28
Kefalinlər də iki:
α-
və
β-
formada olur.
Kefalinlər ağ rəngli bərk maddələrdir, xloroformda, benzolda, petrol efirində, həm
də lesitinlərdən fərqli olaraq asetonda və etil spirtində həll olur.
Serinfosfatidlər
də yuxarıdakı fosfatidlərə bənzəyir.
Lakin onlardan tərkibində
azotlu maddə aminturşu serinin (CH
2
OHCHNH
2
COOH) olması ilə fərqlənir.
Serinfosfatidlərin kimyəvi tərkibi aşağıdakı kimidir:
Serinfosfatidlərin (və ya fosfatidilserin) tərkibində bir molekul qliserinin,
fosfat
turşusu, serin aminturşusunun qalığı və iki molekul yağ turşusu olur.
Serinfosfatidlərdə sərbəst karboksil qrupu olduğundan turş xassəyə malikdir.
Təbiətdə tapılmış serinfosfatidlərin tərkibində qliserin qalığında olan birinci
karbon
atomuna stearin, ikinci karbon atomuna isə olein turşusu qalığı birləşmiş
halda rast gəlinir.
Lesitinlər, kefalinlər və serinfosfatidlər mübadilə prosesində
bir-birinə çevrilə
bilirlər. Serin karboksizləşərək kolaminə, kolamin
isə metilləşərək xolinə
çevrilirlər. Bu da onlar arasında genetik əlaqənin olmasına sübutdur. Serinfos-
fatidlər heyvanlarda bitkilərə nisbətən çoxdur. Son
zamanlar müəyyən edilmişdir
ki, fosfatidilserin rodopsinlə birləşərək onun hidrofob əhatəsinə şərait yaradır,
membranda müəyyən vəziyyət almasını təmin edir.
Dostları ilə paylaş: