MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   102
Qida-kimyas-

Sfinqofosfatidlər.
Sfinqofosfatidlər (və ya sfinqomielinlər) sinir hüceyrə-lərinin 
membranının əsasını təşkil edən eritrositlərin, qan zərdabının və orqanizmin digər 
orqan və toxumalarının tərkibinə daxil olan spesifik lipidlərdir. Sfinqomie-linlərdə 
(və ya sfinqofosfatidlərdə) qliserinin əvəzinə doymamış aminospirt-sfinqozin olur 
və trans vəziyyətdə mövcud olur.
Müxtəlif toxumalardan alınmış sfinqofosfatidlər bir-birindən tərkibində olan 
alifatik turşuya görə fərqlənirlər. Məsələn, beyin toxumasından alınmış sfinqofos-
fatidlərdə liqnotserin, nervon və stearin turşusu, dalaq və ağciyər sfinqofos-
fatidlərdə isə palmitin və liqnosterin turşusu tapılmışdır.
Sfinqomielinlərin tərkibində sfinqozin, yağ turşusu (ən çox stearin turşusu), fosfat 
turşusu və xolin vardır. 
Sfinqomielinlər ağ kristallik maddələrdir, efirdə həll olmur, oksigenə qarşı 
davamlıdır, suda şişərək, özülü kolloid məhlul əmələ gətirir. Bunlar ən çox 
beyində, dalaqda və ağciyərdə olur.
6. Qlikolipidlər və qanqliozidlər, tərkibi və bioloji rolu
Qlikolipidlərə 
serebrozoidlər və qanqliozidlər aiddir. Sonunculara 
mukolipoidlər
də deyilir.
Serebrozidlərin 4 nümayəndəsi: frenozin (serebron), kerazin, nervon və oksi- 
nervon müəyyən edilmişdir. Bunlar tərkiblərindəki yağ turşularına görə fərqlənir.
Qlikolipidlərin əmələ gəlməsində monosaxaridlər (əsasən qalaktoza), sfinqozin və 
yağ turşusu iştirak edir.
Qlikolipidlərin digər serebrozoidlər və qanqliozidlərlə əlaqəsi aşağıdakı sxemdə 
daha aydın görünür:
Serebrozidlərin quruluşu ümumi şəkildə belə yazılır: 
O OH 
CH
3

(CH
2
)
12
─ ═ ─ ─ ─
CH CH CH CH CH
2
─ ── ─
O P O CH
2

CH
2
─ ─
N CH
3
│ │


OH NH OH CH
3
CH
3

CO


 
Sfinqomielin 
CH
3
(CH
2
)
12
CH
═ ─

CH CHOH CHNH
2

CH
2
OH 
sfinqozin 


31 
Serebrozidlər ilk dəfə beyində tapılmışdır. Sinir toxumasında və dalaqda bu lipidin 
miqdarı daha çoxdur.
Serebrozidlər bərk maddələrdir, suda şişərək, şəffaf həlməşik əmələ gətirir. 
Benzolda və isti spirtdə həll olur. Efirdə həll olmur.
Serebrozidlər ən çox beyində, qan hüceyrələrində, həmçinin böyrəklərdə, dalaqda 
və s. olur. Patoloji hallarda qaraciyərdə, dalaqda, limfa düyünlərində kerazinin 
miqdarı kəskin çoxalır.
Sulfatidlər və ya sulfolipidlər kükürdlü serobrozidlərdir. Bunlarda qalaktozanın 
birli spirt qrupu ilə efir tipində birləşmiş sulfat turşusunun qalığı da vardır. Onların 
quruluşu aşağıdakı kimidir:
İnsan dalağında molekulunda qalaktozanın əvəzinə qlükoza daxil olan 
serebrozidlər tapılmışdır.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin