MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə52/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   102
Qida-kimyas-

1.
Liofil hormonlar.
Bunlara steroid hormonları, estradiol, testosteron, 
kalsitreol, yodtironinlər, tiroksinlər və s. aiddir. 
2. Hidrofil hormonlar. 
Bunlara isə histaminlər, serotoninlər, melatonin, 
adrenalin, tiroliberin, tireotropin, insulin, qlükaqon və s. aiddir. 
Liofil hormonlar sintez olunan kimi qana ifraz edilir. Asanlıqla hüceyrə 
membranını keçir, hüceyrədaxili reseptorlarla birləşir. Hüceyrədaxili genlərin 
çevrilmələrini tənzimləyir. Daşıyıcı zülallar vasitəsilə daşınır.
Hidrofil hormonlar peptid təbiətli və yaxud da amin turşularının 
törəmələridirlər və bəzi hüceyrələrdə toplana bilirlər, hüceyrə daxilinə keçə 
bilmirlər, membran səthindəki reseptorlarla birləşə bilirlər. Qan axınında 
daşıyıcısız hərəkət edirlər.
Hormonlar – xüsusi üzv və toxumalarda hazırlanaraq qana və limfaya ifraz 
edilən hazırlandığı yerdən kənarda orqanizmin müxtəlif üzvlərinin funksyasına 
təsir göstərən spesifik aktiv maddələrdir. 
Hormon termini 1905-ci ildə E. N. Starlinq tərəfindən elmə daxil edilmiş 
(yunanca hormao - oyadıram) və əvvəllər müxtəlif mənşəli bioloji aktiv maddələri 
adlandırmaq məqsədilə işlədilmişdir. 
Hormonlar ilk dəfə Burdax və Myuller tərəfindən (1845) sonralar Bertold 
(1889) və Braun Sexar (1892) bu işlə məşğul ilmağa başlamışdır. 
Hormonlar maddələr mübadiləsini, fermentetiv prosesləri ayrı-ayrı 
orqanların funksiyasını nizama salır. Bunların təsirində qarşılıqlı əlaqə vardır. 
Onlar orqanizmdə həm sərbəst, həm də zülallar, fosfatidlər, üzvi turşular və başqa 
maddələrlə kompleks səklində olur. Bu formalar sinir impulslarının təsirindən 
dəyişə bilər. 
Hormonlar ayrı-ayrı toxuma və orqanlarda biokimyəvi reaksiyaları 
tənzimləyir. Məsələn: hormonlar nRNT-ın sintezini, ribosomun funksiyalarını 
aminturşuların daşınmasını (translyasiya) nizama salır. 
Mərkəzi sinir sistemi ilə daxili sekresiya vəzlərini ifraz etdiyi hormonlar 
arasında siqnallar ötürən peptid quruluşlu (tərəfli) hormonlar mövcuddur. Bu 
hormonları tənzimləyici-faktorlar və ya neyrohormonlar adlanır.


86 
Hormonlar digər maddələrdən öz spesfikliyinə, yüksək bioloji aktivliyinə, 
xüsusi vəzilərdə sintez olunaraq qana ifraz etmələrinə və təsirinin distanlığına görə 
fərqlənir. Göstərilən xassələrin hamısına malik olan hormonlar həqiqi hormonlar
hesab edilir.
Hormonların spesifikliyi –
onun xarakterik kimyəvi quruluşuna və quruluşa 
müvafiq gələn bioloji təsir xüsusiyyətinə malik olması müəyyən bir vəzdə sintez 
olunaraq qana ifraz edilməsi nəzərdə tutulur.
Hormonlar çox yüksək bioloji aktivliyə malikdirlər. Onlar olduqca kiçik 
dozalarda (bioloji mayelərin hər 100 ml-də nanoqram və mikroqram 10
-6
dozada) 
öz təsirini təzahür etdirir. Onlar yalnız periferik toxumalarda müəyyən dəyşirikliyə 
uğradıqdan sonra hormonal aktivliyi əldə edirlər. Buna görə onları 
parahormonlar
adlandırmaq daha məqsədəuyğundur. Cinsiyyət vəzlərində və böyrəküstü vəzinin 
qabıq maddəsində hazırlanan androstendion və dehidroepiandrosteron parahor-
monların nümayəndələridir. Bəzi endokrin vəzilərin məhsulları eyni zamanda həm 
hormon, həm də parahormon vəzifəsini daşıya bilir (məsələn, testosteron, 
lipotropin). 
Həqiqi hormonlar toxuma hormonlarından fərqli xüsusiyyətləri sintez 
olunduğu vəzdən xeyli uzaqda yerləşən toxumalar təsir göstərməsidir. Bu xassə 
hormonların – 
distantlığıdır.
Endokrin vəzilərin fəaliyyətində əks-əlaqə prinsipi mövcuddur. Belə ki, 
hipovizin ön payının, qalzxanabənzər vəzinin, cinsiyyət vəzlərinin və böyrəküstü 
vəzin qabıq maddəsinin fəaliyyətini tənzim edən bir neçə hormon hipovizin ön 
payının hormonlarının sekresiyasına təsir göstərir.
Endokrin vəzilərin fəaliyyətinin sinir sistemindən asılılığı əlaqəli və əks 
əlaqəli formada qurulmuşdur.
Sinir sistemi endokrin vəzlərin fəaliyyətinə əsasən hipotalamus vasitəsi ilə 
təsir göstərir. Xarici və daxili amillərin təsiri altında orqanizmin toxumalarında 
yerləşən reseptorlarda impulslar yaranaraq mərkəzi sinir sisteminə verilir. Nəticədə 
hipotalamusda spesifik tənzimedici hormonlar (leberinlər və statinlər) sintez 
olunur. Onların təsiri ilə hipovizin ön payının hormonlarının sintezi sürətlənir ya 
da ləngiyir. Hipovizin ön payının hormonları isə öz növbəsində digər daxili 
sekresiya vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir. Beləliklə, yuxarıda 
göstərilən xassələr hormonların bioüzvi maddələrin xüsusi bir qrupu kimi səciyyə-
ləndirməyə və onları digər humoral amillərdən (sinir sisteminin mediatorları, 
toxuma hormonları və s.) fərqləndirməyə əsas verir. Qeyd etmək lazımdır ki, 
humoral amillərin hormonal və qeyri-hormonal növlərə bölünməsi müəyyən 
dərəcədə məqsədəuyğun olsa da, şərtidir. Hormonlarla prohormonlar, histohor-
monlar və hüceyrədaxili tənzimedicilər arasında kəskin fərq yoxdur. Bəzi 
birləşmələr bu maddələr arasında aralıq mövqe tutur. Eyni bir maddə həm hormon, 


87 
həm də histohormon üçün səciyyəvi olan xassələrə malik ola bilər (məsələn, 
progesteron). Bundan əlavə, qeyri-hormonal amillərin əksəriyyətinin təsir 
mexanizmi hormonların hüceyrələrə təsirinin həyata keçirilməsi ilə əlaqədardır.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin