89
sonra tez aminləşmə, yodsuzlaşma və konfuqasiya proseslərinə uğrayır. Yodun
ayrılması toxumalarda tiroksin-halogenaza fermentinin iştirakı ilə baş verir.
Parçalnmadan ayrılan yod əsasən qeyri-üzvi birləşmələr
şəklində böyrəklər
vasitəsilə xaric olunur.
Trioksinin istehsalı azalırsa, hipotireoidizm baş verir. Bu qalxanvari vəzinin
atrofiyalaşmasından əmələ gəlir. Bu zaman insan və heyvanda qısa boyluluq
müşahidə olunur, kretinizm baş verir.
Əgər bu hal yaşlılarda müşahidə edilərsə, miksedema adlanır.
Bu zaman
xəstələr çox yaşlı görünür, mübadilə prosesi zəifləyir, sulu şişlər əmələ gəlir və
piylənmə müşahidə olunur.
Qalxanvarı vəzinin degenerativ böyüməsində
endimik ur xəstəliyi əmələ
gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod az olan yerlərdə (dağlıq və
dağətəyi rayonlarda) baş verir. Azərbaycanda bu xəstəliyə Zaqatala-Şəki zonasında
rast gəlinir. Xəstəliyin baş verməməsi üçün, yəni profilaktik məqsədlə kalium-
yodiddən istifadə olunur.
Qalxanvarı vəzinin hiperfunksiyasına da təsadüf edilir.
Bu zaman Bazedov
xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini intensivliyi ilə xarakterlənir.
Nəticədə orqanizm zəifləyir, spesifik əlamət olaraq çəpgözlülük baş verir,
arıqlama, ətraflarda titrəmə müşahidə olunur.
Qalxanvari ətraf vəzilər qlxanabənzər vəzinin
arxa səthində yerləşən
sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 q-dır).
Bu vəzilərin sintez etdiyi hormon paratireokrin və ya parathormon adlanır.
Parathormon 84 aminturşusunun qalığından və lipidlərdən əmələ gəlmiş mürəkkəb
zülaldır, tərkibində 12,6-15,5%
azot var, molekul kütləsi 700 min daltona yaxındır.
Bu zülal iki fraksiyadan ibarətdir. Fəal faksiya suda, duz məhlullarında yaxşı həll
olur, proteolitik fermentlərin təsirindən inaktivləşir. Parathormon Ca
2+
və
fosfat
ionlarının bağırsaqlarından sorulmasını sürətləndirir.
Qalxanvarı ətrafı vəzilərin hormonlarının çatışmazlığında qanda kalsiumun
miqdarı azalır, quanidin və fosfor çoxalır, çünki parathormon kalsium və fosfor
mübadiləsinin nizamlanmasında iştirak edir. Sinir sisteminin oyanması sürətlənir,
tetaniya baş verir. Bədənin müxtəlif əzələlərində sinir əzələ oyanıqlığının
yüksəlməsi müşahidə edilir.
Dostları ilə paylaş: