8.13. Tullantısız və aztullantılı istehsal
Hazırda müasir geniş qaztəmizləmə texnikası olmasına baxmayaraq xammaldan tullantı olmadan kompleks
istifadə edərək ətraf mühiti çirkləndirməmək istiqamətində texnoloji proseslər yaratmaq ekologiyanın radikal
həlledici məsələsi olmaqda qalır.
Təbii resurslardan daha səmərəli istifadə etmək yolu ilə ətraf mühitin keyfiyyəti stabilləşdirilməsi və yaxşı-
laşdırılması tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsilə bağlıdır .
Resursların qorunması xalq təsərrüfatının artmaqda olan tələbatını təmin etmək sahəsində həlledici mənbə-
dir.
Tullantısız istehsal texnologiyasında istehsalın təşkili prinsipi belə anlaşılır:
İlk xammal resursları – «istehsal» - «istifadə» - «təkrar xammal resursları» tsikli ekoloji tarazlığı pozmadan
xammalın bütün komponentlərindən, bütün enerji növlərindən səmərəli istifadə olunması üzrə qurulmuşdur. Tul-
lantısız istehsal bir kombinat, sahə, region, nəticədə nəhayət bütün xalq təsərrüfatı üçün yaradıla bilər.
Tullantısız istehsal uzunmüddətli və tədrici proses olub bir – birilə bağlı olan bir sıra texnoloji , iqtisadi , təş-
kilatı , psixoloji və digər məsələlərin həllini tələb edir. Praktikada tullantısız sənaye istehsalını yaratmaq üçün
ilk növbədə prinsipcə yeni texnoloji proseslərə , cihazlara , avadanlıqlara əsaslanmalıdır.
Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. Tul-
lantısız texnologiyanın əsas istiqamətləri aşağıdakılardır:
-
tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, qapalı tsiklli istehsalın
təşkili, çirkab sularının atılmaması, zərərli maddələrin atmosferə buraxılmaması.
İstehsal tullantılarından xammal, yarım fabrikat , yanacaq və s . kimi faydalı istifadə edilməsi utilizasiya ad-
lanır. Utilizasiyanın xalq təsərrüfatında əhəmiyyəti vardır. Bir sıra sahələrdə utulizasiya məqsədilə xüsusi sexlər
və hətta utulizasiya zavodları yaradılır. Utulizasiya tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul
olur.
«Tullantısız» texnologiya üzvü tullantıların təkrar emal edilməsində də tətbiq edilir. Bakıda üzvi tullantıların
illik miqdarı 2,5 milyon tondan çoxdur. Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələrinin
144
və ət kombinatının tullantılarından ibarətdir. Bunların yalnız 5-6 % - i təkrar emal edilir, qalanı isə yandırılır. Bu
üzvi tullantıları emal etməklə həm ətraf mühitin çirklənməsinin qarşısı alınar, həm də xeyli gübrə istehsal etmək
olar. BDU – nun alimləri ( Q.Qasımov və A.Əhmədov) üzvi tullantılardan asan və ucuz yolla gübrə istehsal etmə-
yin üsulunu işləyib hazırlamışlar. Bu usulu hər bir rayonda , hər bir təsərrüfatda asanlıqla tətbiq etmək mümkün-
dür. Üzvi tullantıları 3 gün ərzində kimyəvi məhlulda islatmaq yolu ilə gübrə əldə etmək, bununla da ətraf mühiti
təmizləməklə yanaşı ondan xeyli mənfəət götürmək olar.
Sankt – Peterburq yaxınlığında məişət tullantılarının mexaniki emalı ilə məşğul olan kiçik bir zavod fəaliy-
yət göstərir. 150- ə qədər işçisi olan bu zavodda məişət tullantılarından ildə 2 min tondan çox qara metal ayrılır.
Burada üzvi tullantılar mikroorqanizimlərin 3 günlük təsirindən sonra insanın səhhəti üçün təhlükəli, müxtə-
lif xəstəliklər törədən mikroblar məhv edilir; əldə edilən məhsul xammal şəklində lazimi yerlərə göndərilir. Bir
sıra təssərrüfatlarda ondan gübrə kimi istifadə olunur . Əvvəllər üzvi tullantıların təqribən 1/3- ni təşkil edən və
mikroorqanizimlər tərəfindən təsir göstərilə bilməyən şüşə, ağac və əlvan metal qırıntılarını, rezin və dəri parça-
larını, plastik kütləni ayıraraq tullamaq lazım gəlirdi. Sonralar alimlər bu bərk qarışıqları havasız yerdə yüksək
temperaturda qızdıraraq pirokarbon, yanacaq qaz və duru qətran kimi qiymətli məhsullar almağa nail oldular.
İri sənaye şəhərlərində İES və başqa müəssisələr atmosferə xeyli sulfat anhidridi buraxır. Onun təsirindən
metallar karroziyaya uğrayır, tikinti qurğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır. Halbuki, həmin stansi-
yaların tüstülərindən SO2- ni ayıraraq sulfat turşusu hazırlamaq olar. Dünyada ilk dəfə 1952- ci ildə Moskvada
12№ - li İES – də bu üsuldan istifadə edilmişdir.
Ukranyada tikilmiş kimya kombinatında tullantılar başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə,
mal – qara üçün zülal vitamin konsentratına, karbon qazına və onu da quru buza çevirir.
Estoniyada iri azot gübrəsi zavodunda əvvəl havanı çirkləndirən tullantı indi xammal kimi istifadəyə verilir.
Kanalizasiya suları çirkli halda, tullantılarla qarışıq şəkildə çay və dənizlərə tökülür, onları və atmosferi
çirkləndirir. Çirkli suların kimyəvi tərkibi onların hansı istehsal sahəsində tətbiq olunmasından asılıdır. Məs.,
neft emalı zavodlarından buraxılan sular müxtəlif üzvi maddələrlə (fenollar, amin turşuları, qatran və s.) zəngin
olur.
Kanalizasiya sularının təkibində müxtəlif üzvi maddələr, fosfor, kalium və digər mikroelementlər vardır. Bir
çox ölkələrdə kanalizasiya sularından gübrə kimi istifadə edilir. Bu sahədə Çin xalqı bir neçə əsrlik təcrübəyə
malikdir.
Berlin şəhərində kanalizasiya sularından istifadəyə hələ XIX əsrdən başlanılmışdır.Burada kanalizasiya şə-
bəkəsinə xüsusi meliorasiya qurğuları qoşulur və «maye gübrə» böyük təzyiq altında əkin sahələrinə verilirdi.
Polşa alimi A.Lenkova qeyd edir ki, çirklənmiş sulardan yenidən istifadə edilsə, 4 qat səmərə əldə edilər: tə-
mizləmə qurğularının tikintisinə xərc azalar: əkin sahələri əlavə su alar ; süni gübrəsiz məhsuldarlıq artar: çay və
dənizlərin sanitar vəziyyəti yaxşılaşar.Bunun üçün çirkli suların müxtəlif xəstəliktörədən bakteriyalardan təmiz-
lənməsi tələb olunur. Bu isə o qədər də böyük problem deyil.
Neft və qaz yataqlarının işlənməsi ( istismarı ) prosesi zamanı yataqda neft və qazla bərabər çoxlu miqdarda
çıxarılan lay suları tullantı şəklində çay və dənizlərə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli yod,
brom , xlor, natrium və s . elementlər var.
Neftçala şəhərində yerləşən yod – brom zavodunun istismar obyekti həmin yataqdakı neftli layların suları-
dır. Həmin sularda yodun miqdarı litrdə 60 – 70 mq – a çatır.
Zaparojye şəhərinin bir qrup mühəndisi şəhərin zavodlarının tullantılarından 66 növünü (bərk , qaz , maye
şəkildə ) böyük bir qabda qarışdıraraq müəyyən vaxt saxlamışlar . Nəticədə tullantılar tam zərərsizləşdirilmiş,
bərk , qaz və maye şəkilli müxtəlif xammal növləri alınmışdır.
Atmosfer havası ətraf mühitin həyat üçün vacib olan ən əhəmiyyətli ünsürlərindən biri olmaqla onun çirk-
lənmədən mühafizəsi günün aktual tələbidir .
Luis – Con Batanın «Çirkli səma» kitabında qeyd edilir: İkisindən biri olmalıdır : ya adamlar elə etməlidir
ki, havada tüstü azalsın və yaxud əksinə, tüstü elə edər ki, yerdə adamlar azalar.
8.14. Azərbaycanda atmosfer havasının vəziyyəti
Havanın yüksək səviyyədə çirklənməsi Respublikamızın böyük şəhərlərində müşahidə olunur. 1990-cı ildən
bəzi məlum səbəblərdən sənaye istehsalının aşağı düşməsilə əlaqədar olaraq havanın çirklənməsinin azalması
müşahidə olunur. Lakin son 10 ildə nəqliyyat vasitələrinin axınının (əsasən avtomobillər) artması havaya öz ne-
qativ təsirini göstərməyə başlamışdır. Azərbaycan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi-
nin (1998) məlumatına əsasən Azərbaycanda atmosferə atılan bütün zəhərli maddələrin 96%-i beş şəhərin (Bakı,
Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir) payına düşür. 1991-1995-ci illərin məlumatlarına əsasən göstəri-
lən beş şəhərin atmosferində olan zəhərli maddələrin miqdarı Azərbaycan Respublikasında havanın keyfiyyəti-
nin müəyyən olunmuş standartlarından (KSH) 5 dəfə çoxdur.
Respublikada havanın əsas çirklənmə mənbələri elektrik stansiyaları, sənaye və nəqliyyat vasitələridir. Rəs-
mi statistikaya görə (göstərilən komitənin məlumatı, 1998) 1995-ci ildə havanın çirklənməsi 1,325 mln. ton təş-
kil etmişdir. Bundan 879000 ton stansionar mənbələrin, qalanları isə səyyar mənbələrin payına düşür. Rəsmi
145
məlumatlara əsasən stansionar mənbələr atmosferə (1995-ci ildə) 730000 ton SO, 23000 ton spesifik maddələr,
50000 ton SO
2
, 32000 ton NO
2
və 19000 ton UOH (uçucu orqanik hidrokarbonlar) buraxmışdır. Məlumatda
qeyd edilir ki, bu rəqəmlər ola bilsin ki, həqiqətə tam uyğun deyil. Belə ki, təkcə neft və qazçıxarma sənayesi
1995-ci ildə atmosferə 500000 tondan artıq UOH, neftçıxarma zavodları isə müvafiq olaraq 33000 və 14000 t.
UON buraxmışlar. Respublika Dövlət Statistika Komitəsinin məlumatına görə respublikamızda adambaşına dü-
şən çirkləndiricilərin miqdarı 2.2 saylı cədvəldə verilir.
Sumqayıt şəhəri son 50 il ərzində sənayenin, kimya və neftkimya sahələrinin mərkəzi kimi formalaşmış keç-
miş Sovet İttifaqının sənaye cəhətdən ən inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. Ümumi şəhər ərazisinin
(9445 ha) təxminən 34%-ni sənaye kompleksləri tutur. Ətraf mühitin problemlərinə müvafiq diqqət yetirmədən
şəhərdə sənayenin ekoloji baxımdan təhlükəli yüksək konsentrasiyası, çoxlu miqdarda zəhərli sənaye tullantala-
rının toplanması və onların aşağı səviyyədə emalı, istehsalatda xlor və kükürd turşularının geniş istifadəsi, külli
miqdarda zəhərləyici maddələrin atmosferə və suya buraxılması şəhərdə fəlakətli ekoloji vəziyyət yaratmışdır.
Cədvəl 8.2
Respublikada adam başına düşən
əsas çirkləndiricilərin miqdarı (kq-la)
Çirklən-
diricilər
1990 1995 1996 1997 1998 1999 200
0
200
1
2002
Karbon
qazı
(CO
2
)
9,9 2,9 2,5 3,0 2,8 2,8 3,3 3,5 2,7
Kükürd
anhidriti
(SO
2
)
12,7
6,6 5,3 5,0 4,5 4,7 4,5 1,8 1,7
Azot 4-
oksid
(NO
2
)
18,3 4,2 3,2 3,4 3,3 3,1 3,1 3,4 3,3
Toksik
tullantı
3,6 2,4 4,7 4,4 1,7 3,4 2,1 1,2
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi 1992-ci ildə Sumqayıt şəhərini «ekoloji fəlakət zo-
nası» elan etmişdir. İqtisadi böhran şəraitində sənaye istehsalının kəskin aşağı düşməsi nəticəsində 1990-cı ildən
başlayaraq sənaye tullantılarının miqdarı azaldı. Lakin ekoloji baxımdan müasir, təhlükəsiz texnologiyanın tət-
biqi üçün xarici investorların cəlb edilməsi labüddür. Odur ki, Sumqayıt şəhəri azad iqtisadi zona elan edilmiş-
dir.
Sənayenin tənəzzülü nəticəsində bir çox müəssisələrin tam gücü ilə işləməməsi 1990-cı ildən atmosferə atı-
lan çirkləndiricilərin miqdarının azalmasına səbəb oldu. Hazırda Sumqayıtda sənaye sahələrinin əksəriyyəti öz
gücünün 10-15%-i qədər fəaliyyət göstərir, bəziləri isə tamamilə dayanmışdır. Nəticədə Sumqayıtın sənaye mü-
əssisələrindən buraxılan SO
2
, NO
2
, sülb hissəciklərin və UOH kimi adi çirkləndiricilərin emissiyası 7000-9000
tondan artıq olmamışdır. Vaxtilə zavodlar tam gücü ilə işlədikdə atmosferə atılan çirkləndirici məhsulların miq-
darı ən azı 100000 ton olmuşdur.
Qeyd edildiyi kimi respublikamızda energetika atmosferin əsas çirkləndirici mənbələrindən əsası sayılır.
Əgər energetika kompleksimiz tam gücü ilə işləsə havaya ildə 100000 ton SO
2
, 35000 ton NO
2
, və 3300 ton
sülb hissəciklər atılardı. Respublikanın ən böyük elektrik stansiyası olan Yeni Azərbaycan DRES-nin (Mingəçe-
vir) atmosferə atdığı SO
2
, NO
2
, sülb hissəciklərinin miqdarı müvafiq olaraq 60000, 20000 və 2000 ton təşkil
edərdi. Sülb hissəciklərin yerüstü səviyyəsinin ümumi miqdarı KSH-dan artıqdır. Əli-Bayramlı DRES-də SO
2
-
146
nin miqdarı KSH-dan 4,8 dəfə çoxdur. Dörd istilik elektrik stansiyasında NO
2
-nin miqdarı KSH-dan çoxdur.
Əli-Bayramlı DRES-də 4 dəfə, Sumqayıt İES-1,2 dəfə, Bakı İES – 1-14,8 dəfə, Bakı İES-2-9,3 dəfə.
Qeyd edildiyi kimi sənaye tullantılarının çoxu Bakıda və Sumqayıtda cəmləşir. Burada sıxıcı kompressor
stansiyaları çatışmadığından neftlə eyni vaxtda çıxarılan qaz atmosferə buraxılır. Neft qazlarını toplayan sistem-
lərin köhnə və sıradan çıxmış olması böyük itkilərə səbəb olaraq, problemi daha da ağırlaşdırır. Bakıda 1995-ci
ildə neftçıxarma sənayesindən havaya buraxılan UOH –ın miqdarı 500000 tondan artıq olduğu halda, 1996-cı il-
də aşağı təzyiqli qaz emal edən kompressor stansiyası işə salındıqdan sonra havaya atılan qaz təqribən 200000
tona qədər azalmışdır. «Neft daşları» yatağında da sıxıcı kompressor stansiyasının olması olduqca vacibdir. Em-
al zavodlarından buraxılan UON təqribən 45000 tona çatır. Köhnə olduğuna görə məşəl qurğuları da ciddi çirk-
lənmə mənbələrindəndir. Bütövlükdə avadanlığın yeniləşdirilməsi olduqca vacibdir.
Bəzi ərazilərdə neft istehsalı zamanı Yer səthinə çıxarılan radioaktiv maddələr problemi də mövcuddur. Bəzi
sahələrdə radiasiya göstəricilərinin 400-1200 mkr/saat olduğu qeydə alınmışdır. (yol verilən maksimal səviyyə
60 mkr/saatdır)
Bakıda neft hasilatı ilə bağlı olmayan sənaye istehsalları tərəfindən çirkləndirici maddələr atılır. Məişət soyu-
ducular zavodunun xlorflorhidrokarbonlar (XFH) tullantıları, sement zavodundan atılan toz da az təhlükəli de-
yil. Sumqayıtda alüminium istehsalının təhlükəli çirkləndirici və çox zəhərli olan hidrogen ftor (HF), xlor-alka-
lin istehsal edən zavodun civə tullantıları, poladəritmə zavodunun atdığı tozun tərkibindəki qurğuşun, sink və
kadmium, neft-kimya sənayesi müəssisələrinin müxtəlif xlor birləşmələrinin ətraf mühitə atılması əhali üçün
təhlükə yaradır.
Hazırda şəhərdə atmosferi çirkləndirən təqribən 3000 stasionar sənaye mənbəyi mövcuddur, onların ancaq
40%-i qaz və toz təmizləyici qurğularla təchiz olunmuşdur.
Emissiya təkcə havanı çirkləndirməklə nəticələnmir, belə ki, çirkləndiricilərin bəziləri, o cümlədən ağır me-
tallar və davamlı üzvi birləşmələr çox davamlı halda torpaq və ərzaqda toplanır. Bəzi neft-kimya prosesləri nəti-
cəsində olduqca zəhərli birləşmələr sayılan dioksinlər və dibenzofurinlərin də əmələ gəlməsi istisna olunmur.
(Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, 1998).
147
IX Fəsil
SUYUN QORUNMASI
9.1. Su yer üzərində həyatın əsasıdır
Hələ antik dövrdə ətraf mühit haqqında təbii – elmi anlayışlar irəli sürərkən Milet məktəbinin əsasını
qoyan qədim yunan mütəfəkkiri Fales (eramızdan əvvəl 642 – 548 illər) təbiətin bütün hadisələrini suyun
hərəkəti və çevrilməsi ilə aydınlaşdıraraq suyu hər şeyin ilk əsası sayırdı, Falesin bu görüşləri şübhəsiz
digər qədim mütəfəkkir - Platonun (eramızdan əvvəl 427 – 347 illər) fəlsəfəsinə də təsir göstərdi . Suyun
dövranı ideyası Platona aiddir. Lakin o, səhv təsəvvürə əsaslanıb qeyd edirdi ki, Yerin bütün səth suları-
nın bilavasitə başlanğıcı dəniz suyudur. Lakin Platonun suyun dövranı haqqındakı əsas fikri o qədim
dövr üçün dahiyanə sayılırdı.
Platonun şagirdi - Aristotel ( eramızdan əvvəl 384 – 352 – ci illər) suyun dövranı haqqında öz müəl-
limlərinin fikrinə böyük dəyişiklik etdi. Günəş istiliyinin təsirilə suyun dəniz və okeanların səthindən bu-
xarlanaraq Yerin yüksəkliklərində kondensasiya olunub yağış şəklində düşərək çayları qidalandırması
prosesini ilk dəfə Aristotel dərk etmişdir.
IX – əsrdə ərəb alimi Maqsudi Aristotelin suyun atmosfer dövranını təsdiq edən olduqca sadə və
inandırıcı təcrübə apardı: dəniz suyunu buxarlandıraraq onun buxarından şirin ( duzsuz) kondensat aldı.
Aristoteldən sonra uzun əsrlər ərzində ümumiyyətlə suyun, torpağın, odun ( atəşin ) və havanın qarşılıq-
lı çevrilməsi ehtimal edilirdi ki, 2 min il əvvəl yaşamış Hollandiya kimyagəri və fizioloq İ.Van – Hel-
mont və Avisenna ,ingilis kimyaçısı R.Boyl da bu mövqedə durmuşlar. Onlar suyun bir maddə olması
haqqında real elmi fikrə gələ bilməmişlər .Yalnız XVIII əsrin sonunda Avropa fizikləri əsərlərində (
P.Laplas, A.Lavueze və b) suyun yalnız iki elementin - hidrogen və oksigenin birləşməsi olduğunu təs-
diq edərək onun digər maddələrə çevrilməsi haqqında çoxəsrlik nəzəriyyəyə son qoydu . Bu, suyun tərki-
bi və xassələri haqqında müasir elmin başlanğıcı oldu .
Su olduqca qiymətli sərvətdir. O , üzvi həyatı təşkil edən maddələr mübadiləsi proseslərində çox mü-
hüm rol oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük əhəmiyyəti vardır. Torpağın tərki-
bində də su vardır. Bütün canlı orqanizmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil olur. İnsan orqaniz-
minin ümumi kütləsinin
3
2
-si, qanın 80 % - i sudan təşkil olunmuşdur.Bir çox tərəvəz və meyvələrin
kütləsinin 90 – 95 % - i sudan ibarətdir. Su olmadıqda həyat da dayanır, çatışmadıqda bitkinin məhsuldarlı-
ğı aşağı düşür. Bir çox canlılar su mühitində yaşayır.
Su təbiətdə dövran edərək Yer səthinin formalaşmasında iştirak edir. Su müxtəlif qeyri – üzvi maddə-
ləri dağıdaraq , əridərək və daşıyaraq çökmə süxurların yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur.
Su ucuz elektrik enerjisinin mənbəyidir.Dənizlər və çaylarda nəqliyyat vasitəsi kimi istifadə olunur.
Sudan sənayedə də istifadə olunur. Məsələn, 1 ton polad istehsal etmək üçün 120 m
3
, 1 ton kimyəvi lif
istehsalında isə 2000m
3
su sərf edilir.
Kənd təsərrüfatında sudan daha çox istifadə olunur, süni suvarılan 1 hektar topağa saniyədə orta hesab-
la bir l su gedir. Bir ton buğda əldə etmək üçün 1500m
3
, 1 ton pambıq becərmək üçün 10 000m
3
su tə-
ləb olunur .Vegetasiya dövründə 1 hektar qarğıdalı sahəsinə 3000 m
3
, 1 ha kələm sahəsinə 8000 m
3
, 1 ha
çəltik sahəsinə isə 12000-20000 m
3
su sərf olunur.
Əhalinin məişətinə də çoxlu su sərf olunur. İnsan gün ərzində orta hesabla 2 l su qəbul edir. Müxtəlif
su mənbələri və su hövzələrindən müalicə rekreasiya məqsədilə istifadə olunur.
Alman alimi Hansın fikrincə Planetimizdə içməli su həyatın əsasını təşkil edir.
148
9.2. Dünyada suyun istifadəsi
Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd tə-
sərrüfatının inkişafı üçün vasitədir. O, həm də mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən
«canlı qandır».
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola
bilməz. Su da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır».
Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından istifadə növü olduqca müxtəlifdir.Sudan ən çox
kənd təsərrüfatında istifadə olunur. Ədəbiyyat məlumatlarına görə kənd təsərrüfatında hər il 3500-3600
km
3
su işlədilir, bunun 70 faizi suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə olunan suyun miqdarı
sənayedə olduğundan 3,4-4,0 dəfə artıqdır.Hazırda dünyada 250 mln hektara yaxın kənd təsərrüfatı bitki-
ləri və bağlar , plantasiyalar suvarılır. Hər hektara təxminən 12-14 m
3
su verilərsə, suvarmaya 2800 – 3000
km
3
su sərf olunur. (Nəbiyev, 2000 ) . Dünyada suvarmaya sərf olunan suyun miqdarı 9.1 saylı cədvəldə
verilir. Cədvəldən göründüyü kimi suvarılan torpaqların sahəsi ən çox Asiyada yerləşir.Praktiki olaraq
burada suvarma bütün ölkələrdə tətbiq edilir.Suvarılan sahələrin əsas massivləri kontinentin cənub və
şərqində yerləşir , onun çox hissəsində çəltik becərilir.Bununla belə Asiyanın bütün suvarılan torpaqları-
nın
3
2
– dən çoxu yalnız üç ölkənin payına düşür (Çin , Hindistan və Pakistan ) və təxminən 1000km
3
su
sərf olunur , bu dünyada suqəbuledicilərdən suvarmaya işlədilən suyun yarısına qədərini təşkil edir. Asi-
yanın bütün ölkələrində suvarmaya sərf olunan suyun miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb
keçir və təxminən 82 % təşkil edir. Avropada bütövlükdə bu rəqəm 30 – u keçir.
Cədvəldən göründüyü kimi suvarma üçün şirin su ehtiyatlarının xeyli hissəsindən istifadə olunur və
onun
4
3
- ü geri qaytarılmır. Tarlalardan drenaj şəbəkəsilə qayıdan sular tarlalarda alaqlara və zərərverici
həşəratlara qarşı işlədilən müxtəlif maddələrlə (pestisidlər) və mineral gübrələrlə güclü çirklənməyə mə-
ruz qalır.
Suyun kommunal - məişətdə istifadəsi. Su ehtiyatlarının sərfinin bu növündə şəhər və kənd əhalisi-
nin sudan istifadəsi nəzərdə tutular. Bu zaman suyun keyfiyyətinə xüsusi tələbat sürülür. Hazırda əhali
tərəfindən istifadə olunan suyun ümumi həcmi ildə 250 km
3
- u keçmişdir. Lakin Yer kürəsi əhalisinin 4
% - i sudan kifayət qədər, yəni adambaşına sutkadakı 300 – 400 litr ( onda 10 % - i yaxşı keyfiyyətli iç-
məli sudur ) su işlədilir, Afrikada və Asiyada yerləşən əhalinin
3
2
– i üçün sudan istifadə 10 dəfə azdır.
Beynəlxalq Rio – de – Janeyro (1920) konfransının məlumatına əsasən inkişaf etməkdə olan ölkələrdə
hər üç nəfərdən biri içməli suyun çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80 % - i, ölüm hadisələri-
nin
3
1
– i içməli sudan istifadə ilə bağlıdır. Odur ki, səmərəli istifadə edilməsi hesabına Planetin bütün
əhalisinin yaxşı keyfiyyətli içməli su ilə təmin olunması mühüm problem kimi qarşıda durur. Səciyyəvi
bir misal: Amerika ekspertlərinin məlumatlarına görə ABŞ – da su kəmərindən sızaraq itən suyun miqda-
rı sutkada adambaşına 120 litr təşkil edir, bu miqdar su Hindistan və Çində adambaşına orta sutqalıq
istifadə olunan suyun miqdarına uyğun gəlir.
Suyun sənayedə və energetikada istifadəsi. Bu məqsədlə sudan iş prosesində qızmış aqreqat , mexa-
nizm , alətlər və s. – nin soyudulması , istehsal tullantılarının kənarlaşdırılması, maşın detal və hissələrinin
yuyulmasında istifadə edilir. Sənayedə sudan həlledici kimi də istifadə olunur, hazır məhsulun tərkibinə
daxil olur. Bu sudan istifadə növündə qayıtmayan suyun miqdarı az olur. Burada çirkab sularının çox
olması problem yaradır. Hazırda sənaye və energetikada 760 km
3
su sərf olunur, bu yalnız suvarma suyu-
na nisbətən azlıq təşkil edir.Dünyada sənayedə və energetikada sərf olunan suyun miqdarı 9.2 saylı cəd-
vəldə verilir.
149
Cədvəl 9.1
Dostları ilə paylaş: |