“Mən kiməm?” sualı insanın öz varlığını və dünyadakı yerini anlamasına yardım edən həyatın ən əhəmiyyətli suallarından biridir. Bu sualın cavabında isə biz həqiqi özümüzü, dəyərlərimizi, maraqlarımızı, həyatdakı məqsədimizi tapmış oluruq.
Mən kiməm? Bu sualın cavabı yaşadığımız həyatlardan, dünyagörüşümüzdən, keçdiyimiz sınaqlardan və qazandığımız təcrübələrdən asılı olaraq dəyişir.
Mən standart proseslərin dövr etdiyi cəmiyyətdə yaşayan bir fərdəm.Daha geniş çərçivədən baxsaq, hər gün davamlı olaraq eyni avtobusla akademiyaya gedib gələn, eyni insanlarla ünsiyyətdə olan və bunlar kimi bir sıra eyni prosesləri təkrarlayan bir insanam. Amma bunlarla yanaşı standartlaşdırılmış həyatda öz məqsdləri, hissləri, düşüncələri olan biriyəm. Həyatımda daima insanlara kömək etməyə, səhvlər etməməyə çalışan lakin eyni zamanda səhv etməkdəndə qorxmayan biriyəm. Çünki hər insan kimi düzləri qədər səhvləridə olan və lakin bu səhvlərdən dərs çıxarmağa çalışan biriyəm. Uşaq yaşlarımdan qohumlarım, müəllimlərim, dostlarım tərəfindən sevilən biri olmuşam.