bAyTArlıq
doğru dəyişməyə başladı. Bu dəyişikliklərin
səviyyəsi isə göstəricinin xarakterindən və
xəstə heyvanın fərdi xüsusiyyətindən asılı
olaraq müxtəlifdir.
Birinci müalicə kursundan sonra aparı-
lan müayinədə müalicədən əvvəlki səviy-
yəyə nisbətən müəyyən dəyişiklik qan və
sidik göstəricilərində qeyd olundu. Belə ki,
qanda hemoqlobinin miqdarı (xüsusən 1437
və 1222 №-li inəklərdə) kəskin dərəcədə
(1.5-2 dəfə) artdı. Protrombinin səviyyəsi isə
xeyli aşağı düşdü. Peroksidaza fermetinin
göstəricisində əsaslı dəyişiklik olmadığı halda,
katalaza fəallığı xeyli artdı və qələvi fosfo-
taza bir qədər azaldı. Təcrübə inəkləri nin
iki başında (1437 və 1222 №-li ) sidikdə
demək olar ki, müalicədən əvvəlki göstərici-
lər eyni qaldı. Lakin 1505 №-li inəkdə sidiyin
rəngi narıncı-sarıya çevrildi, şəffaflaşdı və
mikroskopik müayinədə makrohematuriya
mikrohematuriyaya çevrildi. Lakin bu hey-
vanda proteinuriyanın səviyyəsi cüzi miqdarda
azaldı. Birinci müalicə kursundan 4 və 9 gün
sonrakı müayinələrdə qanın və sidiyin gös-
təriciləri onların birinci müayinədəki istiqa-
mətə və səviyyəyə dəyişməsi davam etdi.
Xüsusən 1505 №-li inəkdə xəstəliyin mik-
rohematuriya forması saxlanıldı.
İkinci müalicə kursundan sonra aparılan
müayinələrdə göstəricilərin əksəriy yəti
daha fərqli nəzərə çarpdı. 1437 №-li inəyin
qanında hemoqlobinin miqdarı dəyiş mədiyi
halda, digər iki başda müayinənin status
dövrünə (müalicədən əvvəl) nisbətən 9.5-
16.2 % artdı. Eritrositlərin miqdarı hər üç
heyvanda 31.9-39.5% çoxaldı. Protrombi-
nin göstərici isə 1437 №-li inəkdə 3 dəfə,
digərlərində 24.7-28.4 % azaldı. Katalaza-
nın fəallığı da yüksəlməyə doğru xeyli
dəyişdi. Bu 1437 №-li inəkdə daha kəskin
(4.5 dəfə), o birilərində bir qədər az səviy-
yədə (2dəfə) artdı. Peroksidazanın göstəri-
cisindəki dəyişiklik o qədər də səciyyəvi ol-
madı. Qələvi fosfotaza göstəricisi də kəskin
dəyişdi: 1222 №-li inəkdə 2 dəfə, digər-
lərində 23.7-30 % azaldı.
İkinci müalicə kursundan sonra təcrübə
heyvanlarından bir başında (1437 №-li)
sidikdə fiziki dəyişiklik göründü. Onun
rəngi al qırmızıdan narıncıya çevrildi və
şəffaflaşdı. Mikroskopik müayinədə mikro-
hematuriya qeydə alındı.1222 №-li inəkdə
sidiyin fiziki göstəriciləri əvvəlki kimi
qeydə alındı. 1505 №-li inəkdə isə sidiyin
sarı rəngi, şəffaf vəziyyəti və mikrohematu-
riya forması saxlanmışdı. Burada diqqəti cəlb
edən bir cəhət də proteinuriyanın səviyyəsi
olmuşdur. 1222 və 1505 №-li inəklərin
sidiyində zülal ixracı bir qədər azalmışdır,
(müvafiq olaraq 24.1 və 24.5 %)
Üçüncü müalicə kursundan sonra aparı-
lan müayinələr göstərdi ki, inəklərin qa-
nında hemoqlobin 7-10 %-ə, eritrositlərin
miqdarı 3.82-5.2 mln. səviyyələrinə çatdı.
Protrombinin göstəricisi 2-ci müalicə kur-
sundan sonrakı hədlər səviyyəsində qaldısa
da peroksidazanın miqdarı həm status
göstəricisinə, həm də 2-ci müalicə kursun-
dan sonrakı göstəriciyə görə müəyyən qədər
artdı. Katalaza göstəricisi isə o qədər də
dəyişmədi. Qələvi fosfotaza rəqəmi isə status
rəqəmlərinə görə aşağı səviyyəsini saxladı.
Sidiyin göstəricilərində baş verən dəyi-
şiklik yanlız 1437 №-li inəkdə qeydə alındı.
Bu inəkdə mikrohematuriya yenidən də
makrohematuriyaya çevrildi. Sidik tünd-
şabalıdı rəng aldı və bulanıqlaşdı. Digər iki
baş inəkdə isə sidiyin göstəriciləri dəyiş-
mədi. Sidikdə zülal ifrazı bir qədər də azaldı
(0.52-1.052 q %).
Dördüncü müalicə kursunda yerli müa-
licə üçün indiyə kimi isti fadə edilən albusid-
naftalan qarışığını ammargen məhlulu ilə
əvəz olundu. Qalan ümumi müalicə prepe-
ratlarının işlənməsi isə əvvəlki kimi davam
etdirildi.
Bu müalicə kursundan sonra inəklərin
qanı iki dəfə müayinə edilərək, onlar bir ay
|