Mühazirə mövzusuna yekun vurulması - 5 dəq.
Ədəbiyyat:
1) Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» 30.12.1997-ci il tarixli, 420-10 saylı Qanunu.
2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı Qərarı.
3) H.Q.Ocaqovun «Mülki müdafiə» Ali məktəblər üçün dərslik. Bakı 2010. səh.8-25.
4) Fövqəladə hadisələr zamanı necə davranmalı;
Fövqəladə Hallar Nazirliyinin qəzetləri.
Əyani vəsait: Videoproyektor, prezentasiyalar, stendlər.
1-ci tədris sualı: MM haqqında anlayış. MM-nin yaranması və inkişaf tarixi.
Son illərdə insanların təhlükəsizliyinin təminatı kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Elmi-texniki tərəqqinin yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradırlar.
Dünyada baş verən hadisələr, silahlı münaqişələr təhlükəsinin mövcud olması bizi hərbi işin inkişaf tendensiyalarına bir daha diqqət yetirməyə, silahlı mübarizə vasitələrinin, xüsusən də nüvə silahının dövrümüzdəki rolu və yeri barədə dönə-dönə fikirləşməyə vadar edir. Hərbi qüvvədən, o cümlədən də nüvə silahından istifadə edilməsi ehtimalının nə dərəcədə real olduğu, bunun mümkünlüyü məsələsi qarşıya çıxır. Beynəlxalq münasibətlərə istiqamət verən dövlət siyasətçilərinin rolu və məsuliyyəti artır, digər tərəfdən nüvə silahının mövcudluğu onları ehtiyatlı olmağa məcbur edir. İndi dünyada bir çox ictimai xadimlər bu reallığı qeydsiz-şərtsiz qəbul edir və belə bir cəhətə üstünlük verirlər ki,siyasi məqsədlərə başlıca olaraq dinc vasitələrlə hərbi qüvvə tətbiq etmədən nail olmaq lazımdır.
Dostları ilə paylaş: |