soxulcanlar öz həyat fəaliyyəti nəticəsində torpa-
ğın fiziki xassələrini yaxşılaşdırır (məsaməliyi, susızdırmanı).
Ali bitkilərin torpaqəmələgəlmədə rolu xüsusilə V.R.Vilyams tərəfindən aşkara çıxarılmışdır. O üzvi maddə-
lər yaradan 3 ali yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər qrupu ayırır.
1.
Ağac formasiyası – anaerob mikroblarının zəif iştirakilə ağac bitkilərinin göbələk orqanizmlərilə birliyi.
2.
Ot çəmən formasiyası – əsasən mezofil çəmən bitkilərinin anaerob və aerob bakteriyalarilə birliyi.
3.
Ot çöl (bozqır) formasiyası – kserofil çöl otlarının aerob bakteriyalarilə birliyi.
İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında podzoləmələgəlmə prosesi gedir və podzol torpaq-
lar yaranır.
Mezofil çəmən ot bitkiləri altında rütubətli çimli-podzol, çimli-çəmən və çimli torpaqlar yaranır.
Çöl (kserofil) bitkiləri altında çöl (bozqır) torpaqları (qaratorpaq, şabalıdı torpaq) və səhra torpaqları (boz-
qonur) əmələ gəlir.
Antropogen amil. (insanın təsərrüfat fəaliyyəti) Antropogen amillər bütün torpaq tiplərinə öz təsirini göstər-
mişdir. Bununla əlaqədar olaraq çox yerdə təbii torpaq tipi qalmamışdır, yeni mədəni torpaqlar yaranmış-
dır: bataqlıqlar qurudulmuş, səhra, çöl torpaqlarında suvarılma tətbiq olunmuş, şoran torpaqların meliorasiyası
işləri aparılmışdır. Dağ ərazilərdə meşələrin yerində bağlar, üzümlüklər yaradılmış, bəzi yerdə təbii relyef dəyiş-
miş, yamaclar terraslara çevrilmişdir.
Müasir insan nəinki bioloji, hətta geoloji amil olmuşdur.
XII Fəsil
209
TORPAĞIN QORUNMASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ
12.1. Dünyanın torpaq resursları və istifadəsi
Qurunun sahəsi buzlaqlarla birlikdə 149 mln. km
2
təşkil edir. Bura həmçinin həyatsız səhralar, su anbarları
və torpaq örtüyü zəif inkişaf etmiş və ya dağılmış sahələr də daxildir .Bunlardan buzlaqlar 16 mln kv. km, buz-
laqlardan azad olmuş sahələr isə 133 mln. kv.km təşkil edir . Qurunun nisbətən istifadə üçün yararlı olan həssəsi
95 mln.km
2
, yaxud onun 64 % - ni tutur. Bu məhdud ehtiyat ərazidə bəşəriyyət yerləşmişdir.
Yuvarlaqlaşdırılmış rəqəmlərə görə demək olar ki , qurunun 10% - i əkin sahəsi, 20 % - i otlaq , 30% - i me-
şələr və müxtəlif tipli yararsız sahələr 40% təşkil edir.
Bəzi ədəbiyyatlara əsasən kənd təsərrüfatı sahələri (əkin yeri, otlaq və istifadəyə potensial yararlı – yararsız
yerlər) qurunun 37% -ni , onun isə 1/3 – ni əkin sahələri tutur.
Dünyanın torpaq resurslarından son min illikdə istifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa
olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır. 12.1 saylı cədvəldən göründüyü kimi dünyada
torpaqların sahəsi hər bir iri rayon daxilində çox az dəyişmiş, meşələrin sahəsi isə azalmışdır.
Cədvəl 12.1.
Təbii zonanın xüsusiyyətindən asılı olaraq əkin sahəsinin artması ya meşələrin yox edilib şumlanması , ya-
xud da bozqır , preriy , savanna və başqa meşəsiz landşaftların əkin sahəsinə çevrilməsi hesabına olmuşdur.
Qeyd etmək lazımdır ki , bu və ya digər torpaq sinfinin sahəsinin dəyişməsi mürəkkəb proses olub bir çox tə-
bii və antropogen faktorlardan asılıdır. Belə ki, şumlanmış ərazinin bir hissəsi sonralar kol , meşə və otla örtülə
bilər.
Bununla yanaşı torpaq sahələrinin yerdəyişməsi də müşahidə olunur. Dünya əhalisinin artması insanların
yerləşməsi və onların xidmət sahələri ilə təmin olunması , məsələn , zibilxanalar və onların işlənməsi yerləri ,
yollar , avtomobil dayanacaqları , kollektiv nəqliyyat yerləri və s – nin sahələrinin artırılması lazım gəlir.Bir
qayda olaraq şəhər kateqoriyası üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı kənd təsərrüfatı
sahələri, o cümlədən əkin yerləri ayrılır .
Hazırda dünyada əkin sahələri 15 mln.kv.km təşkil edir, son 20 ildə demək olar ki , onun artımı dayanmışdır.
Bu əkinçilik üçün yararlı sahələrin demək olar ki, qurtarması ilə bağlıdır. Dünyada hər adam başına düşən əkin
sahəsi azalmağa doğru gedir. Belə ki , 1700 – 1950 – ci illərdə adam başınıa 0,41 – 0,48 ha əkin sahəsi düşürdü .
210
Şəkil 12.1.Planetin torpaq fondu (sahə mln.kv.km-la, sağ tərəfdə
həmin torpaq kateqoriyaları, qurunun ümumi sahəsinə nisbətən %-
lə) (Reymers, 1990)
211
Şimali Amerikada və Şərqi Rusiyada və Qazaxıstanda yeni kənd təsərrüfatı sahələrinin ( xam torpaq-
ların ) istifadəyə verilməsilə əlaqədar uzun illər bu rəqəm stabil qalmışdır.
Lakin XX əsrin ikinci yarısında əhali artımı ilə əlaqədar adambaşına düşən əkin sahəsi 1980-cı ildə 0,34
ha, 1990-cı ildə isə 0,29 ha-ra qədər azaldı. Əkin sahəsinin çoxalmaması , əhalinin isə artımı şəraitində
bu göstərici sonrakı illərdə də azalmaqda davam edir.
Cənubi Amerika və Afrikada rütubətli ekvatorial zonada geniş massivlər əkinçilikdə istifadə olunmur.
Bu zonada hələ ki, əkinçiliyin dayanıqlı ekoloji metodları tapılmayıb. Əlbət ki, rütubətli ekvatorial meşə-
lərin əkin sahəsinə çevrilməsini düzgün hesab etmək olmaz. Çünki bu qlobal ekoloji tarazlığın pozulma-
sına gətirib çıxarar.
Ərzağa olan tələbatın durmadan artması və dünya iqtisadiyyatının genişlənməkdə davam etməsi tor-
paq resurslarının istifadəsinin və onun vəziyyətinin strategiyasına ciddi təsir göstərir. Əgər istehsala yeni
torpaq sahələri cəlb etməklə ərzağa olan tələbatı ödəmək mümkün deyilsə, onda yalnız başqa yol, yəni
kənd təsərrüfatının səmərələşdirilməsi yolu ilə torpağın münbitliyinin artırılması lazımdır. Lakin bu yol
ekosfer üçün, o cümlədən həyatın əsası sayılan pedosferin dayanıqlı mövcudluğuna ciddi təhlükə yara-
dır. Belə təhlükə kənd təsərrüfatı fəaliyyətində artıq müxtəlif cür real olaraq özünü göstərir. Kənd tə-
sərrüfatının sonrakı səməriləşdirilməsində bu təhlükə daha da güclənə bilər.
12.2. Su və külək eroziyası
Torpaq eroziyası təbii geomorfoloji proses olub yer relyefinin əmələ gəlməsində böyük rol oynayır.
Təbii su eroziyası adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahi-
də olunur. Dünyada torpağın təbii su eroziyasının yayılması coğrafi zonallıq qanununa tabedir.
Təbii külək eroziyası əsasən arid zonalarda ( yarımsəhra və səhra ) baş verir .Təbii eroziya prosesi
zəif getdiyi üçün müşahidə olunmur, belə ərazilərdə torpaqəmələgəlmə prosesi nəticəsində torpaq bərpa
olunur.
Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın
təsərrüfat fəaliyətilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması , otlaq
və örüşlərin intensiv otarılması , meşələrin məhv edilməsi , torpağın yamac boyu şumlanması eroziya pro-
sesinin güclənməsinə səbəb olur.
Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması
, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli torpaq eroziyasının əsas iki tipi ay-
rılır – su və külək eroziyası . Su eroziyası da öz növbəsində səthi və xətti (yarğan) eroziyasına bölünür.
Şəkil 12.2.
Yamaclarda səthi eroziya prosesinin inkişafı nəticəsində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı bit-
kilərinin məhsuldarlığı azalır . Məhsulun keyfiyyəti aşağı düşür. Eroziya prosesi zamanı bəzən torpağın şum qatı
tamamilə yuyulub aparılır.
Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları, bir çox mikroelement-
lər ( yod, mis, sink, kobalt, marqans, nikel, molibden ) də azalır. Bununla da həm məhsuldarlıq, həm də kənd
təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.
Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış torpaqla-
rın fiziki xassələri pisləşdiyindən torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur, bununla
da torpaqda quraqlıq yaranır.Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı «eroziya quraqlığı» adlan-
dırırlar .
212
Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfat sahələrini əlverişsiz hala
salır, torpağa qulluq işləri çətinləşir .
ABŞ – da son 200 il ərzində torpaq örtüyünün 1/3 hissəsi yuyularaq təbii məhsuldarlıq 10 – 15 % aşağı düş-
müşdür. ABŞ - da əkin sahələrinin yarısının eroziyaya qarşı tədbirlərə ehtiyacı vardır.
Torpağın eroziyaya qarşı davamlılığı torpaqda olan humusun və karbo-
natların miqdarından, uducu kompleksdəki kationların konsentrasiyasın-
dan, torpağın mexaniki və aqreqat xassələrindən asılıdır.
Ədəbiyyat məlumatlarına görə hər il tarlalardan 90 milyon ton torpaq
yuyulub aparılır. Müqayisə üçün qeyd edək ki, dünyanın çaylarının sülb
axını ildə 22milyard ton təşkil edir. Hazırki dövrdə torpağın eroziyası əkin-
çilikdən qabaqkı vaxta nisbətən təxminən 5 dəfə intensiv gedir. Yuyulmuş
topaqlarda olan fosforun miqdarı dünyada il ərzində istehsal olunan fosfor
kübrəsindən çoxluq təşkil edir.
Rütubətli ekvator zonasında əkinçilik dövrünə nisbətən eroziya prosesi
8 dəfə artmışdır .Meşələrin yox edilməsi və əkin sahələrinin artırılması ilə
əlaqədər burada eroziyanın intensivliyi artmaqda davam edir.
Eroziya prosesinin ən çox inkişafı kifayət qədər yağmurlar düşən
mülayim qurşaqda müşahidə olunur.Burada əkinçilik dövrünün başlan-
ğıcına nisbətən torpaq eroziyası 33 dəfə artmışdır.
Alimlərin hesablamalarına görə 1 sm qalınlığında münbit topağın
yaranması üçün 300 il tələb olunur. Eroziya prosesi nəticəsində bəşə-
riyyət min illərlə yaranan neçə santimetrlərlə münbit torpaq qatını qı-
sa bir müddət ərzində itirir.
Bütün dünyada torpağın eroziyası böyük bədbəxt hadisə hesab olunur. Onun qarşısının alınması üçün
müxtəlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir. Lakin eroziya prosesinin qabaqcadan
qarşısının alınması onunla mübarizə aparmaqdan və törətdiyi nəticələri aradan qaldırmaqdan asandır.
12.3. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri
Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə
geniş tədqiqat işləri K.Ə.Ələkbərov (1961), X.M.Mustafayev (1975) və bir çox başqaları tərəfindən
aparılmışdır. K.Ə.Ələkbərov torpaq eroziyası üzrə aparılmış tədqiqatların nəticələrini cəmləşdirərək Azərbaycan
Respublikasının torpaq eroziyası xəritəsini tərtib etmişdir.
Azərbaycanda Eroziya prosesinin əmələ gəlməsinə və inkişafına təbii-tarixi amillərdən – relyef, iqlim,
ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də
ciddi təsir göstərir.
Eroziya prosesinin əmələ gəlməsində ərazinin relyefi böyük rol oynayır. Ərazinin relyefi eroziyanın
şiddətlənməsinə təsir göstərərək özü də eroziyanın təsirindən tədricən dəyişir. Məsələn, hazırda təsadüf etdiyi-
miz relyef və onun müxtəlif formaları – qobular, dərələr suyun dağıdıcı qüvvəsinin təsirindən torpaqların
tədricən yuyulması nəticəsində əmələ gəlmişdir.
Eroziyanın şiddətli getməsinə yamacların meylliyi, uzunluğu, forması böyük təsir göstərir. Araşdırmalar
(X.Mustafayev, 1974, 1975) göstərir ki, yamacın meylliyi 3
0
-dən 2
0
-ə azaldıqda hər hektar sahədən torpağın
yuyulması 6-19 m
3
-dən 12 m
3
-ə qədər azalır.
Eroziya prosesinin şiddətlənməsinə yamacın forması da təsir göstərir. Belə ki, qabarıq formalı yamaclarda
səthi su axınının sürəti artdığı üçün eroziya prosesi şiddətli şəkildə, çökək formalı yamaclarda isə nisbətən zəif
gedir. Düz yamaclarda eroziyanın intensivliyi sahənin meylliyindən asılı olaraq dəyişir.
Eroziya prosesinin, xüsusən səthi eroziyanın şiddətli getməsində eroziya bazisinin dərinliyi, sahənin qobu
və ya yarğan şəbəkəsi ilə parçalanması əsas səbəb kimi çıxış edir. Eroziya bazisi dedikdə, səthi su axınının
dağıdıcı qüvvəsini itirdiyi və ondan aşağıda yerin səthini dağıda bilmədiyi səth, yaxud səviyyə nəzərdə tutulur.
Okeanın, dənizlərin səviyyəsi əsas, mütləq və ya ümumi eroziya bazisi adlanaraq daimi bir yüksəklik kimi
qəbul olunur. Ümumi eroziya bazisindən əlavə hər bir çayın hövzəsində yerli və ya məhəlli eroziya bazisi də
olur. Qobu və yarğan üçün məhəlli eroziya bazisi çayın həmin yerdəki səviyyəsi götürülə bilər. Məhəlli eroziya
bazisi müvəqqəti xarakter daşıyır. Onun səviyyəsi vaxt keçdikcə eroziya və akumulyasiya prosesinin inkişafı
nəticəsində dəyişə bilər. Bitki örtüyü seyrək və ya çılpaq olan sahələrdə məhəlli eroziya bazisi nə qədər dərin
olarsa, yamaclardan axan suların dağıdıcı qüvvəsi də bir o qədər şiddətli olar və eroziya prosesi intensiv şəkildə
gedər.
Azərbaycanın düzənlik hissəsində məhəlli eroziya bazisinin dərinliyi 10-100, yüksək dağlıq zonasında isə
1000-1500 m-dək ola bilər. Sahədə məhəlli eroziya bazisinin dərinliyi eroziya prosesinə böyük təsir göstərir.
Respublikada məhəlli eroziya bazisinin dərinlik xəritəsi ilk dəfə K.Ə.Ələkbərov (1961) tərəfindən tərtib
Шякил 12.3. Дцнйада
торпагларын деграда-
сийа дяряъясиня эюря
й
213
edilmişdir. Onun tədqiqatı göstərir ki, Böyük və Kiçik Qafqazın dağlıq hissəsində məhəlli eroziya bazisinin
dərinliyi 800-1600 m, bəzi yerlərdə isə daha çox olur. Məhz buna görə də burada eroziya prosesi şiddətli şəkildə
gedir.
Eroziya bazisinin dərinliyi Talışın dağlıq hissəsində 600-1000 m, Kür-Araz ovalığında, Talışın Xəzər sahili,
Naxçıvanın Araz sahili düzənliyində və Abşeron yarımadasında 50 m təşkil edir. Talaçay, Muxaxçay, Kişçay,
Kürmükçay, Şəmkirçay və başqa çay hövzələrində eroziya bazisi dərin olan yerlərdə səthi eroziya şiddətli gedir
və yamacların qobu şəbəkəsi ilə parçalanması müşahidə edilir. Məhəlli eroziya bazisinin aşağı düşməsi
nəticəsində yamacların meylliyi artır və təzə qobuların əmələ gəlməsi ilə yanaşı olaraq sönmüş qobuların
təzədən genişlənməsi başlayır. Məhəlli eroziya bazisinin dərinliyi ilə yanaşı olaraq səthi eroziyanın şiddətli
şəkildə getməsinə sahənin qobu və ya yarğan şəbəkəsi ilə parçalanması da böyük təsir göstərir. Bu, onunla izah
edilir ki, ərazi qobu şəbəkəsi ilə parçalanmış olduqda səthi su axınının əmələ gəlməsinə şərait yaranır və bunun-
la əlaqədar olaraq torpaq tədricən yuyulur, münbitliyi azalır (F.Ə.Hacıyev, 1974).
Eroziya prosesinin əmələ gəlməsinə sahənin geoloji quruluşu, torpaqların, süxurların mexaniki, mineroloji,
kimyəvi tərkibi də böyük təsir göstərir. Yuxarıda göstərilənlərdən asılı olaraq torpağın su-fiziki xassələri,
xüsusən su sızdırması və sututumu dəyişir. Bununla yanaşı, torpağın kimyəvi tərkibi ana süxurun mineroloji,
kimyəvi tərkibindən asılı olaraq dəyişir. Ana süxurun su-fiziki xassələri eroziya prosesinin şiddətli getməsinə və
sürüşmələrin əmələ gəlməsinə ciddi təsir göstərir. Torpaq qatı altında su keçirməyən gilli süxurlar olduqda ero-
ziya şiddətli gedir və sürüşmə hadisəsi müşahidə edilir. Bunun əksinə, allüvial çöküntülər olan sahələrdə düşən
yağıntılar tədricən torpağa hopur və sürüşmə prosesi baş vermir.
Sərt süxurlar yayılmış sahələrdə qobu eroziyası zəif gedir. Bunun əksinə, aşınma prosesinə asanlıqla məruz
qalan III dövrə aid duzlu və gipsli süxurlar yuyulma prosesinə tez düçar olur. Böyük Qafqazın ön hissəsində
olan Qobustan, Ceyrançöl və III dövrə aid olan Bozdağın cənub yamaclarında asanlıqla yuyulan süxurların
olması burada səthi və qobu eroziyasının geniş yayılmasına səbəb olmuşdur.
Eroziya prosesinin inkişafına iqlimin də böyük təsiri vardır. Ümumiyyətlə, iqlimin, xüsusən atmosfer
çöküntülərinin torpaqəmələgəlmə prosesində rolu böyükdür. Quruya düşən yağıntının bir hissəsi buxarlanıb
yenidən atmosferə qayıdır, qismən yerin səthi ilə axır, qismən də torpağa hopur. Yerin səthi ilə axıb gedən at-
mosfer çöküntüləri özləri ilə aşınma məhsullarını aparır və bu zaman onları müəyyən dərəcədə şorlaşdırır.
Süxurların iri hissəsi adətən xeyli uzaqlara aparılır və suyun sürəti azalan kimi, bu süxurlar öz ağırlığı sayəsində
dibə çökür və nəticədə daş, qum yığınları əmələ gəlir.
Eroziya prosesinin əmələ gəlməsi yağıntılar ilə sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan
suyun miqdarı düşən yağıntıların miqdarından və formasından asılıdır. Respublikanın dağlıq hissəsində
müşahidə edilən leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun
da nəticəsində sel hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın
cənub yamacında müşahidə edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın cənub yamacında
bir gündə 50-60 mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir
dəfə müşahidə edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel hadisələrinin
baş verməsinə səbəb olur.
Səthi su axınının əmələ gəlməsinə və onun miqdarına torpağın su sızdırması böyük təsir göstərir. Su
sızdırması yaxşı olan sahələrdə yağıntılar torpağa hopur və səthi su axınının əmələ gəlməsi müşahidə edilmir.
Yüngül gillicəli, qumsal torpaqların su sızdırması yaxşı olduğu üçün eroziya prosesi zəif gedir. Bunun əksinə,
ağır gillicəli torpaqlarda bitki örtüyü olmadıqda eroziya şiddətli gedir.
Strukturlu torpaqlara atmosfer çöküntüləri düşdükdə dərhal torpağa hopur və gec buxarlanır, onun su tutumu
yüksək, su, hava və istilik rejimləri əlverişli olur. Strukturlu torpaqlarda aqreqat daxilində kapilyar və
aqreqatlararası qeyri-kapilyar məsamələr vardır. Bu torpaqlarda mikrobioloji proseslər əlverişli şəraitdə gedir və
bitkilərin kökləri həm üfiqi, həm də şaquli istiqamətdə inkişaf edərək torpaq hissəciklərini bağlayır və pozulub
dalığmaqdan qoruyur.
Azərbaycanın elmi – tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin
36,4% - i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1% - i zəif, 10,7% - i orta və 11,6% - i şid-
dətli dərəcədə yuyulmuş torpaqlardır.
Respublikamızın ayrı – ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq ero-
ziya prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib.Belə ki, Mil – Qarabağ zonasında ərazinin
30,8% - i, Quba – Xamaz zonasında 48,2% - i, Abşeronda 40,3% - i, Naxçıvan MR – da 70,7 % - i, DQMV – də
59,3% - i, Şirvanda 27,7 % - i, Şəki – Zaqatala zonasında 55,7% - i eroziyaya məruz qalıb. Düzən rayonlarında
isə eroziya prosesi olduqca zəif gedir.
Eroziya hadisəsi su eroziyası və külək eroziyası şəkilində baş verir.Dağlıq şəraitində yamaclarda əsasən su
eroziyası daha geniş yayılıb.Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələ-
rin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların şumlanması, dağ – çəmən
zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur suları torpağa hopa bilməyindən səthi su axımı
əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların əmələ gəlməsinə səbəb olur. Bu
214
isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib çıxarır. Bu cür arzu olunmayan ha-
la demək olar ki, ölkənin dağ rayonlarında rastlaşırıq . Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayla-
rın hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi daha intensiv gedir.
Məsələn, Şamaxı rayonunda Qozluçay hövzəsində dağlar alçaq olub alp və subalp çəmənləri olmadığından hər
il qoyun fermaları və qaramal meşə zonasında yerləşdirilir. Mal – qara burada otla birlikdə meşəaltı kolları və
meşənin gələgək nəsli sayılan cavan ağacları və cücürtiləri tələf edir.Bununla da meşənin şərq sərhədində onun
son qalıqları get – gedə sıradan çıxır.Bunun nəticəsində torpaq qatı dağılır, yarğanlar əmələ gəlir, çox yerdə sü-
rüşmələr baş verir. Odur ki, son illər Qozluçay hövzəsində yağışlar zamanı dəhşətli sellər axır. Meşəsi az olan
Şin,Kiş,Girdiman və Pirsaat çaylarında da dağıdıcı sellər müşahidə olunur.Qatex,Mazım və Balakən çaylarının
hövzələrinin çox hissəsi Zaqatala dövlət qoruğunda yerləşdiyi üçün orada meşələr və subalp, alp çəmənləri yax-
şı mühafizə olunur. Buna görə də bu ərazidə eroziya prosesi zəif gedir, sel hadisələri az olur. Bu çayların su reji-
mi normal olur, suları isə həmişə şəffaf axır. Digər bir misal. Qax rayonu Sarıbaş kəndinin əhalisi meşənin əhə-
miyyətini yaxşı başa düşərək kəndə bitişik ərazidə olan qocaman palıd ağaclığını göz bəbəyi kimi qoruyur. Bu-
nun nəticəsində kənd sel hadisəsindən mühafizə edilir və meşə bərpa olunaraq öz keçmiş sərhədinə doğru irəli-
ləyir.
Respublikamızın bir çox subalp və alp yay otlaqlarında mal – qaranın sistemsiz və normadan artıq otarılması
nəticəsində dağ – çəmən torpaqları başdan – başa eroziyaya məruz qalıb, ərazinin çoxu daşlı – qayalı sahələrə
çevrilib. Bununla əlaqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya otlaqlar tamamilə sıradan çıxıb.
Belə sahələrə Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast
gəlmək olar.
Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur. Bu növ eroziya prosesi əsasən Abşe-
ron yarımadasında, Qobustanda, Xaçmaz – Dəvəçi, Giləzi – Qaradağ – Ələt dəniz sahillərində, Ceyrançöl, Mu-
ğan və Mil çöllərində geniş yayılıb.Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il külli miqdarda zərər
yetirir. Nəticədə torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı dəfələrlə aşağı
düşür və ya tamamilə istifadədən çıxır.Alimlərin hesablamaları göstərir ki, 2,5 sm qalınlığında sovrulmuş torpaq
qatı hər hektarda 1,5 tona qədər çürüntü, 450 – 1000 kq. azot, 100 – 200 kq. fosfor, 3,5 tona yaxın kalium aparı-
lır. Bununla yanaşı külək eroziyası nəticəsində bağlar, bostanlar, arxlar, şose və dəmir yolları, tikintilər qum
basqınlarından çox ziyan çəkir.
Bütövlükdə Azərbaycan ərazisini eroziya proseslərinin xarakterinə, növünə və intensivliyinə görə 9 coğrafi
ərazi tipinə bölmək mümkündür (X.M.Mustafayev, 1974):
Dostları ilə paylaş: |