9.6. Çay axımının nizamlanması (su anbarları)
Hər hansı bir ərazidə suya olan ehtiyac çay axımının dayanıqlı həcmini keçirsə və digər su ehtiyat-
ları mənbəyi (öncə yeraltı su ) olmadıqda və ya ondan istifadə mümkün olmursa çay axımının nizamlan-
masına , yaxud bəndin çəkilməsinə və ona uyğun su anbarının yaradılmasına zərurət yaranır.Bəndin və su
anbarının yaradılması bərpa olunan su ehtiyatı həcminin artırılmasında mühüm üsul sayılır.
Ş.V.Xəlilovun (2003) məlumatına əsasən dünyada ilk su anbarları 5 min ildən də çox əvvəl yaradıl-
mışdır.Qədim Misirdə eramızdan 3 min il əvvəl Menes fironu dövründə hündürlüyü 15m, uzunluğu 450
m olan Koşiş bəndi yaradılmışdır.Təxminən eramızdan 2800 – 2500 il əvvəl Qahirədən 30 km cənubda
hündürlüyü 12m, uzunluğu 108 m olan (Sadd – al – Kafara ) yeni bir bənd tikilmişdir.Eramızdan 2300 il
əvvəl Qahirədən 80 km cənubi – qərbdə Fayyun çökəkliyində o dövr üçün bövük sayılan həcmi 1 km
3
olan tarpağı suvarmaq məqsədilə Meris su anbarı yaradılmışdır.Təxminən 3500 il eramızdan əvvəl Tiqr
çayı üzərində böyük Nimrod tikilmiş və o,1800 ilə qədər , yəni eramızın VII əsrinə qədər qalmışdır.Bu
su anbarı Naxran su kanalının köməyilə 400 km uzunluğunda əraziləri suvarmışdır.
Eramızın ilk əsrlərində Mesopotomiya , İran , Roma İmperiyası, Çin , Yaponiya, Hindistan, Şri – Lanka
və b. regionlarda yeni su anbarları yaradılmışdır.
Eramızdan əvvəl VI əsrdə İranda suvarma məqsədilə Caraxı çayı üzərində 9 bənd çəkilmişdir.III –
VII əsrlərdə tikilən Gər – gər bəndi indi də durur.1000 il əvvəl İsfahan və Şiraz arasında yaradılan Ban-
da – əmir su anbarı hazırda da istismar edilir.
Avropanın ilk su anbarları da eramızdan əvvəl peyda olmuşdur. İspaniyada Albarreqas çayı üzərində
eramızdan əvvəl II əsrdə həcmi 10 mln m
3
olan Karnalbo su anbarı hələ indiyə qədər mövcuddur. Bü-
tün qədim su anbarları əsasən irriqasiya su təchizatı məqsədilə yaradılmışdır. Eramızın I minilliyində, xü-
susilə VII əsrdən sonra kütləvi surətdə dəyirman su anbarları tikilməyə başlandı.
Məs., fransız şəhəri Arl yaxınlığında 16 dəyirman su anbarının qalıqları durur. Sonralar faydalı qazın-
tıların çıxarılmasının genişlənməsinin və sənayenin inkişafı ilə əlaqədar çoxlu böyük su anbarları yaradıl-
dı. XIX əsrdən başlayaraq inkişaf etmiş ölkələrdə yeni bəndlər və su anbarları tikildi.
XX əsrdə ,xüsusilə 1950 – ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda dünyada mil-
yona qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən
kiçik gölə (nohura) kimi ) su anbarları mövcuddur.Onların ümumi həcmi 6000 km
3
– keçir, faydalı həcmi
isə 3000 km
3
təşkil edir.Həcmi 1 mln km
3
– i keçən iri su anbarlarının sayı 30 000 – ə qədərdir. Onlardan
ən böyükləri Anqara çayında Bratski (169 km
3
) , Zambezidə – Karib ( 160 km
3
) , Nildə – Nasir (157km
3
),
Voltada – Volta (148km
3
) su anbarlarıdır.Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.
Su anbarlarının səthindən 240 km
3
– a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin
miqdarı suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan suyun mütləq ölçülərin-
dən 5 dəfə çoxdur.
Rusiyadakı su anbarlarının hamısı düzən ərazidə yerləşir. Bunun nəticəsində subasarında və çay ter-
raslarındakı kənd təssərrüfatı üçün ən qiymətli torpaq sahələri itirilir.Bundan başqa su anbarları bir sıra
ekoloji problemlər yaradır: əhalinin köçürülməsi, təsərrüfatın ənənəvi istiqamətinin pozulması, suyun key-
fiyyətinin pisləşməsi, bəndin aşağı byefində dayanıqsız – əlverişsiz hidroloji rejimin yaranması, axımın bi-
ogen elementlərinin (fosfor və azot) tutulub (çöküb) saxlanması və buna müvafiq dənizlərin bioloji məh-
suldarlığının azalması, qrunt sularının səviyyəsinin qalxması və onunla əlaqədar təbii və antropogen land-
şaftların məhsuldarlığının dəyişməsi, balıq sənayesi üçün şəraitin pisləşməsi və s.
Su anbarlarının müsbət cəhəti – hidroelktrik stansiyaları ətraf mühiti çirkləndirmir.Onlar həm də energe-
tika sistemlərində mühüm rol oynayır.Dünyanın bir çox rayonlarında su anbarları yaratmadan həyat qeyri
mümkündür.İri çaylarda su anbarları naviqasiya şəraitini (gəmilərin hərəkətini ) yaxşılaşdırır.
160
Şəkil 9.2. Su anbarları yaradılmasının ekoloji nəticələri
Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya sistemləri, hidroelektrostansiyalar, şlüzlər və
s. ) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mü-
layim iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır.Belə ki, su an-
barlarının rejimi və onların ətraf mühitə təsiri yüksək dərəcədə təbii şəraitdən asılıdır. Tropik regionda
hər yeni su anbarı yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəsgin yüksəlir: su mubadiləsi-
nin yavaş (zəif) olması, su biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay
sularına nisbətən adətən pis olur. Bu isə xəstəliklərin artmasına səbəb olur.Malyariya, şistosomatoz kimi
xəstəliklərin yayıcıları əvvəlkinə nisbətən su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu
isə xəstəliklərin kəsgin artmasına səbəb olur.
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir.Bu isə yuxarıda göstərilənlərdən
başqa əlavə yeni ekoloji problemlər yaradır.Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Brazi-
liyada Tukurui hesab olunur.Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü ol-
duqca yaxşı inkişaf etdiyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin
sonrakı çürüməsi həll olmuş oksigeni sudan tam udaraq nəhayət qalan biokütlənin anaerob çürüməsinə
və oldluqca zəhərli hidrogen sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit xəs-
təliyinin bir növü də daha çox müşahidə olunmağa başladı.Belə vəziyyət Surinamda da mövcuddur, bu-
rada o qədər də böyük olmayan Brokopondo su anbarında hidrogen – sulfidin iyi o dərəcədə kəsgindir
ki , SES – də operatorlar işlədiyi zaman əleyhqazdan istifadə edirlər.
161
Ümumiyyətlə böyük bənd və su anbarlarının iqtisadi, ekoloji – iqtisadi effektini qiymətləndirmək mü-
rəkəbdir: Su anbarları öz vəzifəsini yerinə yetirərək su ehtiyatlarını artırır, digər tərəfdən isə bir çox əl-
verişsiz nəticələr yaradır.
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilmə-
məsinə əsas verir.Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları bərpa olunan su ehtiyatlarının həcminin
artırılması üçün mühüm vasitədir.
RAN – ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan bəndinin tikilməsinin ekoloji
nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir.Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daş-
qınlar baş verərək həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli (faydalı) rol oynayır.Belə ki,
daşqınların münbit lilli suyu ilə tarlalar suvarılırdı.Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanı-
lır, odur ki, torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur.Digər tərəfdən isə Nil çayının
suyu su anbarında toplanaraq mümkün su ehtiyatının həcmini nizamlayır , sonra isə ondan suvarmada və
elektrik enerjisi almaqda istifadə olunur.1970 – ci illərin sonlarında Asuan su anbarı bir neçə olduqca
yüksək və çox təhlükəli daşqınların suyunu özündə saxladı.Əksinə, 1980 – ci illərdə yeddi il dalbadal
Nilin daşqınlarının həcmi orta həcmdən də aşağı olmuşdur.Bu zaman az yağıntılı illərdə su qıtlığı za-
manı Misirdə tarlaların suvarılmasında Asuan su anbarının suyundan istifadə edilmişdir.Beləliklə, su an-
barı dəhşətli təhlükənin qarşısını almışdır.Ölkə aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən
xilas edilmişdir.
Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970 – ci illərdən sonra özü-
nün gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır.Bununla yanaşı Çində Yans-
zısyan çayı üzərində dünyada ən böyük SES və Türküyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES
olan və 1,7 mln ha ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata ke-
çirilir.
Dünyada su anbarlarının azadılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlər-
dən artıq istifadə olunmuş , qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir.ABŞ – da
son 25 ildə su anbarı tikilməmişdir.1995 – ci ildə ABŞ – da su anbarlarının tikilməsini dayandırmaq haq-
qında qərar qəbul olunmuşdur.
Dünyada su anbarlarının yaradılmasının təxirə salınması haqqında aşağadakı səbəbləri də göstərmək
olar: Tikintinin baha başa gəlməsi , əhalinin su altında qalan zonadan köçürülməsi, yüksək keyfiyyətli tor-
paq sahələrinin itirilməsi, ciddi və qabaqcadan məlum olan pis ekoloji nəticələr, bəndin yuxarı və aşağı
byefində hidroloji rejimin kəsgin dəyişməsi, təyin olunmuş həyat tərzinin və təsərrüfatın pozulması və s.
9.7. Azərbaycanda çay axımının nizamlanması
(Azərbaycanın su anbarları və gölləri)
Məlum olduğu kimi Azərbaycan qədim əkinçilik ölkəsidir. Burada əkinçilik yaranandan bəri suvarma-
dan istifadə olunmuşdur. Ş.V.Xəlilov (2003) qeyd edir ki, təxminən 3000 il əvvəl yarandılan irriqasiya ka-
nallarının izləri indiyə kimi qalmışdır. Məs., VI –VII əsrlərdə tikilən Gərər kanalından hazırda da istifadə
olunur. Muğan və Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir.
1890 – 1880 – ci illərdə yalnız Yelizavetpol (Gəncə) quberniyasında 890 – a qədər suvarma kanalı he-
saba alınmışdır, 1914 – cü ildə onların sayı 1200 –ə çatmışdır. Kənd təsərrüfatı sahələrinin suvarılması üçün
çay sularından başqa kəhriz , bulaq , yağış və qar sularından da istifadə olunmuşdur.Yağış və qar suları-
nı, həmçinin çay daşqın sularını toplamaq üçün böyük olmayan bəndlər tikilmiş və su anbarları yaradıl-
mışdır.Təkcə Lənkəran qəzasında 1883- cü ildə əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anba-
rı olmuşdur.
Muğan düzündə Kürün sağ sahilində Qaracala stansiyasının yanında tikilən su anbarı daşqın suları ilə
doldurularaq xanın 500 desyatin düyü sahəsini suvarmaqda istifadə olunmuşdur.
Naxçıvan qəzasında daha iri su anbarları tikilmişdir.Burada XVI – əsrin sonunda dəniz səviyyəsindən
2000 m yüksəklikdə mövcud olan Qanlı Gölün yerində eyni adlı su anbarı yaradıldı, 200 – 250 il istis-
mar olunduqdan sonra bu su anbarı öz əhəmiyyətini itirmiş, 1853 – cü ildə isə Kəlbalı xan tərəfindən
həcmi artırılaraq yenidən bərpa edilmişdir.
Su
anbarını
n adı
İstifad
əyə
verildi
yi il
Qidalan
ma
mənbəyi
Dəniz
səviyyəs
indən
hündürl
ük
Sahəsi
, km
2
Həcmi, mln.
m
3
- la
Tam Faydalı
162
Mingə-
çevir
1953 Kür
83
625 1607
0
7410
Şəmkir 1980 Kür 158 116 2677
1425
Varvara 1956 Kür
18,5 22,5 60 10
Ağstafa 1969 Ağstafa
479,5 6,3 120
109
Yenikənd 2000 Kür
.
78,0 158,
1
136,3
«Araz »su 1971
Araz
777,7
145,0
1350 1150
Mil –
Muğan
1971 Araz .
4,5 12 .
Xaçınçay 1964 Xaçın
509,5 1,76 23 20
Nohur-
qışlaq
1951 Dəmirap
aranVən-
dam
700 1,96
16
10
Bolqarçay 1965 Bolqarça
65 2,00
12
11
Pirsaat 1964 Pirsaat
80 2,34
16,9
11,9
Axıncaçay 1965
Axınçaça 585 0,92
14
12
Ceyranbat 1958 Samurça
28
13,9 180 150
Aşağı
Könd.
1980 Köndələn
çay
. 0,12
2,1
1,7
Sərsəng 1976 Tərtər 726 13,85
560
500
Madagiz 1975 Tərtər .
0,80 5,5 3
Xanbulanç 1976 Bəşəru 74
2,74 52 45
Lovain 1970 Lovayşar
d
. 1,27
6,3
6,2
Uzunoba 1961 Naxçıva
. 1,20
9,0
8,3
Nəhrəm
(
i)
1965
Əlincəça
. 0,85
6
6
Sirab 1979
Naxçıva
. 1,54
12,7
11,6
Arpaçay 1977 Arpaçay 955
6,3 150 140
Qalacux 1986 Qaraçay .
1,20 7 6
Viləşçay 1989 Viləşçay .
2,50 46 38
Candargöl .
Göl su
anbarı
288 12,5
52
-
Yekəxana 1962 Dəvəbata
nçaydan
- 3.70
1,9
1,8
Sovet dövründə bu su anbarı yenidən tikilərək həcmi 3 dəfə böyüdülmüşdür.Qanlı – Göl XIX əsrdən 158
su anbarından qalan yeganə su anbarı olub indi də fəaliyyət göstərir.(Ş.Xəlilov ,2003).
Respublikamızda 1950 – ci ildən sonrakı dövrlərdə il ərzində və ərazi üzrə qeyri – bərabər paylanan
çay su ehtiyatından səmərəli istifadə etmək məqsədilə su anbarları yaradıldı.Bu su anbarlarından suvar-
ma kanalları vasitəsilə şoran torpaqların meliorasiyası və suvarılması yerinə yetirilmişdir. Bu məqsədlə
respublikamızda 50- yə qədər su anbarı tikilmiş, bir çox suvarma kanalları və kollektorları istifadəyə ve-
rilmişdir.
1953- cü ildə Kür çayı üzərində həcmi 16 km
3
olan Mingəçevir su anbarının tikilməsi respublikada
suvarma və energetika problemlərinin həllində mühüm rol oynayır.Bu su anbarından suvarma məqsədilə
ayrılan iki iri kanal (yuxarı Qarabağ - su buraxma həcmi - 130 m/
3
s. və Yuxarı Şirvan - 78 m
3
/ s ) ha-
zırda 550 mln. hektar əkin sahəsinin suvarılmasına imkan verir.
1982 – ci ildən Şəmkir su anbarı , 2000 – ci ildə isə Yenikənd su anbarı istifadəyə verildi.Bu iki iri
su anbarı Kür çayının çoxillik axımını tənzimləməyə şərait yaratdı.
Kür çayının axım rejimini tənzimləməkdə onun qolları üzərində tikilən su anbarları da az rol oyna-
mır.Onlardan ən böyükləri Sərsəng, Ağstafa, Xaçınçay, Axıncaçay su anbarlarını göstərmək olar.
Bir sıra su anbarları bilavasitə Xəzərə tökülən çaylar üzərində yaradılmışdır.Onlardan ən irisi Ceyran-
batan su anbarı olub 1958- ci ildə Abşeron yarımadası ərazisindədir.Samur – Abşeron kanalı ilə qidala-
163
nan bu su anbarı Bakı və Sumqayıt şəhərlərinin su təchizatınıda istifadə olunur, 16 min ha torpaq sahəsi
suvarılır.
1964 – cü ildə Pirsaatçay üzərində sahəsi 2,34km
2
olan su anbarı istismara verildi , hazırda o , tam
lillənmə mərhələsindədir. 1965 – ci ildə tikilən Bolqarçay su anbarı da eyni vəziyyətdədir.1976 –cı ildə
Başaryuçay hövzəsində (Lənkəran təbii vilayyətində) sahəsi 2,46 km
2
, həcmi 45 mln m
3
olan
Xanbulançay
su anbarı yaradıldı.
1971 – ci ildə Araz çayı üzərində «Araz» su qovşağı yaradıldı.Su qovşağından aşağı Araz çayının axı-
nının həcmi sol qolları - Əlincəçay, Qaradərə, Gilgilçay, Meğriçay, Oxçuçay, Həkəri, Bazarçay, Quruçay,
Köndələnçay və İran tərəfdən axan sağ qolların hesabına artır. Əgər su qovşağına qədər illik axımın
həcmi 6007 mln m
3
- dursa layihələşdirilən Xudafərin su qovşağının stvorunda bu rəqəm 8306 mln
m
3
–
a, mənsəbində isə 8990 mln m
3
- a çatır. «Araz» su qovşağından Xudafərin su qovşağına qədər axımın
artımı 2299 mln m
3
təşkil edir. ( Ş.Xəlilov, 2003).
Araz çayının sol qollarının sularından Naxçıvan MR – nin ərazisində suvarmada istifadə olunur. Arpa-
çay üzərində 2 su anbarı tikilmişdir. Arpaçay su anbarı (1980) və Reçut su anbarı ( Ermənistanda ) . Arpa-
çay su anbarı (150 mln m
3
) Şərur rayonunda 30 min ha torpaq sahəsini suvara bilərdi. Lakin Keçumçay
su anbarından xüsusi kanala Arpaçayın suyunun 40 % -nin Göyçə gölünə axıdılmasilə əlaqədar MR – i
nəzərdə tutulan qədər suvarma suyu ilə təmin etmək mümkün olmadı. (Ş.Xəlilov, 2003 ).
Naxçıvançay üzərində 8 su anbarı tikilmişdir.Onlardan 4-ü çayın yuxarı axınında yaradılmışdır: 3 Bata-
bat su anbarları ( ümumi həcmi 3,6 m
3
) və su anbarına çevrilən Qanlı – Göl gölü ( 1,6 mln m
3
), 4 su
anbarı da subasardan kənarda ( doldurulan ) hövzənin aşağı hissəsində tikilmişdir: Uzunoba ( 9 mln m
3
) ,
Nehrəm – yeni ( 6 mln .m
3
) , köhnə Nehrəm ( 2,4 mln.m
3
) və Qahab su anbarı (1,1 mln.m
3
).
9.8. Su anbarlarının ekoloji vəziyyəti
Su anbarlarında suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən, onların yatağının səhiyyə
– gigiyena vəziyyətindən asılıdır. Alimlərin tədqiqatları göstərir ki, çayların intensiv çirklənməsi fonunda
yaradılan su anbarları antropogen evtrofikasiya nəticəsində suyun keyfiyyəti kəsgin pisləşir. Əvvəllər kiçik
su hövzələri antropogen evtrofikasiyaya məruz qalırdısa, indiki dövrdə iri su anbarlarında , xüsusilə kaskad-
la tənzimlənən çaylar üzərində tikilən su anbarlarında «suyun çirklənməsi» baş verir.
Son on illərdə evtrofikasiya prosesi Dneprovodsk və Volqa kasakadlı su anbarlarında, iri göllərdə (Ladoqa, One-
qa, Pskov – Çud), daxili dənizlərdə (Baltik, Xəzər, Qara) və kiçik çaylarda baş vermişdir. Müxtəlif su anbarlarında
antropogen evtrofikasiya prosesi müxtəlif səbəblərdən baş verir.Ladoqa gölünün çirklənməsi alüminium səna-
yesi, Pskov – Cud gölünki isə sahələrin çirkab sularilə əlaqədardır.Belorusiya və Baltikyani ölkələrdə su hövzələ-
rinin evtrofikasiyası kənd təsərrüfatı çirklənməsi ilə bağlıdır.
Azərbaycanda səth sularının çirklənməsində bir çox sənaye və kənd təsərrüfatı iştirak edir. Əsas su
anbarları qonşu dövlətlərdə güclü çirklənməyə məruz qalan iri çayların Kür və Araz çaylarının üzərində
yaradılmışdır.Kür , Araz çaylarının və onların qollarının çirklənməsi haqda məlumat yuxarıda müvafiq fə-
sildə verilmişdir. Qonşu dövlətlərdə güclü çirklənən Kür çayı respublikamızın ərazisinə daxil olarkən sü-
rəti azaldığından daha iri və ağır asılı hissəciklər zibil halında çayın dibinə çökmüş , qalanları isə Şəm-
kir su anbarına keçir.Bunun nəticəsində çöküntülərin və su anbarının dibi çirklənir, suda həll olan zərər-
li maddələr , xüsusilə biogen elementlər bütün su hövzələri kaskadında su anbarının antropogen evtrofi-
kasiyaına səbəb olur. Bununla yanaşı Mingəçevir və Şəmkir su anbarının dibi bitki örtüyündən ( meşə,
kol ,lianlar və s,) təmizlənmiş və onların tədricən çürüməsi suyun keyfiyyətinə , oksigen rejiminə və su
hövzəsinin heyvanat aləminə (balıqlara) mənfi təsir göstərir (Ş. Xəlilov , 2003).
Ş. B. Xəlilovun (2003) apardığı çoxsaylı müşahidələr göstərir ki, Mingəçevir su anbarı sahillərində mə-
işət zibilləri və sənayenin müxtəlif sahələrinin tullantıları başdan – başa zolaq əmələ gətirir. Güclü fırtı-
nadan sonra, daşqın sularının axdığı dövrdə külək axını vasitəsilə çoxlu zibillər su anbarının şərq sahili-
nə gətirilir və Mingəçevir şəhər çimərliyi dəfələrlə zibilin təmizlənməsi üçün bağlanır.1982 – ci ildə
Şəmkir su anbarı istifadəyə verildikdən sonra belə mənzərəni onun sahillərində müşahidə etmək olar. Su an-
barının ölçüləri, o cümlədən sahil xətti Mingəçevir su anbarından kiçik olduğu üçün burada zibil zolağı-
nın eni və qalınlığı daha çox olur.
Sutka ərzində Gəncə şəhərindən Gəncəçaya 300 min m
3
çirkab suları axıdılır, 25 km – dən sonra isə
Kürə qarışır.
Mingəçevir şəhərindən Varvara su anbarına sutkada 150 min m
3
çirkab suyu axıdılır.
Araz çayı və qolları Ermənistan ərazisində güclü çirkləndiyindən (çirkab sularının miqdarı sutkada 2,1
mln m
3
təşkil edir).
«Araz» su qovşağı respublikimızın su anbarlarının hamısından daha çirklidir . Bunun nəticəsində
«Araz» su anbarında suyun « çirklənməsi» və balıqların kütləvi qırılması baş verir.
«Araz» su qovşağı sutka ərzində Naxçıvan şəhərinin 70 min m
3
– çirkab suyu ilə çirkləndirilir, onun
47 min m
3
- i Naxçıvan çayından daxil olur, 23 m
3
– i bilavasitə su anbarına axıdılır.
164
İnkişaf etmiş ölkələrdə (ABŞ, İngiltərə, Fransa, Almaniya) su anbarlarında suyun keyfiyyətini yaxşılaşdır-
maq üçün su süni yolla aerasiya edilir. Bu məqsədlə suyu qarışdırmaq və atmosfer oksigeni ilə zəngin-
ləşdirmək üçün xüsusi hidropnevmatik qurğudan istifadə olunur və ya sualtı oksigen rezervuarlarından is-
tifadə olunur .Belə tədbirdən son vaxtlar Dneprovodski və Kaxovski su anbarlarında da istifadə olunması
planlaşdırılır. Bu su anbarlarında suyun «çiçəklənməsi» böhranlı ekoloji vəziyyət yaratmışdır, yayda göy
yaşıl yosunlar parçalanandan sonra suda amonium azot və mineral fosforun miqdarı 10 – 15 dəfə , üzvi
azot 50 – 200 dəfə və ona uyğun toksik maddələr ( fenollar , sionidlər və s. ) də artır. Ona görə yay döv-
ründə balıqlar və digər canlılar məhv olur.
Antropogen evtrofikasiya Volqa kaskadında və Rusiyanın, Orta Asiyanın, Qazaxıstanın və Qaraqum ka-
nalının su anbarlarında da təhlükəli ekoloji vəziyyət yaratmışdır.
Azərbaycanda su anbarında suyun aerasiyası üçün heç bir qurğu və texniki vasitələrdən istifadə olun-
mur.
Mingəçevir su anbarı əsas təyinatından başqa Mingəçevir şəhərini içməli su ilə təmin edir.Gələcəkdə
perspektivdə onun suyunun Abşeron yarımadasına gətirilməsi nəzərdə tutulur, suyun təmiz saxlanması
üçün Ş.V.Xəlilov (2003) su anbarının sahillərində Ceyranbatan su anbarında olduğu kimi sanitar zona
yaradılması tədbirini təklif edir.
Azərbaycanda olan 56 su anbarından yalnız ikisi (Pirsaat və Ağsu çayından doldurulan Cavanşir su
anbarları) demək olar ki, tam lillənməyə məruz qalmışdır.
Ş
əkil 9.3. Dü
n
yan
ın
ən ir
i su anbarlar
ı
165
1. Abu Dibis
2. Aqua Vermeyla
3. Əsəd (Tabka)
4. Baykal
5. Ban Çao-Nen
6. Bratsk
7. Brokopondo
8. Buxtarmin
9. Bxumifol
10. Vadi-Tar-tar
11. Viktoriya
12. Vilyuy
13.Vinnipeq
14. Volqoqrad
15. Volta
16. Qarrison
17. Qordon
18. Qordon M.Xrum
19. Qrand Rapids
20. Quri
21. Daniel Conson
22. Danszyankou
23. Zeysk
24. İlya Solteyra
25. İtaypu
26. İtumbiara
27. Kabora – Bassa
28. Kainci
29. Kama (Perm)
30. Kanyapisko
31. Kapivara
32. Kapçaqay
33. Qərib
34. Kaxobsk
35. Keban
36. Kalım
37. Kosu
38. Krasnoyarsk
39. Kremençuq
40. Kuybışev
41. La-Qrand 2
42. La-Qrand 3
43. La-Qrand 4
44. Lak kasse
45. Manantali
46. Manikuaqan – 3
47. Mid (Quver)
48. Mika
49. Mingəçevir
50. Missa
51. Naqarcunasaqar
52. Naser
53. Neçako
54. Nijnikamsk
55. Nipiqon
56. Nureksk
57. Oaxe
58. Ontario
59. Pauel
60. Reyndir
61. Rixand
62. Rıbinsk
63. Sanmınsya
64. Sao Simao
65. Saratov
66. Sayan
67. Seros-Kolorados
68. Sinanyan
69. Sinfınyan
70. Sirikit
71. Sobradinyo
72. Suapiti
73. Supxun
74. Tarbela
75. Toktoqulsk
76. Tres-Marias
77. Tuin-Keyne
78. Ust-İlimsk
79. Fort-Pek
80. Franklin-Ruzveld
81. Furnas
82. Funman
83. Xantay
84. Simlyansk
85. Çebokarsk
86. Çerçil
87. El-Çokon
Dostları ilə paylaş: |