bAyTArlıq
Elmi-praktik jurnal
28
ilə müqayisə edildi və patoloji prosesin sa-
ğalmaya doğru dəyişdirilməsi dinamik
tərzdə təhlil olundu. Axırda isə müalicənin
effektlilik səviyyəsi müəyyən edildi.
Xroniki hematuriya xəstəliyinə qarşı
mübarizədə xəstə heyvanların müalicəsi
başlıca tədbirlərdən biridir. Lakin xəstəliyin
etiologiyası kimi bu da hələlik qəti həll
olunmamışdır. Ona görə də aparılacaq
tədqiqat işləri ancaq bu sahəyə yönəldildi.
Xəstə inəklər alınan Vizəzəmin kəndi
Lənkəran-Lerik şose yolunun üstündə, Lən-
kəran çayının kənarında, meşəli və dağlıq
sahədə yerləşir. Ərazi dağ-subtropik iqlimə
malikdir. Yerli əhalidə 425 baş qaramal,
o cümlədən 136 baş inək vardır. İnəklər
əksərən qara-ala, qalanı isə mələz və yerli
cinsdən ibarətdir. Heyvanların saxlama və
yemləndirilməsi primitivdir. Yazın ikinci
yarısı, yay ayları, payızın birinci yarısında
heyvanların yemləndirilməsində əsasən çay-
kə narı, meşə otlaq sahələrindən istifadə olu-
nur, inəklərə əlavə olaraq qüvvəli yem də
verilir. Qış saxlama şəraitində isə quru ot,
küləş və qüvvəli yem verilir.
Qaramalın, xüsusən inəklərin yem payın-
dakı yaşıl və quru ot bir qayda olaraq həmişə
Orlyak Ayıdöşəyi bitkisi ilə qarışıq olur.
Kənd əhalisinin qaramal naxırı ümumi
klinik müayinədən keçirildikdə 22 baş
inəkdə, 2 baş düyədə, bir baş törədici bu-
ğada makrohematuriya (açıq), sidiyin mik-
roskopik müayinəsində isə 87 baş inəkdə,
27 baş düyədə və 4 baş buğada mikrohema-
turiya (gizli) müəyyən edildi. Xroniki he-
maturiya xəstəliyində müalicə məsələsini
həll etmək üçün təcrübə 75 gün davam
edildi. Bu müddətdə onlarda cəmi 18 gün
ərzində 4 müalicə kursu aparıb aşağıdakı
nəticələri əldə etdik. Xroniki hematuriya ilə
spontan xəstə inəklərin müalicəsindən
əvvəlki müayinə sində müəyyən edildi ki,
onlarda klinik göstəricilər – bədənin ümumi
hərarəti, nəbzin və tənəffüsün miqdarı fizio-
loji norma daxilində dəyişir və belə
vəziyyət
hətta
müalicədən
sonrakı
müayinələrdə də qeydə alınır. Bundan başqa
heyvanların yem, su qəbulu, iştahası da nor-
mada olur.
Bununla belə təcrübə altında olan hər
3 baş inəkdə kəskin arıqlıq, görünən selikli
qişaların anemik və işgənbənin hipotonik
vəziyyətləri, taxikardiya, ürək tonlarının küt-
ləşməsi və s. müşahidə olundu. Çox səciyyəvi
dəyişiklik qanın, sidiyin göstəri cilərində gö-
ründü. Belə ki, hemoqlobinin, eritrositlərin
miqdarı kəskin dərəcədə azalmış (50-60%),
protrombinin, qələvi fosfotazanın göstərici-
ləri artmış, katalaza və peroksidaza göstə-
riciləri isə azalmışdır. Bütün bunlar qara
ciyərin oksidləşdirici, antitoksik və s. fəaliy-
yətlərinin zəifləməsini göstərən amillərdir.
Sidiyin göstəriciləri xəstəliyə xas olan
əlamətləri daha aydın göstərdi. Yəni sidik
tünd şabalıdı, qırmızı rəngdə, bulanıq,
çoxlu miqdarda qan qarışığı (makrohematu-
riya) ilə ifraz olunur. 1437 və 1222 №-li
inək lərlərdə arabir sidikdə barmaq yoğunlu-
ğunda və uzunluğunda laxtalanmış qan if-
razı da qeydə alındı.
Sidikburaxma aktları tezləşmiş və ağrılı
keçir. Sidik çöküntülərinin müayinəsində
əsasən eritrositlər, böyrəklər, sidik axarları
və sidik kisəsinin epiteli hüceyrələri və
qələvi duzların kristalları aşkar edildi.
Patoloji prosesin ağır formada getdiyini
göstərən əlamətlərdən biri də təcrübə hey-
vanlarında aşkar edilən proteinuriyadır. Bu-
nun səviyyəsi yüksək olmaqla 1,39 q faizə
qədər artmışdır. Sidikdə bilirubin və urobi-
lin ifrazı isə müşahidə olunmadı.
Qeyd olunanlardan aydın olur ki,
təcrübə də olan inəklərin klinik, hematoloji
və uroloji göstəricilərində xəstəliyə xas olan
çox kəskin dəyişikliklər vardır.
Təcrübə heyvanlarında müalicə əməliy-
yatlarına başlayandan sonra yuxarıda qeyd
olunan patoloji göstəricilər fizioloji normaya
29
Elmi-praktik jurnal
Dostları ilə paylaş: |