“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


qArAMAlın HeMATuriyA xəSTəliyinin ÖyrənilMəSi



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə35/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   31   32   33   34   35   36   37   38   ...   105
qArAMAlın HeMATuriyA xəSTəliyinin ÖyrənilMəSi 

və OnA qArŞı MübArizə Tədbirlərinin HAzırlAnMASı

Abdullayev M.Q., Eyyubov İ.Z.,

Əlişzadə S.C., Babayeva T.Y., Aşurova T.N.

Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu

AÇAr SÖzlər: qaramal, müalicə, eritrositlər, qan 

keyWOrdS: a cattle, treatment, erythrocytes, blood


27

Elmi-praktik jurnal   



bAyTArlıq

V.P.Qromova və başqalarına görə (1969) 

xəstəliyin makrohematuriya formasının baş-

lanğıcında urutin preparatı yaxşı nəticə ve-

rir. Eyni nəticəni İngiltərədə qaramalın Orl-

yak Ayıdöşəyindən iti zəhərlənməsi zamanı 

batil  spirti  işlətməklə  əldə  etmişlər  (B.

 

V.



 

Par-


tevaniya və b., 1988). Lakin müəyyən olun-

muşdur ki, müalicə olunan heyvanlar sonra-

dan yenə də xəstələnə bilərlər. 

Xəstəliyin hematuriya formasını müalicə 

etmək  ücün  B.V.Partesvaniya  və  başqaları 

(1988)  yem  payından  Orlyak  Ayıdöşəyini 

çıxardıqdan sonra simpomatik müalicə kimi 

kalsium  xlorid,  akorutin  (“C”  vitanimi  və 

rutin ), urotropin, ammonium xlorid prepa-

ratları və autohematuriya işlədib, 30 gündən 

sonra mikrohematuriyanın tamam kəsildiyini 

qeydə almışlar. Buna baxmayaraq bu tədqi-

qatçılar makrohematuriyanı yenə də müalicə 

olunmaz xəstəlik kimi göstərirlər.

Xəstəliyin  profilaktikasına  dair  aparılan 

işlər  də  ümidverici  deyildir.  Bu  sahədə  bir 

sıra tədqiqatçılar əsas tədbiri Orlyak Ayıdöşəyi 

bitkisinin  heyvan  örüşlərindən  dərin  şum-

lama üsulu ilə məhv edilməsinə və heyvan 

orqanizminin bu bitki zəhərinə qarşı davam-

lığının artırılmasına yönəldiyini göstərmişlər.

B.Q.Petrenko  və  A.V.Cubrina  (1956) 

xronik  hematuriya  xəstəliyinə  qarşı  profi-

laktiki  tədbir  işləyib  hazırlamaq  üçün  xü-

susi  təcrübə  qoymuşlar  və  müəyyən 

etmişlər  ki,  cavan  qaramalı  tamkeyfiyyətli 

yemlərlə  yemləndirdikdə  onlar  xroniki  he-

maturiya  xəstəliyinə  qarşı  davamlı  olurlar. 

B.

 

V.



 

Partes vaniya  və  başqaları  isə  (1988) 

profilaktik  tədbir  üçün  Orlyak  Ayıdöşəyi 

bitkisini  heyvanların  yeminə  qarışdırma-

mağı və heyvanları bu bitki olan sahələrdə 

otarmamağı təklif edirlər.

Yuxarıda qeyd olunan ədəbiyyat materi-

allarını  yekunlaşdıraraq  belə  nəticəyə 

gəlmək  olar  ki,  qaramalın  xroniki  hematu-

riya  xəstəliyinin  müalicə  və  profilaktikası 

hələ  tam  işlənib  hazırlanmamış  və  xəstəli-

yin səbəbinə qarşı spesifik müalicə vasitəsi 

müəyyən olunmamışdır. 

Məsələnin  aktuallığı  nəzərə  alınaraq  

Azərbaycan Elmi-tədqiqat Baytarlıq İnstitu-

tunun laboratoriyasında xroniki hematuriya-

nın  ağır  forması  ilə  (makrohematuriya) 

xəstələnmiş inəklərin qanını, sidiyini və da-

xili orqanlarını müayinə etməyi qərara aldıq.

Təcrübəni  xroniki  hematuriyanın  ağır 

forması (makrohematuriya) ilə spontan xəstə 

olan, Lerik rayonunun Vizəzəmin kəndindən 

alınmış 3 baş (1437, 1222 və 1505 invertar 

nömrəli) eyni klinik əlamətli inək üzərində 

qoyduq. Onların gündəlik yem payını aşağı-

dakı yemdən ibarət təşkil etdik:quru yonca 

otu  –  6  kq,  arpa  yarması  –  2  kq,  göy  ot  – 

4-5  kq  (vaxtaşırı),  yalama  formasında 

yemək duzu.

Ədəbiyyat  məlumatlarına  və  aparılan 

təsərrüfat müşahidələrinə əsasən xronik he-

maturiyanın  ağır  formasında  (makrohema-

turiya)  müalicə  tədbiri  aparılmasında  təbii 

sağalma  halları  qeydə  alınmadığından  və 

təcrübəyə daxil etdiyimiz xəstələrin baş he-

sabı  ilə  miqdarı  az  olduğundan  (3  baş) 

nəzarətdə xəstə heyvan saxlanılmadı.

Müalicə ümumi və yerli formada hər üç 

baş xəstə üzərində aparıldı. Orqanizmdə baş 

vermiş patoloji proseslərin aparılan müalicə 

əməliyyatları  nəticəsində  geriyə  inkişaf  di-

namikasını  müəyyən  etmək  məqsədi  ilə 

təcrübə heyvanlarında klinik, qanlarında mor-

foloji, biokimyəvi, sidiklərində fiziki, kimyəvi 

və  mikroskopik  müayinələr  aparıldı. 

Müayi nələr müalicədən əvvəl üç dəfə (sta-

tus müayinəsi) və müalicədən sonra başlan-

ğıc  dövrdə  hər  5  gündən  bir,  sonralar  isə 

9-14 gündən bir aparıldı. Müayinə üçün qan 

və  sidik  hər  dəfə  səhər  vaxtı,  heyvanlar 

yemlən dirilməmiş və suvarılmamışdan əvvəl 

götürüldü.

Hər  müalicə kursundan  sonra  müayinə-

lərin  göstəriciləri  inəklər  üzərində  aparılan 

status  müayinəsinin  müvafiq  göstəriciləri 




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin