88
─
CH
2
─ ─
CH COOH
│
NH
2
│
J
J
│
O
HO
─
J
│
Üçyodtrionin
Hazırda 100-ə yaxın hormon və hormonoid məlumdur. Hormonoidləri
(histamin, serotonin, bradikinin, renin, qastrinsekretin və s.) toxuma hormonları da
deyilir. Onlar adi hüceyrələrdə əmələ gəlirlər.
Hormonlar təsirinə görə 2 yerə ayrılır: buraxıcı və icraçı. Buraxıcılara
hipotalamusun neyrohormonları aiddir. Onlar bəzi daxili
sekresiya vəzilərinin
fəaliyətini tənzimləyir. İcraçı hormonlar isə boy, inkişaf, məhsuldarlıq, çoxalma və
s-də əlaqədar mübadilə proseslərinə təsir edir.
Hormonlar kimyəvi təbiətinə, funksiyalarına və əmələgəlmə yerlərinə görə
də təsnif olunur.
Hormonlar kimyəvi təbiətinə görə 3 əsas qrupa ayrılır: zülal, aminturşuların
törəmələri və steroid hormonları. Zülal təbiətli hormonlar sadə (somatotropin,
prolaktin, insulun) və mürəkkəb zülal (tireotropin, liporopin), polipeptid
(somayostatin,
vazopressin, oksitosin) olur. Bəziləri isə aminturşularının
(böyrəküstü vəzin beyin maddəsinin və qalxanabənzər vəzinin hormonları)
törəmələridir. Steroid hormonları sterinlərdən əmələ gəlir. Aşağıda hormonların
əmələgəlmə yerlərinə görə təsnifi verilir.
Dostları ilə paylaş: