bAyTArlıq
Elmi-praktik jurnal
30
müddətində gündəlik müşahidə altında sax-
lanıldı. Bu müddətdə təcrübə heyvalarının
iki başında (1222 və 1505 №-li) hemoqlo-
bin və eritrositlərin miqdaları demək olar
ki, normal hədlərə yaxın səviyyəyə qədər
artdı: hemoqlobin 8.4-10.3 q %, eritrositlər
4.25-5.6 mln. müəyyən edildi. Protrombinin
göstəricisi 10-14 saniyəyə qədər azaldı. Pe-
roksidaza rəqəmi 15.9-19.2-ə qədər artdı.
Hər üç inəkdə katalaza fermentinin fəallığı
normal həddə çatmasa da, müalicədən əv-
vəlki status həddindən xeyli artıq səviyyədə
qaldı. Qələvi fosfotazanın göstəricisi isə
status həddindən 34.2-35 % azalaraq sabit
səviy yədə (5-5.4 %) dayandı.
Sidiq göstəriciləri 1437 №-li inəkdə açıq
qırmızı rəngli, bulanıq, makrohematuriya
formalı sidik ifrazı davam etdi. 1222 №-li
inəkdə sidik al-qırmızı rəngdən narıncı
rəngə, bulanıqlıqdan şəffaflığa və makrohe-
maturiyaya çevrildi. Bu vəziyyət bir ay
müddə tində davam etməklə sabit qaldı.
1505 №-li inəyin sidiyi əvvəlki kimi yenə də
sarı rəngli, şəffaf və mikrohematuriya for-
mada qeydə alındı. Ümumiyyətlə, müalicə
müddətində (75 gün) təcrübə heyvanlarının
ümumi vəziyyətində də yaxşılaşma, güm-
rahlaşma, diri kütlənin bir qədər artması
(birtərəfli yem ləndirməyə baxmayaraq) və s.
qeydə alındı.
Beləliklə xroniki hematuriya ilə ağır
(makrohematuriya) üç baş spontan xəstə
inək üzərində aparılmış simptomik müalicə
nəticəsində onların iki başında (1222, 1505
№-li) klinik sağalma, anemik vəziyyətin
itməsi, qanın morfoloji tərkibində, xüsusən
hemoqlobin və eritrositlərin səviyyələrinin
normal həddə çatması, biokimyəvi göstəri-
cilərin normaya yaxınlaşması, ən başlıcası
isə makrohematuriyanın mikrohematuriyaya
çevrilməsi mümkün oldu. Bir başda isə
(1437№-li) ümumi vəziyyətdə yaxışlaşma
müşahidə olundusa da, müalicə müddətində
makrohematuriya olduğu kimi davam etdi.
Təcrübənin 75-ci günündə patoloji-
anato mik tədqiqat ücün inəkləri kəsildi. Bu
zaman mikrohematuriyalı inəklərdə (1222
və 1505 №-li) daxili orqanlarda əsaslı vizual
dəyişik lik müşahidə edilmədi; yalnız sidik
kisələ rində selikli təbəqənin zəif hiperplazik
vəziyyəti və sağalmış bir neça yara yerləri
müşahidə edildi. Makrohematuriyalı inəkdə
(1437№-li) isə qaraciyərdə xroniki hepatit,
onun şişkin vəziyyəti, orqanın konsistensiya-
sının bərkiməsi, xroniki endokardit, ürəyin
həcmcə böyüməsi, ən vacibi isə böyrəklərdə
nefrit əlamətləri, sidik kisəsi divarının 3-4 dəfə
qalınlaşması, selikli qişasının hemorragiyalı
və onun mərkəz hissəsində 3 ədəd noxud
boyda, üzəri açıq, qan axıntısı verən qırmızı
rəngli yaralar, şişkinliklər və s. qeydə alındı.
Ümumiyyətlə, təcrübədən alınan nəti cə-
ləri yekunlaşdıraraq göstərmək olar ki,
qara malın xroniki hematuriyasında tətbiq
edilmiş simptomatik müalicə preparatları-
nın təsi rin dən orqanizmdə gedən hemato-
loji, bio kimyəvi dəyişikliklər (hemo qlo-
binin, eritro sit lərin miqdarca artması,
pro trom bin göstə ri cisinin azalması, kata-
laza, peroksidaza fer mentlərinin fəallığının
yüksəlməsi, qələvi fosfotaza fermenti
göstəricisinin aşağı enməsi və s.). xəstəliyin
müalicə olunmasının müm kün olduğunu
deməyə əsas verir. Lakin bu müalicə uzun
vaxt çəkir və artıq vəsait tələb edir.
Xroniki hematuriyanın açıq forması
etioloji faktorun orqanizmə ümumi toksik
təsiri fonunda patoloji prosesin sidik orqan-
larında lokalizasiya etməsi ilə gedən və
tədbir görülmədikdə ölümlə nəticələnən qa-
ramalın ağır gedişatlı xəstəliyidir.
Xəstəlik mədə-bağırsaqlarda sidik yolla-
rında seroz, selikli təbəqələrdə kapilyar da-
mar sisteminin ektaziyası, hemorragiyası,
sidik kisəsi selikli qişasının hiperplaziyası,
papillomatoz şişləri, qan axıdan açıq yara-
ları, qan doğuran orqanlarının əvvəlcə hi-
perplaziyası, sonra isə hipofunksiyası və or-
31
Elmi-praktik jurnal
Dostları ilə paylaş: |