1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya müharibəsinə çevrilməsi təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək “Cenevrə regionu” Katibliyi potensial təhlükəsiz zona axtarmaq və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olunurdu. Planlaşdırma sahəsində fikir və təcrübə mübadiləsi son dərəcə faydalı oldu.
Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi.
İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı. Konfrans iştirakçıları tərəfindən nəzərə alındı ki, “Cenevrə regionu Assosiasiyası” (qeyri-hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrilsin. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verilsin.
BMMT-nın yeni statusuna müvafiq olaraq, 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir. O dövrün problemlərini nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkələrdə nüvə silahlarından mühafizə üçün sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı.
Dostları ilə paylaş: |