MƏMMƏdov qəRİb xəLİlov mahmud


Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə32/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   28   29   30   31   32   33   34   35   ...   75

10.6.3. Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemi 

 

Bu bölmə əsasən R.M.Məmmədovun (2001) tədqiqatına əsaslanaraq yazılmışdır. Müəllifə görə (Məmmədov 



2001) Xəzər dənizinin zamana görə dəyişməsi geoloji, tarixi, əsrlik, çoxillik, illik və ildaxili baş verə bilər. 

İlkin geoloji epoxada Xəzər dənizi müasir Qara və Aralıq dənizi ilə birləşik olmuşdur. Teziz Dünya okeanı-

nın bir hissəsi idi. 

 

 



Şəkil 10.1. Son 3,5 min il ərzində Xəzər dənizi səviyyəsinin tərəddüdü 

(Əliyev Ə.S, 2004

 

Mövcud tədqiqat materiallarına əsasən yuxarı pliotsen – pleystotsen dövrlərində Xəzər göl-dənizinin səviy-



yəsi bir neçə dəfə transqressiya və reqressiyaya məruz qalmışdır. Pleystotsen tarixində (axırıncı 700-500 min il) 

Xəzərin reqressiv dövrlərə bölünmüş dörd iri transqressiv epoxaları (bakı, xəzər, xvalin və axırıncı yeni xəzər) 

olmuşdur.  

Eramızın I əsrində, yəni 2000 il əvvəl, səviyyə 14 m-dən yuxarıda yerləşmişdir. Azərbaycan coğrafiyaşünası 

Əbdür Rəşid Bakuvinin məlumatlarına görə X-XIV əsrlərdə, Qədim Qız Qalasının divarları su altında qalmış və 

müasir səviyyədən 3,5 m yuxarıda olmuşdur.  

1830-1930-cu illərdə səviyyə – 26 m mütləq hündürlük ətrafında 1 m diapazonunda dəyişmiş, çoxillik orta 

qiymət – 25,83 m olmuşdur. Keçən əsrin axırları və əsrimizin əvvəllərində dənizin səviyyəsinin 1,8 m enməsi 

müşahidə olunmuşdur. 1940-cı illərin sonunda səviyyə yenidən aşağı düşməyə başlamış, 1956-cı ildə 1929-cu il 

səviyyəsinə nisbətən 2,5 m aşağı düşmüşdür. 1960-cı illərdə dənizin səviyyəsi – 28,4 m ətrafında sabit qalmış-

dır. 1970-ci illərin əvvəlində Xəzərin səviyyəsində yenidən enmə baş verdi və – 29 m minimum səviyyəyə çatdı. 

Bu, son 170 ildə aparılan müşahidələr nəticəsində ən aşağı səviyyə olub həmin dövrdə səviyyənin ümumi enmə-

si 3,8 m təşkil etmişdir.  

1978-ci ildən etibarən Xəzərin səviyyəsi kəsgin qalxmağa başlayaraq 1995-ci ildə onun illik orta qiyməti – 

29,2 m-ə çatmışdır. Bu müddət ərzində dənizin qalxma intensivliyi ildə 14 sm olmuş, ayrı-ayrı illərdə bu rəqəm 

hətta 30 sm-ə çatmışdır. 1996-cı ildən etibarən səviyyə yenidən qalxmaqla davam etmiş və 2001-ci ildə dənizin 

hündürlüyü – 27,3 m –ə çatmışdır.  

 


 

192


 

Øÿêèë 10.2.  Õÿçÿð äÿíèçè ñÿâèééÿñèíèí òÿðÿääöäö 

(”Vestnik kaspya”, 1996, №1) 

 

Xəzər dənizinin səviyyəsi il ərzində də dəyişir, buna mövsüm dəyişməsi deyilir, bunun səbəbi il ərzində gəlir 



və çıxarın müxtəlif miqdarda paylanmasıdır. Belə ki, il ərzində aprel, may aylarında, bəzən iyunun ortalarına qə-

dər çay axımlarının və  dəniz səthinə düşən atmosfer yığıntılarının çox olmasilə  əlaqədar dənizdə  səviyyənin 

qalxması, iyul, avqust aylarında isə çay axımının azalması və su səthindən buxarlanmanın artması ilə bağlı ola-

raq səviyyənin enməsinə səbəb olur. 

Xəzər dənizində qısa müddətli dəyişmələr küləyin təsiri nəticəsində onun sularında yaranan qovulma – gəti-

rilmə dövranı ilə  əlaqədar olan səviyyə dəyişmələridir. Küləyin təsiri nəticəsində yaranmış axınlar müvəqqəti 

olaraq su kütləsini dənizin bir sahəsindən digərinə qovaraq su səthindəki tarazlığı pozur. Bu hadisə Xəzərin bü-

tün sahil zonasında,  ən çox isə  dənizin  şimal və  qərb rayonlarında baş verir. Belə  tərəddüdlərin davam etmə 

müddəti 3-27 saat, təkrarlanması isə ayda 1-5 dəfədir. Sahil zonada səviyyə 2-3 m-ə qədər qalxa bilir. 

Xəzər dənizində ritmik dəyişmələr – qabarma-çəkilmə dalğalarının hündürlüyü çox kiçik olub 2-6 sm təşkil 

edir, şimaldan cənuba doğru artır. Bu hadisə dənizdə atmosfer təzyiqinin müxtəlif səbəblərdən kəsgin dəyişmə-

silə əlaqədar 2-5 sm hündürlüyündə seyş dalğaları da yaranır. 



 

Xəzərin səviyyəsinin dəyişmə səbəbləri 

 

R.M.Məmmədov (2001) Xəzər dənizinin səviyyəsinin dəyişməsində kompleks amillərin birgə  iştirakının 



(geoloji, hidroiqlim, antropogen, kosmik) olmasını göstərir. 

Geotektonik amil 

Aparılan tədqiqatların nəticələrinə əsaslanaraq R.M.Məmmədov (2001) Xəzər dənizinin dəyişməsində geolo-

ji amilin rolunun 10-15 % olduğunu göstərərək qeyd edir ki, bu nəticənin də geniş eksperimental müşahidələrlə 

təsdiqinə ehtiyac vardır. 



Antropogen amil 

Dənizə axan çay sularının torpaqların suvarılmasında, kommunal – məişətdə işlədilməsi, çaylar üzərində su 

anbarlarının yaradılması Xəzərin səviyyəsinə müəyyən qədər öz təsirini göstərir.  

1930-cu illərdən başlayaraq Xəzər dənizi hövzəsi çaylarının üzərində ümumi sahəsi 30 min km

2

  və  həsmi 



200 km

3

-ə yaxın 20-ə qədər (sahəsi 30 km



2

-dən yuxarı) su anbarları yaradılmışdı və onların səthindən 1990-cı 

ilə qədər 450 km

3

 su buxarlanmışdır, əgər bu kəmiyyəti Xəzər hövzəsinin ümumi su anbarları ilə cəmləşdirsək 



700 km

3

-ə yaxın rəqəm alınar, bu su anbarlarının tikilməsi ilə əlaqədar su itgisidir və Xəzər səviyyəsində ildə 



təqribən 2,5 sm su qatının azalması deməkdir. (R.Məmmədov, 2001) 

 


 

193


 

Øÿêèë 10.6. Õÿçÿð äÿíèçè ñÿâèééÿñèíèí äÿéèøìÿ ãðàôèêè 

(1945-1998-úè èëëÿð. Áàêû ôóòøtîêó

 

Bəzi tədqiqatçılar Xəzərin səviyyəsinin qalxmasında su üzərində toplanan neft təbəqəsinin də rolu olduğunu 

söyləyir. Lakin Xəzər dənizinin ümumi ərazisi ilə müqayisədə neft pərdəsi ilə örtülü su sahəsi cüzi olduğundan 

belə təsirin olması şübhə doğurur.  

Nəticədə antropogen amilin Xəzər dənizinin səviyyəsinin dəyişməsində rolu 3-5 % təşkil edir. (R. Məmmə-

dov, 2001) 



 

Hidroiqlim amili 

Xəzər dənizinin səviyyəsinin dəyişməsində mühüm rol oynayaraq səth axınları, səthə düşən yağıntılar və bu-

xarlanma komponentləri ilə ifadə olunur. 

Xəzər dənizinin su balansının gəlir hissəsinin  əsas mənbəyi dənizə tökülən çayların axını hesab olunur və 

onun beşdə dördünü təşkil edir. Dənizə tökülən səth axınları əsasən Volqa, Kür, Ural, Terek, Sulak, Samur, Ki-

çik Qafqaz və İran sahili çaylarının hesabına formalaşır. Bu çayların ən böyüyü Volqa olub səth çay axınlarının 

80 %-ni təşkil edir. Yüzillik müşahidə dövründə Volqa çayının ortaillik axımı 160 km

3

-dən 380 km



3

-ə qədər də-

yişmiş, çoxillik orta axını 255 km

3

 təşkil etmişdir. Səviyyənin axırıncı qalxması dövründə (1978-1995) Volqa 



çayının ortaillik axını 300 km

3

-ə çatmış, səviyyənin endiyi 1930-1941-ci illərdə isə 200 km



3

 olmuşdur. Xəzərə 

tökülən ikinci böyük çay Kür sayılır, onun ortaillik axını 16 km

3

 olub dənizə tökülən çay axınları cəminin 6 %-



ni təşkil edir. 

Atmosfer yağıntılarının çoxillik orta miqdarı 198 mm təşkil edir. Son illər Xəzər dənizi səthinə düşən yağın-

tıların ortaillik miqdarının artması müşahidə olunur. Belə ki, 1978-1992-ci illər səviyyənin qalxdığı dövrdə ya-

ğıntının ortaillik miqdarı 257 mm olmuşdur. 

Xəzərə həmişə dənizin dibindən sular axmışdır, lakin onun miqdarı dəqiq müəyyən edilməmişdir. Müxtəlif 

tədqiqatçılar onun ildə 2-40 km

3

 arasında tərəddüd etdiyini qeyd edirlər. R.M.Məmmədov (2001) dib sularının 



təsdiq tapmış qiymətini ildə 4 km

3

 olmasını qəbul edir.  



Xəzər dənizinin su balansının əsas çıxar hissəsi su səthindən buxarlanma hesab olunur. dəniz səthindən il ər-

zində 1 m-ə qədər su buxarlanır, bu Xəzərin il ərzində 375 km

3

 su itirməsi deməkdir. Səviyyənin düşdüyü za-



man səthdən buxarlanma da artır, qalxdıqda isə əksinə, azalır. 

Su balansının çıxarının digər hissəsi Qara-Boğaz-Qol körfəzinə olan axındır. Səviyyənin yuxarı olduğu 

1995-ci ildə dənizdən körfəzə 45, aşağı olduğu 1978-ci ildə isə 5 km

3

 su axmışdır. 10.4 saylı cədvəldə Xəzər də-



nizi su balansının çoxillik orta göstəriciləri verilir. 

Cədvəl 10.3. 

 

194


 

Cədvəldən göründüyü kimi 1930-41-ci illər ərzində Xəzərin səviyyəsi 173 sm düşmüşdür, bu vaxt ərzində 

dənizə çay axınları azalmış, su səthindən buxarlanma isə artmışdır. Səviyyənin 1978-95-ci illərdə qalxması döv-

ründə çay axınlarının miqdarı 308,8 km

3

-ə çatmış, dəniz səthinə düşən yağıntı artmış, buxarlanmanın miqdarı 



azalaraq 343,7 km

3

 olmuşdur. 



1978-95-ci illərdə də səviyyənin qalxması su balansının dəyişməsilə bağlıdır. Bu dövrdə çay axımlarının orta 

qiyməti ildə 308,0 km

3

 olmuşdur. 



Daha çox sulu 1979 və 1990-cı illərdə Volqa çayının illik axını müvafiq olaraq 297 və 310 km

3

-ə çatmışdır, 



buxarlanmanın miqdarı isə ildə 5-7 sm azalmışdır. 

1978-ci ildə  səviyyənin qalxmağa başlaması  Xəzər dənizi hövzəsində baş verən iqlim dəyişmələri ilə  sıxı 

bağlıdır. Xəzərin akvatoriyası və su toplama hövzəsində temperaturun, yağıntının, buludluluğun artması, külə-

yin isə zəifləməsi, nəticədə eyni zamanda buxarlanmanın azalması müşahidə olunmuşdur. Bu prosesin inkişafı 

dənizin müsbət Su balansını yaradır, ilərzində Xəzərə 50 km

3

-dən  artıq su daxil olur və səviyyə qalxır.  



  

Cədvəl 10.4. 

Xəzər dənizinin su balansının çoxillik orta göstəriciləri 

    

 

Dövrlər  

S

əviyy



ənin d

əyi


şm

ə-

si, sm 



Çay axınları, km

3

 



Çıxar hissə 

Çay ax


ınlar

ı, 


km

3

 



Ye

ralt


ı ax

ınla


r, 

km

3



 

S

əth



ə dü

şə

n ya-



ğı

nt

ı, km



3

 

Buxarlanma 



km

3

 



Qara-Ba

ğaz-


Qola ax

ın, k


m

1900-1929 -21  332,4  4 



69,8  389,4  21,8 

1930-1941 -173 268,6  4 

72,9  394,8  12,4 

1942-1969 -27  285,4  4 

74,1  356,3  10,6 

1970-1977 -65  240,5  4 

87,6  374,9  7,1 

1978-1996 -222 308,8  4 

86,1  343,7  10,0 

1900-1996 -64  299,5  4 

78,1  376,0  12,4 

 

R.M.Məmmədov (2001) uzun illər apardığı müşahidələrə və su balansı hədlərini hesablama yolu ilə əldə et-



diyi səviyyə dəyişgənlikləri əyrilərinə əsaslanaraq Xəzər dənizi səviyyəsinin dəyişməsinin əsas səbəbi (85-90%) 

hidroiqlim amili olduğunu sübut edir.  

1978-1995-ci illər ərzində bütün Xəzər dənizi boyu səviyyənin qalxması nəticəsində 12,5 min km ərazi su 

altında qalmışdır. Bu dövrdə Azərbaycan respublikasında 48450 ha ərazi su basmaya məruz qalmış, iqtisadi-

sosial obyektlərə bilavasitə dəyən ziyan 2 mlrd. ABŞ dolları məbləğində olmuşdur. 

Gələcəkdə  dənizin səviyyəsi  əlavə olaraq 150 sm qalxsa 130000 ha ərazinin su altında qalması ehtimal 

olunur. (M.B. Məhsimov, R.M.Məmmədov, Ə.S.Əliyev, 1999). 

Müəllif (Məmmədov, 2001) Xəzər dənizi səviyyəsinin qalxması ilə əlaqədar problemin həllinə iki mərhələli 

konsepsiya ilə yanaşır. Birinci mərhələ səviyyənin – 25,0 m-ə qalxa biləcəyi halla əlaqədar subasan əraziləri qo-


 

195


rumaq üçün sahil bərkitmə işlərinin aparılmasıdır. İkinci mərhələ isə səviyyə – 25 m-i keçdikdə, xəzərətrafı öl-

kələrin razılığı və birgə iştirakı ilə Xəzər dənizi səviyyəsinin tənzimlənməsidir. 

 

10.6.4. Xəzərin neft və neft məhsullarilə çirklənməsi 

Bu bölmə M.Ə.Salmanovun (1999) tədqiqatlarına əsaslanaraq yazılmışdır. 

Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki – kimyəvi xassələrinə, də-

niz dibi çöküntülərə çoxtərəfli təsirinə görə başlıca yeri tutur. 

Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qal-

mışdır. 1950-60-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları akvatoriyası və neft emalı müəssisələrinin 

çirkab suları tökülən zonaya xas idisə, 1980-cı illərdə belə çirklənmə dənizin hər yerində yayılmışdır. 

Məlum mənbələrə  əsaslanan hesablamalara görə  Xəzər –xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 

milyon ton xam neft axmışdır. Yalnız 1969-cu ildə neftdaşıyan tankerlərin ballastik suyu ilə dənizə 47 min ton, 

gəmilərin suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə olduqca çoxlu qəza hadisələri baş verir, onlardan ikisini 

göstərək: 60-cı illərdə Xəzərin Orta və Cənub şelfində qəza nəticəsində dənizə 4000 ton, aylarla mənbədən sön-

məyən yanğın, fəaliyyətdə olan qrifonlardan 20 min ton qaz-neft kondensatı axmışdır. 1983-cü ildə Oqurçinsk 

adasının cənub-qərbində 200 m dərinliyində qruntda – 1 kq lildə 1,43 q, 1995-ci ildə Cənubi və Orta Xəzərin 

sərhədində qruntda 270 m dərinlikdə 1 kq lildə 0,86 q konsentrasiyalı neftin olması qeydə alınmışdır. Bakı bux-

tasında 5-7 m-dən çöküntülərin ətəyinə qədər qrunt neft məhsulları ilə doymuşdur. 

Digər çirkləndiricilərdən fərqli olaraq neft digər sahələrə asan keçir, nisbətən «uzunömürlüdür», çoxşəkilli-

dir. 1 kq neftin tam minerallaşması üçün 400 litr dəniz suyunda olan oksigen sərf olunur (Salmanov, 1999). 

Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri mənbəyinin çoxluğu, ətraf mühitin demək olar ki, bü-

tün komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması və s. –dir. 

Neftin həll olan və ağır komponentləri – fraksiyaları su kütləsində digər toksikantları, o cümlədən toksik metal-

ları adsorbsiya edir, onların miqrasiyasına səbəb olur. Onlar suyun keyfiyyətini pisləşdirir, oksigen rejiminə 

mənfi təsir göstərir, suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s.  

Neftlə çirklənmə Cənubi Xəzərin qərb şelfində mühit şəraitini kökündən dəyişmişdir. Bakı – Abşeron arxipe-

laqının adalarının akvatoriyalarında 1961-ci ildən 1976-cı ilə kimi 15 il ərzində fitoplanktonun fotosintezinin il-

kin məhsulu 50 dəfə azalmışdır, Şimali Abşerondan Kür çayının mənsəbinə qədər, geniş Krasnovodsk körfəzin-

də, Çeleken yarımadasında fitobentos məhv edilmişdir. Neftlə çirklənmiş sahələr də demək olar ki, zoobentos-

dan məhrum olmuşdur. Bu sahələrin dib çöküntülərində anaerob proseslər dominantlıq edir. 

Neft və onun derevatları kükürd, azot, oksigen və digər birləşmələrin maddələri ilə karbohidrogenlərin mü-

rəkkəb təbii qarışıqlar  əmələ  gətirir. Neftin tərkibində göstərilən karbohidrogen qruplarından birinin üstünlük 

təşkil etməsindən asılı olaraq onlar metanlı, metanlı-naftenli, naftenli, aromatik və s. birləşmələrə bölünür. Nef-

tin tərkibində 250-yə yaxın yalnız fərdi sulfid birləşmələri təyin olunmuşdur, onlar ağır yüksək qaynayan fraksi-

yaların tərkibinə daxildir. Xam neftin tərkibinə  həmçinin turşular, efirlər, ketonlar, fenollar, müxtəlif metallar 

daxil olur. Neftin kimyəvi tərkibi hələ indiyə kimi tam məlum olmasına baxmayaraq hazırda 400-dən artıq fərdi 

karbohidrogenlər müəyyən edilmişdir. Neftin yuxarıda sadalanan komponent-birləşmələrindən aydın olur ki, o, 

su hövzəsi şəraitində, o cümlədən Xəzərdə çoxtərəfli təsir göstərir. Neftin toksikliyi çoxdan məlumdur və əksə-

rən onun tərkibi, fiziki-kimyəvi xassələri ilə təyin olunur. 

Şimali Xəzərin sularında neft oksidləşdirici bakteriyaların miqdarı orta hesabla 100-1000 kl/ml arasında də-

yişir. Bu bakteriyaların maksimum miqdarı Xəzərin qərb və şimali –şərq, minimum miqdarı isə mərkəzi hissə-

sində müşahidə olunur. Qərb şelfi boyu – Həştərxan körfəzi, Terek, Sulak çaylarının mənsəbləri daxil olmaqla 

Volqa çayından başlayaraq Mahaçqala şəhərinə kimi neft oksidləşdirən bakteriyaların miqdarı 2000 kl/ml-ə ça-

tır. Bu kəmiyyət həmçinin Ural çayının akvatoriyasında, fort-Şevçenko, Manqışlaq yarımadasının dayazlığında, 

Aktau şəhərinin yanında müşahidə olunur. 

Şimali Xəzərin mərkəzi dərinsulu hissəsində, xüsusən Ural şırımının akvatoriyasında neft oksidləşdirən bakteriya-

ların sayı 100 kl/ml-dən artıq olmur, qruntda neftoksidləşdirici bakteriyaların miqdarı çöküntülərin qranulometrik 

strukturu ilə korrelyasiya olunur. Onun maksimum miqdarı (20 min/ q-a qədər) Volqa-Xəzər kanalının qruntunda, 

çayların mənsəb hissələrində qeydə alınmışdır. 

Şimali Xəzərin çirklənməsi əsasən çay axınları və dənizdəki neft yataqları ilə əlaqədardır. 

Dəniz suyu səviyyəsinin qalxması sahildəki neft mədənlərinə məsafəni qısaldır və küləklərin tez-tez əsməsi, 

dalğalar mühafizə  bəndlərini yuyur, sahilyanı neft mədənlərini basır. M.Ə.Salmanovun (1983) tədqiqatlarına 

əsasən  Şimali Xəzərin sularında karbohidrogenlərin konsentrasiyası 0,43-16,0 mq/l arasında dəyişir. Sahənin 

mərkəzi hissəsində karbohidrogenlərin konsentrasiyası orta hesabla 0,11-0,20 mq/l təşkil edir. Bir qayda olaraq 

maksimum göstərici çay sularına və limanların akvatoriyasına xasdır, burada neft məhsullarının miqdarı müva-

fiq olaraq 1,46-2,07 və 9,4-10,3 mq/l təşkil edir. 

Orta Xəzərdə neftoksidləşdiricilərin miqdarı Şimali Abşeronla müqayisədə xeyli azdır və orta hesabla 200-

500 kl/ml təşkil edir. Onların zonal yayılmasında sıx (tez-tez) rast gəlinmə və maksimum miqdar Mahacqala, 

Kaspiysk, «Daq. oqni» və Dərbənd şəhərinin yanındakı akvatoriyalara xasdır, burada miqdar 1000 və daha çox 



 

196


kl/ml təşkil edir. Neftoksidləşdirici bakteriyaların müsbət yüksək miqdarı şərq sahillərində 20-25 m izobatda ay-

rılır. Belə ki, Bekdaş, Qara-Boğaz-Qol və Qarasenqirə yaxın, Qazax körfəzində neftoksidləşdiricilərinin miqdarı 

400-600 kl/ml təşkil edir. 

Neft məhsullarının konsentrasiyası qərb şelfin suyunda orta hesabla 0,34-0,44 mq/l, şərq şelfdə isə 0,66-1,34 

mq/l təşkil edir. Qərb şelfdə 10 m izobatda, Kaspiysk şəhəri yanında neft məhsullarının maksimum konsentrasi-

yası qeydə alınmışdır, bu bütövlükdə Orta Xəzər üçün maksimum sayılaraq 2,55 mq/l təşkil edir (Salmanov, 

1988). 

Cənubi Xəzər sularında neft məhsullarının konsentrasiyasının olçüsü daimi olmayıb geniş diapazonda – va-



hiddən yüzlərlə mq/l arasında tərəddüd edir. 

60-70-ci illərdə sahəsi onlarla km

2

 olan «neft adaları»na hətta mərkəzi – dənizsulu hissədə qeydə alınırdı. 



Bakı və Abşeron arxirelaqları adalarının kənar akvatoriyalarının bəzi yerlərində mazut yığımının qalınlığı 15-20 

sm-ə çatırdı. (Salmanov, 1975), neft və neft məhsullarının mənbəyi əsasən dənizin özündə olmuşdur, indi də bu 

mənbələr azalmamışdır. Dəniz buruqlarında, neft anbarlarında baş verən qəzalar daha çox ziyan yetirir, buruq-

lardan neftin dənizə axması adi hal olmuşdur.  

Cənubi Xəzərin neftlə çirklənməsində təbii və süni qrifonların, sualtı palçıq vulkanlarının püskürməsi də mü-

əyyən rol oynayır. 1986-cı ildə Bulla, Los, Səngi-Muğan adalarının akvatoriyasında 4 fəaliyyətdə olan qrifonla-

rın geniş sahəsində neftin miqdarı 0,94-2,08 mq/l təşkil etmişdir. 

Qrifonun epimərkəzindən 3,5-4 mill məsafədə suda karbon qazının konsentrasiyası normal dəniz suyuna nis-

bətən xeyli artıq olmuşdur, fenollar yol verilən həddi 600-800 keçmiş, suyun PH-i isə normadan 2,4 göstərici 

aşağı olmuşdur. 

Qeyd edək ki, antropogen neftlə çirklənmə indiki vaxt da davam etməkdədir və istehsalın eskalasiyası, kəş-

fiyyat işləri, «Böyük Xəzər neftinin» Xəzəryanı dövlətlərin bütün sektorlarında nəql edilməsi bu problemi daha 

da dərinləşdirir. 

Cənubi Xəzərdə çirklənmə dərəcəsinə görə «ölü zona» adlandırılan bir sıra sahələr də mövcuddur. Bura Neft 

Daşları akvatoriyası, Bakı, Krasnovodsk buxtaları və Çeleken yarımadası sahilləri aiddir. Bu sahələrin sularında 

neftin miqdarı 1,26-3,83 mq/l-ə çatır. Neft Daşları qruntunda – Baş korpusun, Baş estakadanın (estakada boyu) 

yanında neftin miqdarı 24 q/ kq-a qədər, Jiloy adalarının zəif lillənmiş çöküntülərində, Pirallahı yarımadasında 

15-20 q/kq, Krasnovodsk körfəzi qruntunda (mərkəz) – 1,9, limanın yanında 123 q/kq, Çeleken yarımadasının 

yanında 46-57 q/kq-a çatır. 

Bakı buxtası əsl neft məhsullarının «anbarıdır». Burada qrunt 3,5-5-7 m dərinlikdə neft məhsulları ilə doy-

muşdur. M.Ə.Salmanovun (1975) tədqiqatları göstərdi ki, üst 20-25 sm qatda neft məhsullarının miqdarı ümumi 

çəkinin 67 %-ni təşkil edir. 

Qruntun neft məhsulları ilə doyması həmçinin Cənubi Xəzərin adalarına, Pirsaat silsiləsi və Qaradağ sahəsi-

nə də xasdır, burada neftin konsentrasiyası su səthində 0,43-1,26 mq/l, qruntda isə 0,63-2,3 q/kq təşkil edir. 

 


 

197


10.6.5. Politsiklik aromatik karbohidrogenlər (PAK) 

Xəzər dənizində ekoloji vəziyyətin gərginləşməsində neftlə yanaşı politsiklik aromatik karbohidrogenlər (PAK)  

də ciddi təhlükə yaradır. Ciddi ekoloji nəticələr PAK-ın dəniz ekosistemlərin elementlərində toplanmasıdır. PAK-a 

əsasən benzol həlqəsindən ibarət tsiklik fərdi karbohidrogenlərin geniş qrupu daxildir. PAK-ın çoxu konscerogen 

və mutagen aktivliyə malikdir. Toksiklikdən başqa PAK-ın əsas təhlükəliliyi Xəzər dənizi ekosistemində onun mu-

togen meylli olmasıdır. Təsadüfi deyildir ki, PAK-ın ən kanserogenli sayılan 3,4 benzopirindir, o ətraf mühitə qiy-

mət verən indiqator hesab olunur. PAK –ın tərkibində 0,  20% təşkil edir.  

PAK əsasən neft məhsullarının və üzvi maddələrin (kömür, oduncaq, bitum, polimer materialları) yanması, 

emal və istifadə proseslərində əmələ gəlir. Dəniz mühitində PAK-ın təbii mənbələri qrifonlar, sualtı vulkanların 

püskürməsi, hidroterm, həmçinin atmosfer yağıntıları vasitəsilə qurudan və sahil axınlarılə dənizə aparılmasıdır. 

Dənizə daxil olan PAK-ın mənbələrindən 3-ü – çay axını, atmosfer axınları və şəhər axınları əsas sayılır. PAK-

ın böyük miqdarı dəniz mühitinə gəmiçilik tərəfindən daxil olur, onun orta statistik payı digər əsas mənbələrin 

35-50 %-ni təşkil edir. 

Şəhər aqlomeratlarında avtomobillərdən çıxan və sənaye qazları PAK –ın əsas kütləsini təşkil edərək atmos-

fer yağıntıları ilə çaylara və ya bilavasitə su hövzələrinə axır. Çoxlu əhalisi olan, sənaye cəhətdən inkişaf etmiş 

dənizkənari şəhərlər bu baxımdan PAK-ın əmələ gəlməsində statistik mənbə sayılır. 

Müəyyən edilmişdir ki, 1 m

3

 qazdan (avtomobilin buraxdığı) 800-900 mkq-ya qədər 3,4 benzoprin ayrılır 



(500 ml yanacağa). Ətraf mühit üçün təhlükəli PAK-a 17-dən artıq karbohidrogen daxildir, onlardan 7-si 3,4; 

1,12; 1,2; 1,2-5,6; 3,4-9-10 benzoprin əsaslıdır.  

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin