98
1. Maddələr mübadiləsi və enerji. Tənəffüs əmsalı
2. Maddələr mübadiləsinin öyrənilmə üsulları
3. Həzmin biokimyası. Həzm kanalında maddələrin sorulması
4. Bioloji oksidləşmə, mexanizmi
5. Oksidləşməklə fosforlaşma
6. Makroergik birləşmələr, orqanizmdə rolu
1. Maddələr mübadiləsi və enerji. Tənəffüs əmsalı:
Maddələr mübadiləsi canlıları
cansızlardan ayıran əsas əlamətdir. Maddələr mübadiləsi dəqiq nizamlanmış
biokimyəvi və fizioloji bir prosesdir. Bu prosesdə qanın
və digər maddələrin
orqanizmə daxil olması, onların orqanizm tərəfindən mənimsənilməsi, hüceyrə
daxilində digər məhsullara çevrilməsi və əmələ gələn lazımsız məhsulların
orqanizmdən xaric olunması ardıcıllığı ilə baş verir.
Bu çevrilmələr xarakterik
biokimyəvi reaksiyalarla (hidroliz, hidrogenləşmə, aminləşmə, fosforlaşma və s.)
icra olunur. Bu reaksiyalar mərkəzi sinir sisteminin nəzarəti və hormonların iştirakı
ilə fermentlər tərəfindən sürətləndirilir. Maddələr
mübadiləsi bütün hüceyrə
quruluşunun boy və inkişafını və enerji təminatı ilə təmin edir. Maddələr
mübadiləsinin dayanması orqanizmin həyat fəaliyyətinin zəifləməsinə və nəhayət
məhvinə səbəb olur.
Maddələr mübadiləsi bir-biri ilə əlaqəli və müxtəlif
istiqamətə yönələn iki
prosesin vəhdətindən ibarətdir. Birinci-dissimlyasiya (və ya metabalizm)
99
maddələrin parçalanma prosesidir. İkincisi assimilyasiya (və ya katabolizm)
maddələrin əmələ gəlmə prosesidir. Bu proseslərdə əmələ gələn maddələr
metobolitlər adlanır. Bu bölgü şərtidir, orqanizmdə bunlar eyni zamanda yaranır
biri-digərini tamamlayır, bir sözlə vəhdət təşkil edir.
Anabolizm (assimlyasiya)-prosesində sadə molekullardan
mürəkkəb tərkibli
maddələrin sintez olunması baş verir. Anabo-lizim prosesində NT-i, zülallar və
digər makromolekullar əmələ gəlir. Anabolizm reksiyaları
ATF və NADN-
enerjisindən iatifadə sayəsində mümkün olur.
Katabolizm (dissimliyasiya)-prosesi orqanizmin hüceyrələrində mürəkkəb
maddələrin daha sadə aşağı molekul tərkibli məhsullara (CO
2
, H
2
O,NH
3
və s)
çevrilməsi və onların orqanizmdən xaric olunmasıdır.
Anabolizm və katabolizm prosesləri bir-birindən asılı olmayaraq müxtəlif
istiqamətlərdə baş verir. Ancaq buna baxmayayaraq bu
proseslər bir-birilə vəhdət
təşkil edir. Katabolizm prosesləri anabolizm prosesləri üçün metabolitlərə enerji
hazırlayır. Anabolizm prosesləri isə ehtiyat enerji yığır və mürəkkəb maddələr
hazırlayır.
Bütün canlılar üçün yer kürəsində ilk enerji mənbəyi Günəşdir.
Fotosintez
prosesi Günəş enerjisi (hν) nəticəsində bitkilərin yaşıl hissələrində üzvi maddələrin
əmələ gəlməsini təmin edir. Bitkilər avtotrof orqanizmlərdir.
2
6
12
6
2
2
6
6
6
Dostları ilə paylaş: