Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu Qəbul edilmişdir:
30 dekabr 1997-ci il, Ns 420-IQ.
Maddə 1.Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1)mülki müdafiə- dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;