Azərbaycan suveren dövlət kimi mühafizə sahəsindəki bütün problemlərini özü həll etməlidir. 1988-ci ildən Azərbaycan müharibə şəraitində yaşayır.
Buna görə də biz mühafizə doktirinasını hazırlayarkən iki mühüm cəhəti əsas götürməliyik.
Birincisi, yadda saxlamalıyıq: nə qədər ki, nüvə cəbbəxanaları mövcuddur, onun bu və ya digər ölkə üçün təhlükəsi nəzərə alınmalı və mühafizə proqramında bu amil əsas götürülməlidir.
İkincisi, ölkəmiz nüvə silahına malik olan, ya da ərazisində nüvə döyüş sursatı ehtiyatları saxlanan dövlətlərlə həmsərhəddir.
Buna görə də mülki müdafiə (MM) tədbirləri planlaşdırılarkən və həyata keçirilərkən əhalinin, eləcə də təsərrüfat obyektlərinin kütləvi qırğın silahlarından (KQS) mühafizəsinə diqqəti azaltmaq olmaz. Mühafizə sistemi qarşısında texnogen və təbii qəzalardan mühafizə problemi durmaqdadır. Hələlik insanın ram edə bilmədiyi təbii qüvvələr böyük fəlakətlər törədir, planetimizin əhalisinə çox böyük ziyan vurur. Son onilliklərin nəticəsi göstərir ki, bütün dünyada qəzaların intensivliyi son dərəcə artıb və indi onun bəşəriyyətə vurduğu maddi zərər, törətdiyi insan tələfatı dünya müharibələri nəticələrinin miqyası ilə müqayisə edilir.
Əgər 1-ci dünya müharibəsi zamanı dinc əhali arasında tələfat cəbhədəki tələfatdan 20 dəfə az, 2-ci dünya müharibəsində təxminən cəbhədəki təlafatla eyni olmuşdusa, adi silahlar işlədilən lokal müharibələrdə dinc əhalinin tələfatı cəbhələrdəki tələfatdan 13 dəfə artıq olmuşdur.
Müstəqil Azərbaycan Respublikası əhalinin təhlükəsizliyinin təmin olunması, o cümlədən də təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi xüsusi əhəmiyyət kəsb edir. Dünyada baş vermiş qəzalar təbii fəlakətlər zamanı əhali xəsarətə uğrayır. Hər bir şəxs qəza təbii fəlakət zamanı özünü ailəsini müdafiə etməyi bacarmalıdır.
Mahiyyətcə MM xalqı əmin-amanlıq dövründə güclü qəzaların, müxtəlif təbii fəlakətlərin nəticələrindən, silahlı münaqişələr şəraitində isə müasir qırğın vasitələrindən mühafizə etmək məqsədi daşıyir.
Həmçinin dünyada silahlı münaqişə olmayacağı, müasir qırğın vasitələrindən istifadə olunmayacağı barədə kim zəmanət verə bilər? Nə qədər ki, belə təhlükə qalır, həm ümumdövlət müdafiə tədbirlərinə həm də əhalinin MM hazırlığına ehtiyac qalacaqdır. Bu da obyektiv bir tələbdir. Hər birimiz sağlamlığımızı və həyatımızı qorumaq naminə çox şeyi bilməli və bacarmalıyıq.
Dostları ilə paylaş: |