MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Hipofiz vəzi hormonları, funksyaları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə59/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   102
Qida-kimyas-

7. Hipofiz vəzi hormonları, funksyaları:
Hipofiz vəzinin (beyin artımı) 
çəkisi çox azdır. İnsanda onun çəkisi 1 q-a yaxın, inəkdə 3,8 q, atda 2 q, qoyunda 
0,4 q, donuzda 0,3 q olur. 
Hipofizin hormonları maddələr mübadiləsinə təsir etməklə boy və inkişaf 
proseslərini nizamlayır.
Hipoviz vəzi 3 hissədən ibarətdir: ön, orta və arxa. Ön və arxa hissələrin 
hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələlik tam müəyyənləşdirilməmişdir. 
Ön hissənin hormonları aşağıdakılardır: somatotropin, honadrotropin, adrenokorti- 


94 
kotropin, tireotropin, laktotropin. 
Somatotropin. 
Bu, zülal təbiətli maddə olub, tərkibi heyvanın növündən 
asılıdır. Qaramalın somatotropinində 396, insanınkında isə 190 aminurşusunun 
qalığı vardır. Sonuncu 1971-ci ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda 
somatotropinin molekul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə 
boy hormonu da deyilir. Bu hormon toxumalarda sərbəst aminturşularının 
miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azotlu maddələr az ifraz 
olunur. Diabetogen və pankreotrop təsir bununla əlaqədardır. Karbohidratların 
mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin və sitoplazmanın 
tərkibinə daxil olan zülalların biosintezini sürətləndirir. Bu hormon sümük və 
qığırdaq toxumalarına xüsusilə güclü təsir göstərir, böyrək parenximasının 
inkişafını stimulə edir, fosfataza fermentini fəallığını artırır. Onun təsirindən süd 
vəzilərinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir. 
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də somatomedin 
(somatotropinin mediaboru) adlanan zülali maddələrlə biokomplekslər şəklində 
təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.
Honadotrop hormonlar. 
Bu ad altında hipovizin ön payında sintez olunan 
follikultənzimedici, lüteinləşdirici və lakfogen hormonlar birləşdirilir. Honadotrop 
hormonlar mürəkkəb quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormon-
ların miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sintezi azalır.
Folikultənzimedici hormon
follitropin dişilərin yumurtalığında olan 
folekullara, erkəklərin toxumluğunda gedən spermatogenez prosesinə stimuləedici 
təsir göstərir. İnsan folekultənzimedici hormonu molekul kütləsi 34 000 Dalton 
olan qlükoproteiddir. 
Lüteinləşdirici 
hormon-
dişilərdə 
ovulyasyanı 
(folekulun 
partlaması 
yumurtahüceyrənin azad olması) və yumurtalıqlarda sarı cismin əmələ gəlməsini 
sürətləndirir, erkəklərdə isə androgenləri hasil edən leydiq hüceyrələrinin 
fəaliyyətini tənzim edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500 
Daltondur. 
Laktogen hormon (laktotropin)-
süd vəzilərinə estrogenlər kimi təsir göstərir 
onların poliferasiyasına səbəb olur və hamiləlik dövründə hipotrofiyaya uğramış 
süd vəzilərində südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin 
hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin qarşısını alır. 
Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir. 
Andrenokortikotropin (AKTH).
Bu hormon 39 aminturşusunun qalığından 
ibarət polipeptiddir, sintez edilmişdir. Müxtəlif heyvanların adrenokortikotrop 
hormonu quruluşca fərqlənir.
Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü vəzilərin qabıq


95 
hissəsinə təsir göstərməklə karbohidratların mübadiləsində iştirak edir. 
Tireotropin.
Tireotrop təsir göstərir yəni qalxanavarı vəzin fəallığını 
artırmaqla tiroksinin istehsalını çoxaldır. Əsasən karbohidratların mübadiləsinə 
təsir edir. Bu hormon qlükoproteiddir, qeyri-zülal hissəsi karbohidratlardandır. 
Tərkibində 3,5%

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin